M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   2   3   4   5   6   7   8   9   ...   32
k-rov-M-bariz

GİRİŞ 

Mövzunun  aktuallığı.  İnfrastruktur  –  bu  istənilən  bütöv  iqtisadi  sistemin 

vacib  komponentidir.  "İnfrastruktur"  sözü  iqtisadi  sistemin  bünövrəsi,  daxili 

quruluşu  mənasını  bildirir.  Biznesdə  infrastruktur  müxtəlif  növ  resursların,  yəni 

maliyyə, mal, əmək, informasiya və s.-nin azad mübadiləsini və çoxalmasını təmin 

edən  və  bu  hərəkəti  bütöv  şəkildə  əlaqələndirən  elementlərin  məcmusunu  təşkil 

edir. Biznes infrastrukturu onun müvəffəqiyyətli fəaliyyət göstərməsini təmin edir. 

Biznesin  infrastrukturu  işgüzar  münasibətlərin  uzun  müddətli  təkamülü 

nəticəsində əmələ gəlmişdir. 

Respublikada  reallaşdırılan  iqtisadi  sahədə  islahatların  uğuru  biznes 

fəaliyyətinin  formalaşması  və  inkişafı    etməsi  ilə,  qeyd  edilən  məsələnin  həll 

olunması isə maksimum dərəcədə biznes infrastrukturunun yaradılması ilə bağlıdır. 

Biznes infrastruturunda qiymətli kağızların alış-satışıını reallaşdıran fond bazarı və 

onun  təşkilati  forması  olan  fond  birjaları  vasitəsilə  maliyyə  resursları  öz 

sahiblərindən onlardan əlverişli istifadə edən işgüzar iş adamlarına doğru hərəkəti 

təmin edilir. 

Ölkədə biznesin inkişafı üçün  əsas şərt seçilmiş biznes növünü təmin edən 

infrakstrukturun  mövcud  olması  və  inkişafıdır.  Müasir  biznes  özünə  qapana 

bilməz,  ona  müvafiq  təminat,  digər  istehsal  və  təşkilatlarla  korperasiya  gərəkdir, 

başqa cür ifadə etsək, biznesin inkişaf etmiş infrastrukturu olmalıdır. İnfrastruktur 

işgüzar  münasibətlərin  hərəkətini  qeyd  edən  və  bu  münasibətləri  müxtəlifliyinə 

baxmayaraq  bütöv  şəkildə  əlaqələndirən  təşkilati-hüquqi  formaların  məcmusunu 

təşkil  edir.  İnfrastrukturun  elementi  –  bu  hər  hansı  bir  fəaliyyət  sahəsində 

müəssisənin işi üçün lazımi şərtlərə xidmət edən və onları yaradan xüsusi fəaliyyət 

növüdür.  Belə  ki,  malların  satışı  zamanı    aşağıdakı  elementlərdən  istifadə  oluna 

bilər:  

1)  kredit və kommersiya bankları; 

2)  vasitəçinin  mal,  xammal,  fond  və  valyuta  birjalarında  təşkilati  rəsmiləşdirilmiş  

fəaliyyəti; 

3)  auksionlar, yarmarkalar və təşkilati qeyri-birja vasitəçiliyinin digər formaları; 



4)  kommersiya iqtisadi riskin təhlükəsizlik sistemi, həmçinin təhlükəsizlik) dövlət və  

qeyri-dövlət) şirkətləri 

5)  ticarət  palataları,  işgüzar  aidələrin  digər  ictimai  və  könüllü  dövlət-ictimai 

cəmiyyətləri; 

6)  gömrük sistemi; 

7)  kommersiya-sərgi kompleksləri 

8)  xüsusi azad sahibkarlıq zonaları və s. 

Başqa  sözlərlə  desək,  infrastrukturun  elementlərinin  məcmusu  biznes 

infrastrukturunu formalaşdırır. Biznes infrastrukturunun əsas elementləri bunlardır: 

istehsal infrastrukturu, bazar infrastrukturu, maliyyə infrastrukturu və informasiya 

infrastrukturu. 

İstehsal  infrastrukturu  uğurlu  biznes  fəaliyyətinin  əsas  şərtlərindən  biridir. 

Əsas istehsala xidmət üzrə işlər köməkçi bölmələr və xidmət göstərən təsərrüfatlar 

vasitəsilə həyata  keçirilir:  instrumental, təmir, nəqliyyat,  maddi-texniki  təchizatvə 

məhsulun  satış  xidmətləri.  Bu  daha  çox  əsas  fəaliyyəti  istehsal  olan  biznes 

növlərinə  aiddir.  İstehsal  infrastrukturunun  təşkil  olunması  onun  istehsal 

prosesindəki  rolu  və  müəssisənin  işinin  son  nəticələrinə  təsiri  ilə  müəyyən  edilir. 

Bazar  iqtisadiyyatında  infrastruktur,  yəni  malların,  xidmətlərin,  pulların,  qiymətli 

kağızların  və  işçi  qüvvəsinin  qarşılıqlı  axınını  təşkil  edən  qarşılıqlı  ixtisaslaşmış 

təşkilatlar sistemi vacibdir.  

Beləliklə, biznes infrastrukturu istehsal, bölgü, mübadilə və istehlak fazaları 

arasında iqtisadi resursların və xidmətlərin sərbəst hərəkətini təmin edən müstəqil, 

lakin  qarşılıqlı  əlaqəli  bazarların,  habelə  bu  bazarların  arasında  işgüzar  fəaliyyət 

münasibətlərinin  formalaşması  və  inkişafında  iştirak  edən  təşkilati-hüquqi 

formaların məjmusudur. Başqa sözlə desək, biznes infrastrukturu özünün hüdudları 

çərçivəsində  bir-birilə    bağlı  olaraq  qarşılıqlı  fəaliyyətdə  olan  15  azad  bazardan, 

həmçinin  də  bu  bazarların  funksional  və  təşkilat-hüquqi  fəallığını    daimi  və 

fasiləsiz  olaraq  artırılmasında  iştirak  edən  idarəetmə  strukturlarından  ibarətdir. 

Biznes  infrastrukturuna  aid  olunan  idarəetmə  strukturları  dolayı  və  birbaşa 

iştirakçılardan təşkil olunmuşdur.  



Bu baxımdan biznes infrastrukturunun inkişafının təşkil olunması uğurlu  

biznes  üçün  əsas  şərtdir.  Deməli,  dissertasiya  işinin  mövzusu  çox  aktual  bir 

məsələyə, yəni  biznes  infrastrukturunun inkişafının təşkilati iqtisadi  mexanizminə 

həsr olunmuşdur.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin