7
I FƏSİL. BİZNES İNFRASTRUKTURUNUN NƏZƏRİ MƏSƏLƏLƏRİ
1.1. Biznes infrastrukturunun formalaşması və xüsusiyyətləri
Biznes – istehlakçıların tələbatlarını ödəmək və gəlir əldə etmək məqsədilə
işgüzar insanların isgüzar münasibətlərinin məcmusudur. Biznes təbii sərvətlərin,
istehsalın və ya malların və ya göstərilən xidmətlərin digər mal, xidmət və pul
yerinə əldə olunması və ya satılması üzrə fərdi şəxslər, müəssisə və ya təşkilatlar
tərəfindən həyata keçirilir. Başqa sözlərlə, biznes gəlir gətirən istənilən
məşğuliyyət, iş mənasını verir. Biznes bütün biznesləri və onların fəaliyyətini
vahid şəkildə inteqrasiya edən sistem rolunu oynayır.
Biznesin normal fəaliyyət göstərməsi üçün müvafiq infrastruktur olmalıdır.
Digər obyektiv mövcud olan sistemlər kimi, biznesin özünün infrastrukturu vardır.
“İnfrastruktur” termini ilk dəfə iqtisadi təhlildə silahlı qüvvələrin normal
fəaliyyətini təmin edən obyekt və qurğular mənasında istifadə edilmişdir. Burada
o, hərbi güclərin normal fəaliyyətini təmin edilməsində iştirak edən kompleks
qurğuların (hərbiyə aid olan müxtəlif avadanlıqların anbarlarının, hərbi hava
düşərgələrinin, radiolokasiya nöqtələrinin, təlim-məşq meydanlarının, raketlərin
meydançalarının və s.) toplusu kimi anlaşılırdı. Bu ötən əsrin əvvəllərində baş
vermişdir. 40-cı illərdə Qərbdə infrastruktur dedikdə, maddi istehsalın normal
fəaliyyətinə şərait yaradan sahələrin məcmusu başa düşülürdü. Sovet iqtisadi
əəbiyyatında infrastruktur problemi 70-ci illərdən öyrənilməyə başlamışdı [43, 12].
Ümumiyyətlə, “infrastruktur” sözü iqtisadi sistemin əsası, fundamenti, daxili
quruluşu mənasını verir. Biznesə tətbiq etdikdə, infrastruktur işgüzar
münasibətlərin hərəkətini nizamlayan və bu münasibətləri onların müxtəlifliyi və
müxtəlif subyektlililiyi ilə bütöv şəkildə birləşdirən təşkilati-hüquqi formaların
məcmusu rolunu oynayır.
Bazarın müxtəlif subyektləri arasında uzunmüddətli, kompleks və cürbəcür
qarşılıqlı təsirləri təmin edən nəticə etibarı ilə tamamlayıcı fəaliyyət göstərən
infrastrukturun köməyi ilə səmərəli bazar iqtisadiyyatını yaratmaq mümkündür.
8
“İnfrastruktur” sözü latıncadan tərcümədə “tikilinin hüdudlarından kənarda”
mənasını daşıyır. “Bazar infrastrukturu” kateqoriyası altında bazar iqtisadiyyatının
normal fəaliyyətinin ümumi şərtlərini təmin edən alətlərin, proseslərin, forma və
üsulların məcmusu başa düşülür. İnfrastrukturun kompleks xarakteri, tərkib
elementlərinin fəaliyyətindəki fərqlər təsdiq edir ki, “ümumi şərtlər” altında
adətən, hər şeydən əvvəl maddi-əşyavi şərtlər nəzərdə tutulmalıdır. Çox zaman bu
şərtlərə təkrar istehsal prosesini təmin etmək üçün yaradılmış, bütövlükdə fəaliyət
göstərən təşkilati münasibətləri aid edirlər. “Ümumi şərtlər”-in şərhi bununla
məhdudlaşmır. Dar mənada, ümumi şərtlər məhsuldar qüvvələrin özünün bilavasitə
inkişafı ilə yaradılır və onlara daxil olan sahə qruplarının, ilk növbədə, nəqliyyat və
rabitənin vəziyyəti ilə müəyyən edilir. Geniş mənada, həmin ümumi şərtlərə
həmçinin, təbiət, əmək ehtiyatlar və texniki mədəniyyət də daxil edilir. Bu
manufaktura və iri maşın sənayesinin istehsalının inkişafı dövründə verilmiş
amillərin limitlənməmək, yəni hədd qoyulmamaq xarakteri ilə əsaslandırılır, Çünki
onların təkrar istehsalını saxlamaq, mühafizə etmək müəyyən səviyyədə ümumi
şərt kimi ayrılır, onu sosial cəhətdən təşkil etmək və inkişaf etdirmək tələb olunur
[43, 14].
Bu şərhlər bir-birini tamamlayır. Onlar ümumi şərtlərə mühüm səviyyəvi
xüsusiyyətlər-intensiv tipli təkrar istehsalın genişlənməsi üçün vahid təməl
(platforma) yaratmaq imkanı verirlər. Səmərəli inkişaf edən infrastruktur sənayenin
fəaliyyəti və yerləşdirilməsində müsbət təsir xarakterinə malikdir və çox zaman
iqtisadiyyat üçün yaradıcı və islahatçı amili rolunda çıxış edir.
Bazar infrastrukturu özlüyündə bazar iqtisadiyyatı subyektlərinin səmərəli
işləməsini, eləcə də müəyyən bazar məkanında onların birliyini və qarşılıqlı təsirini
təmin edən fəaliyyət növlərinin məcmusunu ifadə edir. İnfrastruktur öz təbiətinə
görə ikili xarakter daşıyır. O, müəyyən əmək prosesini əks etdirir və bu sferaya
kapital qoyuluşu yolu ilə dəyəri artırır. İnfrastrukturun əsas əlamətləri və meyarlar
keyfiyyətində hər şeydən əvvəl onu seçilir ki, infrastrukturun istehsal fəaliyyəti
məhsulun yeni ; təbii-maddi formasını yaratmır, yalnız artıq hazırlanmış, istehsal
edilmiş məhsulun dəyərini artırır. İnfrastruktur sferasında istehsal prosesi səmərəli
9
effekt işlətməsindən (istehlakından) ayrılmazdır. Daşınma, saxlanma, qorunma və
informasiyanın ötürülməsi prosesləri formasında çıxış edən infrastruktur
məhsulları qorunmur və ya qablaşdırılmır (saxlanılmır) [19, 634].
Dostları ilə paylaş: