Sxem 2.4.
Mənbə: İqtisadi nəzəriyyə: mikroiqtisadiyyat. Bakı, 2008. s.84
AR.da bir neçə lizinq şirkəti yaradılmış və fəaliyyət göstərir (məsələn,
«Finanslizinq», «Aqrolizinq», «Avtolizinq» və s.). Əsas fəaliyyət predmeti
lizinqdən ibarət olan həmin şirkətlər lizinq xidməti göstərir. Lakin bunlar
özlüyündə AR.da sözün əsl mənasında lizinq bazar infrastrukturunun tam
formalaşması üçün kifayət etmir [6, 32].
Lizinq AR.da əsas fondlara qoyulan investisiyanı maliyyələşdirmə forması,
iqtisadiyyata kapital qoyuluşunun üsulu, istehsalın maddi-texniki təmini metodu
kimi tanınmaqdadır. Lizinqin köməyi ilə respublikada istehsal texniki cəhətdən
yenidən qurulmalı, ayrı-ayrı iqtisadi sahələrdə struktur dəyişikliyinə nail
olunmalıdır. Lizinq şirkətlərinin sayı artırılmalı və onlar ölkənin nisbətən geridə
qalmış rayonlarının iqtisadi inkişafında böyük rol oynamalıdır. Lizinq bazarın
yüksək keyfiyyətə malik olan mallarla təmin edilməsində güclü impuls olmalı,
ölkənin iqtisadi həyatında və təsərrüfat praktikasında geniş səviyyədə tətbiq
edilməlidir. Yalnız belə halda AR.da lizinq bazar infrastrukturunun formalaşması
haqqında danışmaq olar.
|