İnfrastrukturun təsnifatı bir sıra əlamətlər üzrə həyata keçirilir. Onlardan
19
1) mühəndis-texniki infrastrukturu. Onun tərkibinə aşağıdakı sahələr daxil
olur: nəqliyyat (dəmir yolu, avtomobil, dəniz, çay, hava, boru kəməri); əlaqə
(telefon-teleqraf, radio rele, elektron, mobil); kommunal təsərrüfat (qaz, elektrik,
su, istilik təchizatı, kanalizasiya); anbar təsərrüfatı, təmir təsərrüfatı, servis
xidməti;
2) işgüzar infrastrukturu. Ona daxildir: ticarət (topdan və pərakəndə satış);
ictimai qidalanma (restoranlar, kafe, qəlyanaltılar, barlar, yemək otaqları, bufetlər
və s.); satınalma təşkilatları; maliyyə-kredit təşkilatları (banklar, Əmanət bankı və
onun bölmələri, sığorta şirkətləri, auditor firmaları, investisiya fondları); satış
təşkilatları (fond, resurs, mal, valyuta birjaları, broker şirkətləri); əmlak bazarı
infrastrukturu (əmlakın qiymətləndirilməsi üzrə agentliklər, daşınmaz əmlak
firmaları, mənzil bürosu, texniki inventarlaşdırma bürosu); əmək bazarı
infrastrukturu (əmək birjaları, məşğulluq mərkəzləri, kadrların yenidən
hazırlanması mərkəzləri, əhalinin sosial müdafiəsi mərkəzləri);
3) sosial infrastruktur. Ona daxildir: yaşayış təsərrüfatı (yaşayış fondu və
mənzil xidmətləri); əhalinin (tikiş və geyim, ayaqqabı təmiri üzrə atelye, xırdavat,
zərgərlik, dəri məmulatlarının təmiri üzrə emalatxanalar, camaşırxanalar, kimyəvi
təmizləmələr, fotoatelye, məişət texnikasının təmiri üzrə emalatxanalar, tele-,
radio-, video təchizatları, ayin xidmətlərini göstərən müəssisələr və s.) məişət
xidməti müəssisələri; səhiyyə müəssisələri (tibbi diaqnostik mərkəzlər,
xəstəxanalar, klinikalar, poliklinikalar, ambulatoriyalar); təhsil müəssisələri
(məktəbəqədər müəssisələr, məktəblər, liseylər, gimnaziyalar, kolleclər, institutlar,
akademiyalar, universitetlər); sosial təminat müəssisələri (əlillər üçün internatlar,
uşaq evləri); mədəniyyət və incəsənət müəssisələri (teatrlar, kinoteatrlar, muzey,
qalereyalar, nümayiş zalları, kitabxanalar, konsert zalları, saraylar və mədəniyyət
evləri); bədən tərbiyəsi və idman müəssisələri (stadionlar, idman kompleksləri,
hovuzlar, buz meydançaları, futbol meydanları, basketbol və voleybol
meydançaları və s.); turizm; mehmanxanalar; sərnişin nəqliyyatı (qatarlar, elektrik
qatarlar, avtobuslar, trolleybuslar, tramvay, taksi, metro); əhaliyə xidmət üzrə əlaqə
(poçt, teleqraf, mənzil telefonları, internet, elektron poçt); asudə vaxt müəssisələri
20
(əyləncə mərkəzləri, disko klublar, maraqlar üzrə klublar, parklar və s.).
4) institusional infrastruktura daxildir: hüquqi müəssisələr (vəkil ofisləri, arbitraj
məhkəmələri, hüquq məsləhətxanaları, notariat, prokurorluq, qeydiyyat palatası,
ümumi yurisdiksiya məhkəmələri); idarəetmə müəssisələri (VVAQ-lar, arxivlər,
ərazi idarəetmə orqanları, miqrasiya xidmətləri);
5) informasiya infrastrukturu: reklam agentlikləri, marketinq mərkəzləri,
yarmarkalar, sərgilər, informasiya-hesablama mərkəzləri, internet,
meteostansiyalar;
6) innovasiya infrastrukturu: elmi tədqiqat institutları, konstruktor bürosu, layihə
təşkilatları, Elmlər akademiyası, ali məktəblər, ərazi innovasiya mərkəzləri, riskli
müəssisələr;
7) ekoloji infrastruktur: sanitar-epidemiologiya nəzarəti, təbiəti qoruyan
cəmiyyətlər, təmizləyici qurğular;
8) xarici iqtisadi infrastruktur: mədəni, informasiya, xarici tədris mərkəzləri, xarici
ticarət təşkilatları, konsulluqlar, səfirliklər, müxtəlif ölkələrin nümayəndəlikləri,
viza və qeydiyyat şöbəsi, gömrük.
Bazar xidmətləri əlamətinə görə infrastruktur aşağıdakılara bölünə bilər:
1) ümumbazar (kommersiya bankları, sığorta şirkətləri, konsultasiya, auditor
firmaları və s.);
2) istehlak bazarı infrastrukturu (topdansatış təşkilatları, mağazalar, ictimai
qidalanma müəssisələri və s.);
3) maliyyə bazarı infrastrukturu;
4) əmlak bazarı infrastrukturu;
5) əmək bazarıinfrastrukturu və s.
Məkan əlaməti üzrə infrastrukturun aşağıdakı növləri ayırd edilir:
1) beynəlxalq (beynəlxalq banklar, birjalar, xarici firmaların ticarət
nümayəndəlikləri, xarici ticarət təşkilatları, gömrük, beynəlxalq yarmarkalar,
beynəlxalq tədris, tibbi, mədəni mərkəzlər və s.);
2) milli (sənaye-ticarət palatası, kommersiya banklarının assosiasiyası, böyük
kommersiya bankları, tədris, tibbi, birjalar, elmi mərkəzlər, ümummilli təyinatlı
21
mədəni müəssisələr);
3) regionlararası (böyük regional kommersiya bankları, vasitəçilik təşkilatları və
s.);
4) regional (regional ticarət mərkəzləri, kommersiya bankları, investisiya fondları,
ticarət evləri, reklam agentlikləri, ali məktəblər, tibb müəssisələri, teatrlar və s.);
5) şəhər (əmlak satışı üzrə agentliklər, vəkil ofisləri, kiçik topdan satış firmaları,
mağazalar, ictimai qidalanma müəssisələri, şəhər sərnişin nəqliyyatı, poliklinikalar,
ambulatoriyalar, uşaq məktəbəqədər müəssisələri, məktəblər, gimnaziyalar,
əyləncə mərkəzləri, məişət xidməti müəssisələri və s.).
Qeyd etmək lazımdır ki, hər təsnifat müəyyən ehtiyacları nəzərə alaraq
işlənir, bu və ya digər tələblərə və praktik fəaliyyətin həyata keçirilməsinin
məsələlərinə cavab verir[56].
Dostları ilə paylaş: