48
1) 2012-2015-ci illər ərzində Beynelxalq Əmək Təşkilatının hesablamalarına görə işsizlərin
hamısı nəzərə alınmaqla hesablanmışdır.
2) Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə (rəsmi olaraq işsiz adı alan insanlar da
aiddir).
Mənbə:
http://www.stat.gov.az/source/labour/
Cədvəldən bizə məlum olur ki, əhalinin orta illik sayı 2012-ci ildə 9295, 8
min nəfər təşkil etsə də, 2015-ci ildə bu göstərici 353,5 min nəfər artaraq 9649,3
min nəfər olmuşdur. 2012-ci ildə iqtisadi fəal əhalinin sayı 4688,4 min nəfər
olduğu halda 2015-ci ildə 226,9 min nəfər artaraq 4915,3 min nəfər olmuşdur.
İşsizlərin sayı 2012-ci ildə 243,1 min nəfər olmuşdur, 2015-ci ildə bu göstəricidə
ciddi artım müşahidə olunmamışdır. Belə ki, 2015-ci ildə işsizlərin sayı 243,7 min
nəfərə qədər artmışdır ki, bu da 2012-ci il ilə müqayisədə 0,6 min nəfərin artması
deməkdir.
Yüksək peşəkarlıq, təşəbbüskarlıq, aktivlik. yaradıcılıq, özü haqqında tam
təəssürat yaratmaq bacarığı, öz qüvvəsinə arxayın olmaq - bütün bunlar əmək
bazarında müvəffəqiyyətə nail olmaq üçün başlıca xüsusiyyətlərdəndir.
Hal- hazırkı bazar iqtisadiyyatı vəziyyətində bir yandan pul artıglığı olan
insanlar öz müstəqil vəsaitlərini sərfəli şərtlərlə qoymaqla onlardan əlavə qazanc
qazanmağa çalışırlar, digər yandan isə maliyyə resurslarına təlabat yaranır.
Maliyyə vəsaitinə ehtiyacı olan şəxslər (borc alanlar) və artıq pulu olanların
(kreditorlar) üz-üzə gəlməsi maliyə bazarı vasitəsilə maliyə vasitəciləri tərəfındən
reallaşdırılır. Maliyyə bazarının fəaliyyətdə olması üçün cəmiyyətin bəzi
təbəqəsində sərbəst maliyyə vəsaitləri olması sərtdir (depozitlər və yaxud
əmanətlər). Maliyyə bazarı cəlb edilmiş əmanətlər və yatırım qoyuluşları daha çox
olan ölkələrdə sürətli inkişaf edir.
2011-2016-cı illərdə ölkə iqtisadiyyatına kredit qoyuluşlarını aşağıdakı
cədvəldən görmək mümkündür (cədvəl 2.2.):
Dostları ilə paylaş: