SYX ";
12. "AR.da kommunal xidmətlər sahəsinin (istilik və elektrik enerjisi, qaz və su)
inkişafına aid SYX ".
Təsdiq olunan strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə
əlaqədar
qiymətləndirmə
və
komunikasiya
tədbirlərini,
monitirinqi
Kommunikasiya Mərkəzi və İqtisadi İslahatların Təhlili reallaşdırır.
AR. Prezidenti tərəfindən 2016-cı il 26 may tarixində "Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında" və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik
edilməsi barədə AR.nın Qanunlarını imzalanmışdır. Dəyişikliklərə əsasən dəmir
yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasında
xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat
vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən
keçirilməklə digər dövlətə daşındıqda və əksinə iyunun 1-dən 3 il müddətində yol
vergisi və dövlət rüsumundan azad edilmişdir.
AR. Prezidenti tərəfindən 1 iyun 2016-cı il tarixində "AR.nın Vergi
Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "AR.nın Miqrasiya Məcəlləsində
dəyişikliklər edilməsi haqqında", "Sosial sığorta haqqında" AR.nın Qanununda
dəyişiklik edilməsi barədə" və"Gömrük tarifi haqqında" AR.nın Qanununda
dəyişikliklər edilməsi barədə" Qanun imzalanmışdır. Ölkədə qeyri-neft sektorunun
davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir
texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili sahəsində
fəaliyyət göstərən sahibkarlara güzəştlərin tətbiqi, onların inzibati yükünün
59
azaldılması, bu sahənin inkişafının stimullaşdırılmasına dövlət dəstəyini
göstərilməsi qanunların qəbul olunmasının əsas məqsədi olaraq çıxış etmişdir.
Konkret olaraq, bu dəyişikliklər Qaradağ Sənaye Parkında gəmiqayırma
fəaliyyətinin təşkilinə dövlət tərəfindən verilən böyük islahat dəstəyi kimi qəbul
edilə bilər. Beləliklə, Qaradağ Sənaye Parkının ilk rezidenti statusu almış "Bakı
Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır [15].
AR. Prezidenti 4 avqust 2016-cı ildə "2016-cı ildə vergi sahəsində aparılacaq
islahatların istiqamətləri"nin təsdiq edilməsi və vergi inzibatçılığının
təkmiləşdirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncam vergi orqanları ilə
vergi ödəyiciləriylə arasındakı şəffaflığın və qarşılıqlı etimadın daha da
çoxaldılması, ölkə iqtisadiyyatın davamlı inkişaf tempinə müvafiq olaraq real vergi
potensialın müəyyən olunması və sahibkarlara əlverişli şəraitin qurulması üçün
vergi sistemində olan islahatların uğurla davam etdirilməsini və vergi
inzibatçılığının daha təkmilləşdirilməsini təmin edəcəkdir. Vergi ödəyiciləri və
vergi orqanları arasındakı birbaşa təmasın aşağı salınması məqsədilə elektron
auditin tətbiq dairəsi genişlənəcək, Vergilər Nazirliyi Çağrı Mərkəzində son illər
beynəlxalq təcrübədə çox tətbiq edilən "Outbound Call Centre" (geriyə - müştəriyə
zəng edilmə xidməti) funksiyası tətbiq olunacaqdır.
AR. Prezidenti 9 Noyabr, 2016-cı il tarixində Milli Elmlər Akademiyası
(AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam
imzalayıb. Adıçəkilən parkda həyata keçirilən tədqiqatların nəticələrinin istehsal və
xidmət sahələrində tətbiqi üçün lazım olan infrastruktur və maddi-texniki bazanın
yaradılması planlaşdırılmaqdadır. Yaradılan yüksək texnologiyalar parkı
innovasiya məhsullarının və yüksək texnologiyaların işlənilməsi, hazırlanılması və
ya təkmilləşdirilməsi məqsədiylə təcrübə-konstruktor və eləcə də elmi tədqiqatlar
işlərinin aparılmasına töhfə verəcək. Bu sahədə səlahiyyətli orqan olan AMEA
parkın ərazisində sahibkarlıq fəaliyyətinin səmərəliliyini təmin etmək üçün digər
xidmətlərin göstərilməsini də təmin edəcək. Qanunda nəzərdə tutulan
dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal
vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər
60
baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit
yükdaşımalarının həcminin, eyni zamanda sahibkarlar üçün gəlirlərin atması
deməkdir [15].
AR. Prezidentinin 2016-cı il 24 noyabr tarixli fərmanı əsasında "Elektron
ipoteka" sistemi barədə əsasnamə təsdiq edilmişdir. Elektron sistem "Elektron
hökumət portalı"da qurulur və ona inteqrasiya olunur. Elektron sistemin tətbiq
edilməsinin məqsədi ipoteka kredıtlərinə çıxış imkanlarını sadələşdirilməsi,
ipoteka krediti almaq istəyənlər üçün bərabər şəraitin yaradılması, müraciətlərə
baxılması zamanı şəffaflıq və operativliyin təmin olunması, eləcə də informasiya-
kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanaraq tələb edilən
sənədləri həqiqi vaxt rejimində əldə etmək, sərf edilən vaxta və xərclərə qənaət
edilməsinə, göstərilən xidmətlərin keyfiyyət və səmərəliliyinin qaldırılmasına nail
olmaqdan ibarətdir.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin inkişaf
etdirilməsi, sənaye istehsalının artırılması və "AR.da sənayenin inkişafına aid
2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər
Planınına uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin
təkmilləşdirilməsi məqsədilə AR Prezidentinin 2016-cı il 18 yanvar tarixli
"İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı əsasında
"investisiya təşviqi sənədi"nin verilməsi qaydaları təsdiqlənib.
İnvestisiya təşviqi sənədi - sahibkarlara “AR.nın Vergi Məcəlləsində və
"Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas
verən sənəddir. Gömrük tarifi haqqında" Qanunda müəyyən edilmiş güzəşt idxal
olunan texnika, qurğuların və texnoloji avadanlıqların gömrük rüsumundan azad
olunmasını nəzərdə tutur. Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər hüquqi
şəxslərin mənfəət vergisinin və (və ya) fiziki şəxslərin gəlir vergisinin 50%
güzəştlə ödənilməsi; hüquqi şəxslərin və fərdi sahibkarların əmlak və torpaq
vergisindən azad olunması; texnoloji avadanlıqların, texnika və qurğuların idxalda
ƏDV-dən azad olunması ilə əlaqədardır. Təsdiqedici sənədi almaq üçün sahibkar
"Lisenziyalar və icazələr haqqında" AR Qanunununa uyğun olaraq, AR.nın
61
İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməsi nəzərdə tutulur.
Habelə, ölkədə dayanıqlı iqtisadi inkişafın təmin edilməsinin əsas
şərtlərindən biri olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün AR
ərazisində yaradılmış qeyri-neft məhsullarının növünən, habelə, ixrac edilən həmin
məhsulların dəyərinin xususi çəkisindən asılı olaraq, AR ərazisində qeyri-neft
məhsullarının ixracıyla məşğul olan şəxslərə AR-nın dövlət büdcəsinin vəsaiti
hesabına ixracın təşviqi ödənilməsini nəzərdə tutan 1 Mart 2016-cı il tarixli fərman
imzalanmışdır. Eyni zamanda, Fərmanla müəyyən edilmşdir ki, ödəniləcək ixracın
təşviqinin baza məbləği ixrac əməliyatlarına görə faktiki ixrac edilmiş malın ixrac
gömrük bəyannaməsındə nəzərdə tutulmuş gömrük dəyərinin 3 faizini təşkil edir
[15].
İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı gündəlik
həyatın bütün sferalarında hiss edilməklə yanaşı, müasir iqtisadi mühitdə də
əvəzsiz rola malikdir. İnformasiya, modern reallığa uyğun olaraq ən dəyərli aktiv
hesab edilməklə, konkret hədəflərə istiqamətlənən fəaliyyətlər üçün düzgün
istifadə edildikdə istər ona sahib olan subyekt, istərsə də ümumilikdə cəmiyyət
üçün faydalı nəticələr hasil edir. Bank sektorunda kredit məlumatlarının effektiv
mübadiləsi kredit risklərinin minimallaşdırılmasına xidmət etməklə yanaşı
uzunmüddətli perspektivdə kredit bazarında faiz dərəcələrinin azalmasına təkan
verə bilər. Bu məqsədlə, məlumat mübadiləsini təmin edən kredit hesabatlığı
sisteminin formalaşması və inkişafı vacibdir.
Mahiyyət etibarilə kredit hesabatlığı sistemləri texnoloji yeniliklərin və
innovativ həllərin tətbiq olunduğu və əməliyyatların icrası proseslərinin dəqiq
hüquqi çərçivələrlə əhatə olunduğu məlumat bazası formasında çıxış edirlər. Bu
sistemlər əsasən 2 formada mövcud olur:
özəl kredit bürosu (private credit bureau);
dövlət nəzarətində olan kredit reyestri (public credit registry).
Kredit büroları topladıqları məlumatların forması və məzmunu, o cümlədən
təklif etdiyi xidmətlərin miqyasına görə dövlət nəzarətində olan kredit
reyestrlərindən (bundan sonra – kredit reyestri) əhəmiyyətli dərəcədə fərqlənir.
62
Özəl kredit büroları maliyyə inkluzivliyinin və ümumilikdə maliyyə
sabitliyinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda,
iqtisadiyyata investisiya cəlb edilməsi prosesində də kredit bürolarının
mövcudluğu ciddi təsirə malikdir. Belə ki, xarici investorların bu və ya digər
iqtisadiyyata sərmayə qoyuluşu üçün bazis sənəd sayılan “Doing Business”
hesabatında sərbəst maliyyə resurslarına çıxış imkanlarını ölçən “Kreditin əldə
edilməsi” (Getting credit) indeksi bilavasitə ölkənin kredit hesabatlığı sisteminin
səviyyəsini qiymətləndirir. İndeks aşağıdakı alt parametrlərdən ibarətdir:
1. qanunvericiliyin qüvvəsi;
2. kredit məlumatlarının genişliyi;
kredit reyestrinin əhatə aidəsi;
1. kredit büronun əhatə aidəsi.
Ümumilikdə “Doing Business” 188 iqtisadiyyatı əhatə etməklə 11 parametr üzrə
qiymətləndirmə aparan hesabatdır. Ölkəmizin son 5 il üzrə kreditin əldə olunması
indeksi üzrə reytinqi aşağıdakı kimi olmuşdur:[58]
Dostları ilə paylaş: |