M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
k-rov-M-bariz

2.3. Müstəqil bazarlar və birja 

Biznes infrastrukturuna aid edilən müstəqil bazarlar aşağıdakılardan 

ibarətdir: [1, 30] 

 

əmtəə və xidmətlər (istehlak) bazarı; 



 

istehsal vasitələri bazarı; 

 

əmək bazarı; 



 

daşınmaz əmlak bazarı; 

 

innovasiya bazarı; 



 

investisiya bazarı; 

 

lizinq bazarı; 



 

sığorta bazarı; 

 

maliyyə bazarı;



 

 

 



hərraclar; 

 

informasiya bazarı; 



 

reklam bazarı; 

 

qiymətləndirmə bazarı; 



 

konsaltinq bazarı; 

 

lisenziyalar bazarı; 




46 

 

regional bazarlar. 



Bunlardan bir neçəsinə nəzər yetirək.  

Əmtəə və xidmət  sahəsinin bazarı istehlakçılarla istehsalçılar arasında olan 

istehlak təyinatlı  xidmət və əmtəələrin  alqı-satqısı ilə xarakterizə olunur. İstehlak 

bazarında  maddi  yəni  əşya  formasındakı  əmtəələrin  alış-satışı  üçün  anlaşmaların 

bağlanması üzrə ticarət proseslərinin aparılmasında  mühüm rol ixtisaslaşmış olan 

müstəqil  qeyri-dövlət  təsisatlarına  -    əmttə  birjalarına  aiddir.  Əmtəə  birjalarının 

önəmli təyinatı özünü anlaşmaların bağlanmasında, xidmətlərin edilməsində, əmtəə 

alıcıları və satıcıları arasında ticarət prosesinin nizamlanmasında, qiymət barəsində 

informasiyaların  yığılması  və  nəşr  olunmasında  göstərir.  Bundan  əlavə  xidmət 

bazarı  insanlara  ödənişli  məişət  xidmətini  (nəqliyyat  xidməti,  camaşırxana, 

nəqliyyat xidməti , rabitə, haman və ya dəlləkxana, kimyəvi təmizləmə ilə yanaşı 

başqa xidmətləri özündə birləşdirir. [3, 63].  

İstehsal vasitələri bazarının predmetinə istehsalda birbaşa və yə dolayısı  ilə 

iştirak edən bütün maddi-texniki obyektlər aid edilir. Buna görə də o, üç bazardan 

ibarətdir.  Birincisi,  istehsal  binalarının  və  tikililərin  alqı-satqısı  bazarı;  ikincisi, 

istehsal  təyinatlı  cihazlar,  texnoloji  avadanlıq,  maşın  bazarı;  üçüncüsü  isə 

məhsulun  hazırlanması  üçün  xammal,  material,  yarımfabrikatlar,  enerji  bazarıdır. 

İstehsal vasitələri üzrə ticarət onları istehsal edən müəssisələr və ya mülkiyyətçilər, 

yaxud da ixtisaslaşdırılmış alqı-satqı təşkilatları, bazaları tərəfindən, yarmarkalar, 

auksionlar, əmtəə birjalarında aparılır. 

Əmək  bazarı -  tələb  və  təklifin  üz-üzə  gəldiyi  məkandır.  Əmək  bazarı 

cəmiyyətimizin iqtisadi və sosial-siyasi yaşayışında planlı və önəmli sahədir desək 

yerinə  düşər.  Əmək  bazarında    fiziki  iş  qüvvəsinin  qiyməti  dəyərləndirilir,  təhsil 

ala bilmək imkanları, əməkhaqqının miqdarı, əməyin şəraiti, məşğulluğun təminatı 

və s. ortaya çıxarılır. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını 

özündə əks etdirir. 

Müasir  əmək  bazarının  başlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,  daimi 

məşğulluğa  tam  zəmanət  vermək  qeyri-mümkündür.  Məşğulluq  səviyyəsini  təyin 

edən  əməyə  tələbat  bir  çox  amillərdən,  dövlətin  bu  sahədə  siyasətindən, 



47 

iqtisadiyyatın  strukturundan,  əməyin  təşkilindən,  rəqabət  bacarığından,  gəlir 

meyarlarından, 

bazar 


qiymətlərindən, 

əməyin 


səmərəliyindən, 

əmək 


münasibətlərinin  çevikliyindən,  istehsal  üçün  lazım  olan  təhsil,  peşə  bilikləri  və 

bacarıqlarından,  ixtisas  artırma  və  yeni  peşələrə  yiyələnmək  proseslərindən, 

Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır. 

Əmək  bazarının  inkişafı  yeni  məşğulluq  növlərinin,  müvəqqəti  işlərin, 

natamam  iş  günü  ərzində  müxtəlif  rejimli  işlərin,  müəyyən  haqq  müqabilində 

görülən  sərbəst  qrafikli  işlərin,  evdə  görülən  işlərin,  müəyyən  müqavilə  əsasında 

görülən  işlərin  və  sairə  meydana  gəlməsinə  səbəb  olur.  Göstərilən  xidmətlərin 

dəyişməsi  ilə  əlaqədar  işçi  qüvvəsinə  olan  tələb  də  dəyişir.  Bu  səbəbdən 

müəssisələrdə yaranan müvəqqəti işlər sonradan daimi işə çevrilmək imkanı yarana 

da bilər. 

Aşağıdakı cədvəldə 2012-2015-ci illərdə əmək bazarının əsas social iqtisadi 

göstəriciləri əks olunmuşdur (cədvəl 2.1.): 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin