M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»


Biznes infrastrukturunun funksiyaları və tərkibi



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
k-rov-M-bariz

1.3. Biznes infrastrukturunun funksiyaları və tərkibi 

İqtisadçı  alimlərdən  bir  qrupu  bazar  infrastrukturunu  yerinə  yetirdiyi 

funksiyaların spesifikliyinə görə ayırırlar. Onların fikrincə, bazar infrastrukturu, bir 

tərəfdən,  bazar  subyektlərinin  qarşılıqlı  əlaqələrinin  fasiləsiz  fəaliyyətini  təmin 

edir, digər tərəfdən isə, əmtəə-pul axınlarının hərəkətini tənzimləyir. Eyni zamanda 

onlar hesab edirlər ki, hər hansı sosial-iqtisadi sistemin tərkib hissəsi kimi fəaliyyət 

göstərən  bazar  infrastrukturu,  bu  sistemə  daxil  olan  obyekt  və  subyektlərin 

qarşılıqlı  əlaqələrinin  fasiləsizliyini  təmin  edən  elementlərin  məcmusudur.  Bazar 

infrastrukturuna  ixtisaslaşmış  müxtəlif  təsərrüfat  subyektlərini  qarşılıqlı  surətdə 

əlaqələndirən,  “spesifik  alt  sistem”  kimi  baxmaqla,  əslində,  onu  bir-birilə  üzvi 

vəhdətdə olan sərbəst bazarlar kompleksi kimi qəbul etmirlər. Bundan başqa, bazar 

infrastrukturunun  spesifik  funksiyaları  kimi  təqdim  olunan  funksiyalar  digər 

infrastrukturların  funksiyalarından  heç  nə  ilə  fərqlənmirlər.  Odur  ki,  bizim 

fikrimizcə, funksilonal nöqteyi-nəzərdən, bazar infrastrukturunun, maddi texnoloji, 

təşkilati,  informasiya,  maliyyə  və  hüquqi  xarakterə  malik  olmaqla,  müstəqil 

bazarların  fəaliyyət  mexanizmlərinin  məcmusu  kimi  dərk  olunması  dərin  elmi 

əsaslara  malikdir.  Bazar  infrastrukturu  özünün  funksional  fəallığını  artırmaqla, 



22 

iqtisadiyyatın tərkib hissəsi kimi, öz növbəsində iqtisadi funksiyaların, hər şeydən 

əvvəl  isə,  ehtiyatların  optimal  akkumlyasiyası  və  onlardan  təsərrüfat  fəaliyyəti 

məhsulları  istehsal  etmək  funksiyasının  yerinə  yetirilməsinə  imkan  və  şərait 

yaradır. 

İnfrastruktur bir sıra funksiyalar yerinə yetirir: [44, 19] 

1.  vasitəçilik  funksiyası.  Malların  istehsalçılardan  istehlakçılara  irəli 

sürülməsindən  (pul, qiymətli kağızlar, fiziki kapital, əmək və s.), ticarət, maliyyə 

sazişlərinin  sadələşdirilməsi,  sənədlərin  müşayiət  olunmasının  təminatı, 

müqavilələrin bağlanması və s.-dən ibarətdir. 

2. informasiya (konsultasiya) funksiyası: biznesi iqtisadi, hüquqi, texniki və 

s.  informasiya  ilə  təmin  olunması  və  iqtisadi,  hüquqi    və  başqa  məsələlər  üzrə 

konsultasiyaların həyata keçirilməsi  

3.  nizamlayıcı  funksiya  –  işgüzar  fəallığın  nizama  salınması,  biznesə 

şəraitlərin yaradılması və stimullaşdırılması, biznesin təşkilində yardım etmədir. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin