1.2. Biznes infrastrukturunun təsnifatı
İnfrastruktur sadəcə müəyyən sahələrin məcmusu deyil, maddi istehsalın və
sosial həyatın effektiv inkişafının ümumi şərtlərinin xaraktersitikasıdır. Məhz
malların istehsalı, onların sərbəst hərəkəti və fərdi istehlakı üçün müəyyən
regionlarda optimal şərtlərin yaradılması infrastrukturu digər fəaliyyət növlərindən
fərqləndirən prioritetdir və onu milli iqtisadiyyatın digər sahələrindən ayıran əsas
əlamətdir. Bazar münasibətləri şəraitində cəmiyyətə fəaliyyətin müxtəlif növlərinin
aparılmasında vacib olan təbii sərvətlər digər infrastruktur tələb edir ki, bu da
15
konkret regionun infrastruktur kompleksinin kəmiyyət və keyfiyyət
xarakteristikalarında transformasiya olunmasını labüd edir.
Infrastruktur fəaliyyətini və infrastrukturun regional inkişafa təsirini
infrastrukturun ərazi funksiyaları adlandırırlar. Funksional əlamət üzrə
infrastrukturun təsnifatı istehsal, sosial, maliyyı-kredit, informasiya, innovasiya,
institutusional və s. növləri ayırmağa icazə verir [42, 14]. İnfrastrukturun təsnifatı
haqqında ilk dəfə amerika alimi P.Rozenşteyn-Rodan danışmışdır. O bu termini
iqtisadi elmə gətirmişdir. Onun tərəfindən infrastrukturun iki əsas növü ayırd
edilmişdir: təsərrüfat (və ya istehsal) və sosial.
Regionun infrastrukturu ərazilərin effektiv inkişafının ümumi şərtlərini
müəyyən edir, mal mübadiləsi və fərdi istehlak, mal və xidmətlərin istehsalı üçün
optimal şərait yaradır. Bu, infrastrukturu milli iqtisadiyyatdan müstəqil fəaliyyət
növünə ayırır. Qərb alimləri tərəfindən iqtisadiyyatın bu və ya digər sahəsinin
infrastruktura aid edilməsi kriteriyalarının axtarılması onun üçün xarakterik olan
cəhətlərin ümumiləşdirilməsinə və əsas əlamətin aşkar edilməsinə gətirib çıxardı.
D.Klark, E.Tuxtfeld və digər iqtisadçılar hesab edirlər ki, infrastruktur obyektləri
bölünməzliyi, xarici effekti, rentabelliyinin kifayət qədər olmaması, bazar
mexanizminə tabe olmaması ilə xarakterizə olunur.
Y.Ştoler infrastrukturun üç növünü ayırd edir: texniki, iqtisadi və
institutisional. O qurğuların bölünməzliyini, uzun ömrü texniki əlamətlər hesab
edir. İqtisadi əlamətləri isə iqtisadi effekt, investisiya xarakteri, daimi kapitalın
xərclərində yüksək payı, investiyaların yüksək riski adlandırır. İnstitusional
əlamətlər infrastrukturun müxtəlif institutlarının olması, infrastruktur obyektlərinin
defisiti, mərkəzləşdirilmiş nəzarət və idarəetmə, infrastrukturun inkişafının
qanunvericilik bazasının olmasıdır. Lakin burjua iqtisadçıları iqtisadiyyatın bu və
ya digər sahəsinin infrastruktura aid olmasının başlıca kriteriyalarını müəyyən edə
bilməmişdilər. Bu barədə öz tədqiqatlarına əsasən əsas əlamətin olmadığı barədə
qənaətə gələn Y.Ştoller açıq-aydın bildirmişdir [46, 93]
16
Regional infrastruktur müəyyən spesifik əlamətlərə malikdir. Bu əlamətlər
əsasında infrastruktur sahələrini qruplaşdırmaq və onları müvafiq olaraq ictimai
istehsal sahələrinin məcmusundan ayırmaq olar.
Regional iqtisadiyyatın infrastrukturu vahid əlamətə malik olan
elementlərdən ibarətdir. Bu zaman onların hər biri spesifik xüsusiyyətlərə malik
olur. Onun komponentlərinin nisbəti strukturu əmələ gətirir. Infrastrukturun
təsnifatı bir sıra əlamətlər əsasında aparıla bilər. qeyd etmək lazımdır ki, hər
təsnifat müəyyən ehtiyacların, praktik fəaliyyətin həyata keçirilməsinin bu və ya
digər tələbinə və vəzifəsinə uyğun gəlib-gəlməməsinin nəzərə alınması ilə işlənib
hazırlanır.
R.Yoximsen infrastrukturun maddi, institusional, fiziki hissələrini ayırd edir.
Maddi infrastruktur dedikdə, o, başa düşür: milli iqtisadiyyatda nəqliyyat və
telekommunikasiya, enerji təminatı üçün istifadə olunan bütün qurğuların,
cihazların və istehsal vasitələrinin məcmusu; tikinti və s. İnstitusional infrastruktur
təsərrüfat vahidlərinin özlərinin iqtisadi qərarlarını formalaşdırdığı və onları digər
sahibkarlarla
əməkdaşlıq
zamana
həyata
keçirdikləri
yaradılmış
və
qanuniləşdirilmiş müəssisələri əhatə edir. Fiziki infrastruktura “bazar iqtisadiyyatı
şəraitində insanların mənəvi, sahibkarlıq, proffesional və digər qabiliyyətləri”ni
daxil edir [46, 96].
İ.P.Boykov və F.F.Rıbakov istehsal, sosial, elmi-texniki və bazar
infrastrukturunu ayırd edirlər. N.A.Juravlev funksional təyinatına görə
infrastsrukturun səkkiz əsas növünü ayırır: energetik, nəqliyyat, kommunikasiya,
ekoloji, innovasiya və s. qeyd edir ki, onları idarəetmə metodları xeyli fərqlənir.
D.V.Şopenkonun fikrincə, ümumi təsnifat əlaməti onun istehsal və sosial
infrastruktura bölünməsidir. Lakin regional səviyyədə bu təsnifatı dəqiqləşdirmək
lazımdır. İnnovasiya-təhsil və institusional infrastruktur bi təsnifatda xüsusi rol
oynayırlar, çünki funksional infrastrukturun bütün növləri ilə qarşılıqlı təsirdə olur
və onların inkişafını və regional iqtisadiyyatın özünün modernləşdirilməsini
müəyyən edir.
17
Regionun ictimai-iqtisadi inkişafını dörd qrup göstəricilər xarakterizə edir:
1) resurs potensialı (faydalı mədənlər, torpaq, meşə, su resursları); 2) energetika
infrastrukturunun inkişafı (yol-nəqliyyat, rabitə-informasiya, müəssisələrin sayı və
istehsalat gücü, onların əsas fondlarının dəyəri); 3) sosial infrastruktur tərəfindən
müəyyən edilən insan kapitalının inkişafı; 4) institusional infrastrukturdan asılı
olan investisiya, innovasiya və işgüzar iqlim.
A.V.Abayev hesab edir ki, infrastruktur iki böyük kateqoriyaya bölünür:
iqtisadi (istehsal) və sosial. İqtisadi infrastruktur nəqliyyat, əlaqə, enerji - və su
təminatını, sosial infrastruktur - təhsil və səhiyyə obyektlərini özünə daxil edir. Bu
bölünmə kifayət qədər şərtidir, çünki infrastrukturun ayrı elementləri həm iqtisadi,
həm də sosial xüsusiyyətlər daşıyır. Məsələn, adətən sosial infrastruktura aid olan
təhsil müəssisələri artımın ən əhəmiyyətli iqtisadi amili olan insan kapitalının
generasiya edilməsində mühüm rol oynayırlar [42, 16].
İnfrastruktur tərkibinə ənənəvi daxil edilən nəqliyyat, əlaqə, maddi-texniki
təminat, təmir və başqa köməkçi xidmətlər kimi sahələrlə yanaşı, kadrların
hazırlanması, istehsal və elmi təminat, iqtisadiyyatın informasiya təminatı,
istehsalda əməyin qorunması da aiddir.
V.P. Krasovskisinin fikiriylə razılaşmaq lazımdır, hansı ki, vurğulayır ki,
infrastrukturun tərkibinə daxil edilən sahələrin və obyektlərin aidəsi müəyyən
elastikliklə səciyyələnir, bununla əlaqədar olaraq infrastruktur obyektlərinin ciddi
və sərt təsnifatını təklif etmək məqsədəuyğun deyil. İnfrastruktur - yalnız yığılmış
maddi sərvət deyil, ictimai istehsal prosesində müəyyən funksiyaların icra
edilməsini təmin edən insanın fəaliyyət sferası, müəssisələrin "sahələrinin
məcmusu"dur.
T.Q. Semenkovanın nöqteyi-nəzəri xüsusi maraq kəsb edir, hansı ki,
infrastruktur kateqoriyasının siyasi-iqtisadi məzmununu və onun regionda təkrar
istehsal prosesləri ilə əlaqəsini açır və iddia edir ki, bütün infrastruktur
obyektlərinin mövcudluq şərti genişləndirilmiş təkrar istehsal prosesinin normal
həyata keçməsi üçün onlara obyektiv ehtiyacdır. Həm də infrastruktura daxil
edilmiş müəssisə və idarələrin sahələrinin məhsuldar xarakteri müəssisələrdə əlavə
18
məhsulun yaradılması ilə deyil, bütovlükdə milli gəlirin artırılması işində milli
iqtisadiyyat ilə əlaqəsi ilə müəyyən edilir. Yəni infrastruktura sənaye və kənd
təsərrüfatından başqa milli iqtisadiyyatın praktik olaraq bütün sahələri qoşulur [41,
78].
V.Q. Terentyev infrastruktura istehsalın müxtəlif amillərinin və nəticələrinin
nəqli, akkumulyasiya və bölgüsünü təmin edən ümumi şəraiti yaradan kompleks
kimi baxır. Onun fikrincə, infrastruktur bilavasitə ictimai istehsalın təşkilinin
formalarının inkişafını təmin edir və əmək bölgüsünün dərinləşməsi ilə birbaşa
bağlıdır.
Y.V.Bloxin öz əsərlərində qeyd edir ki, əsas istehsalın sahələrində normal
istehsal fəaliyyəti şərtlərini təmin edən təkrar istehsal prosesində funksional
fəaliyyəti ümumi istifadə edilən köməkçi, xidmət edən sahələri, maddi istehsal
sahələri və qeyri-istehsal sahələri olan infrastrukturu təşkil edir. Əsas istehsaldan
fərqli olaraq, infrastrukturun fəaliyyəti onun mövcudluğunun ümumi şərtlərini
yaradır.
İnfrastrukturu ümumi şəkildə belə təsnifləşdirmək olar: (42, 18)
Dostları ilə paylaş: |