M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»


II FƏSİL. BİZNES İNFRASTRUKTURUNUN  İDARƏOLUNMASINDA



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
k-rov-M-bariz

II FƏSİL. BİZNES İNFRASTRUKTURUNUN  İDARƏOLUNMASINDA 

İŞTİRAK EDƏN İŞTİRAKÇILAR 

2.1. Biznes infrastrukturunun birbaşa iştirakçıları 

Professor  R.M.  Cəbiyev  bazar  infrastrukturunun  formalaşmasında  birbaşa 

iştirak  edən  və  onun  normal  faəliyyət  göstərmə  bilməsi  üçün  imkan  yaradan 

idarəetmə  strukturlarını  da  biznes  infrastrukturuna  aid  edir.  Onun  fikrincə,  bazar 

infrastrukturu  dedikdə,  istehsalçıdan  istehlakçıyadək  əmtəə  və  xidmətlərın 

müstəqil hərəkət etməsini təmin edən ayrı-ayrı müsətiql qarşılıqlı əlaqəli bazarların 

və  idarəetmə  strukturlarının  məcmusu  başa  düşülməlidir.  Beləliklə,  biznes 

infrastrukturu  bölgü,  istehsal,  mübadılə  və  istehlak  bölmələri  arasında  iqtisadi 

resursların  və  xidmətlərin  rahat  hərəkətinin  təminantçısı  olan  sərbəst,  amma  bir-

birilə  qarşılıqlı  əlaqədə  olan  bazarların,  həmçinin  bu  bazarların  öz  aralarında 

işgüzar  münasibətlərinin  inkişafı  və  formalaşmasında  fəaliyyət  göstərən  təşkilati-

hüquqi  formaların  toplusudur.  Başqa  cür  desək,  biznes  infrastrukturu  onun 

çərçivələri daxilində qarşılıqlı əlaqədə iştirak edən 15 sərbəst bazardan, həm də bu 

bazarların  funksional  və  təşkilat-hüquqi  aktivliyini  həmişəlik  və  fasiləsiz  şəkildə 

çoxaldılmasında iştirak edən idarəetmə strukturlarından ibarətdir [1, 22]. 

Biznes  infrastrukturuna  aid  olan  idarəetmə  strukturları  dolayı  və  birbaşa 

iştirakçılardan ibarətdir. Birbaşa iştirakçılar aşağıdakılardan ibarətdir: [1, 22] 

 

marketinq elmi-tədqiqat mərkəzləri və marketinq; 



 

ticarət palataları;  

 

emissiya bankları və kredit sistemi; 



 

elektron ticarət sistemləri; 

 

broker şirkətleri; 



 

kommunikasiya vasitələri və informasiya texno

I

ogiyası; 



 

klirinq mərkəzləri; 

 

birjalar; 



 

hesablaşma sistemləri və depozitar

 

sığorta şirkətləri; 



 

çek-investisiya fondları. 




28 

Biznes infrastrukturunun birbaşa iştirakçısı olan marketinq firmaların hansı  

malların və ya xidmətlərin müştərilərinin diqqətini çəkəcəyini müəyyən etmələri və 

satışlar,  rabitə  və  əməliyyat  idarəetməsini  inkişaf  etdirmələri  üçün  strategiyaları 

müəyyən etmələri prosesidir.  

Müəssisənin müəyyən fəaliyyətlərini maddi gəlirə çevrilməsi üçün apardığı 

proses marketinq adlanır. Bu fəaliyyətlər məhsul və ya xidmət ola bilər. Yəni, bir 

məhsulun  istehsalından  paylanmasına  satışından  son  istehlakçıya  çatdırılmasına 

qədər düşünülmüş strategiyaya marketinq strategiyasıdır. 

Bir  ayaqqabı  firmasının  (markanın)  istehsal  edəcəyi  model  üçün  bazarda 

araşdırma aparması, material seçməsi, istehsalı, media vasitələrinə reklam verməsi, 

bazar  yeri  tapması,  müştəri  xidmətləri  təmin  etməsi  hətta  satış  məsləhətçisi 

yetişdirməsi  və  məhsulu  satışa  təqdim  etməsi,  satması  və  satış  sonrası  dəstək 

verməsi  bir  marketinq  nümunəsidir.  Bu  bir  prosesdir  və  çox  ölçülü  işdir. 

İstehsaldan əvvəl başlayır; satışdan sonra da davam edir. 

Müasir  marketinq  anlayışı  istehlakçı  yönümlüdür  və  istehlakçı  istək  və 

ehtiyaclarının  ödənilməsi  üzərində  dayanır.  İstehlakçılar,  hər  gün  TV,  qəzet 

reklamları, vasitəli və ya vasitəsiz satış səfərləri qarşılaşırlar. Biri həmişə bir şey 

satmağa  çalışarkən,  digəri  də  satın  almağa  çalışır.  Marketinqdə  satış,  reklam, 

kömək  edən  buz  dağının  görünən  üst  hissəsidir.  Başqa  sözlə,  satış  və  ya  reklam 

marketinq  funksiyalarından  yalnız  bir  neçəsini  ifadə  edir.  Marketinq şəxslərin və 

təşkilatların məqsədlərinə uyğun bir şəkildə dəyişikliyi təmin etmək üçün malların, 

xidmətlərin  və  ideyaların  (fikirlərin)  yaradılmasını,  qiymətləndirilməsini, 

paylamanı və satış səylərini planlaşdırma və tətbiqi prosesidir. Burada, marketinqin 

yalnız  istehsal  edilmiş  malların  istehsalçıdan  istehlakçıya  satışı  olmadığı; 

istehsaldan əvvəl başlayan marketinq fəaliyyətlərinin satış və satışdan sonra olmaq 

üzrə  üç  ayrı  mərhələdə  bir-birini  tamamlayan  səylərdən  ibarət  olduğu  görünür. 

Binzesdə istifadə edilən bu geniş tərifə görə marketinqin xüsusiyyətləri belə ifadə 

edilə bilər: [9, 87 ] 

  Marketinq, insan istək və ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. 

  Marketinq, məhsullar, xidmətlər və fikirlərlə bağlıdır. 



29 

  Marketinq,  yalnız  bir  malın  reklamı  və  ya  satışı  olmayıb,  əvvəlcə  istehsal 

məmulatın  

fikir kimi planlaşdırıb, inkişaf etdirilməsindən başlayaraq qiymətləndirməsi,  

tutuşdurulması və dağıdılması ilə bağlıdır. 

  Marketinq fəaliyyətləri daim dəyişən ətraf mühit şəraitində yerinə yetirilir. 

  Marketinq, müxtəlif fəaliyyətlərin cəmi və ya sistemidir. 

Marketinq  tədqiqatı  marketinqlə  bağlı  hər  hansı  bir  problemin  müəyyən 

olunmasında və həll olunmasında lazımi informasiyanın sistemli və tərəfsiz olaraq 

öyrənilməsi  və  təhlil  edilməsidir.  Marketinq  tədqiqatı  insanların  malları  ələ 

keçirmələrindən əvvəl və ya ələ keçirəndə nə düşündüklərini, nə hiss etdiklərini, nə 

istədiklərini  və  nə  etdiklərini  öyrənir,  qəbul  edir,  açıqlayır.  Bu  xüsusiyyətləri 

marketinq tədqiqatı marketinq qərarlarının qəbul edilməsinə yardımçı bir prosesdir. 

Lazımi  məlumatları  (göstəriciləri)    təmin  edərək  rəhbərin  qərar  almasını 

asanlaşdırır. 

 

Birja müəyyən qaydalara görə, tələb edilən mallar üçün təşkil edilmiş bazara 



verilən  addır.  Məsələn,  qiymətli  kağızlar  (səhmlər,  borclar)  ilə  xarici  valyutalar, 

müəyyən mallar və ya törəmə hesablamalar ilə alınıb satıla bilər. Birja arzu-istək 

şəklində  -  brokerlərin  vasitəçilik  etməsi  -  bazar  şərtləri  ilə  birlikdə  işlər  və 

qiymətlərin  (məzənnələrin)  rəsmi  olaraq  müəyyənləşdirilməsi  tarazlanır.  Alınıb 

satılan  malların  qiymətlərinin  və  ya  məzənnələrin  müəyyənləşdirilməsi  təklif  və 

tələbə görə tənzimlənir. Birjaların özünə xas qaydaları və standartları var. 

 Səhmlər,  istiqraz  və  veksellər  adətən  daşınan  qiymətlər  birjalarının 

içərisində  ticarət  edildiyi  halda,  valyuta  ticarəti  üçün  valyuta  birjaları  (foreign 

exchange  market)  və  ya  mal  ticarəti  üçün  əmtəə  birjaları  (commodity  exchange) 

var [13, 56]. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin