M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
k-rov-M-bariz

 

 

Sxem 1.2.  

İnfrastrukturun funksiyaları 

 

Mənbə: Sxem müəllif tərəfindən yığılmışdır

Beləliklə,  infrastruktur  məhsulun  istehlakçıya  qədər  çatdırılmasını 



yüngülləşdirir.  Bundan  başqa,  infrastrukturun  funksiyaları  kapital  dövriyyəsinin 

sürətlənməsini təmin edir və bununla iqtisadiyyatın effektivliyini  artırır. Nəhayət, 

infrastruktur milli iqtisadi dövriyyənin fasiləsizliyini təmin edir. 

İnfrastruktur funksiyaları 

Vasitəçilik funksiyası 

İnformasiya funksiyası 

Nizamlayıcı funksiya 



23 

İnfrastrukturun  rolu  daim  artır.  Bu,  ilk  növbədə,  məhsulun  istehsal 

həcmlərinin artımı ilə bağlıdır. İkincisi, ictimai əmək bölgüsünün dərinləşməsi ilə, 

bu  da  iqtisadiyyatda  əlaqələrin  artmasına,  yeni  sahələrin  yaranmasına,  yeni 

ərazilərin dövriyyəyə cəlb edilməsinə səbəb olur. Üçüncüsü, istehsala xammalın və 

enerjinin yeni mənbələri daxil olur. Bütün bunlar kommunikasiya, yollar, nəqliyyat 

və s.-nin inkişafı ehtiyacına gətirib çıxarır.  

İnfrastrukturun  məhsulu  vasitəçilik  xidmətidir.  Xidmət  –  bu  yalnız  malın 

istehsalı  zamanı  mövcud  olan  xüsusi  maldır.  Bazar  infrastrukturunun  bazar 

iqtisadiyyatının təbiəti ilə şərtlənmiş iki əsas  funksiyasını ayırd etmək olar: 

a)  bazar  iqtisadiyyatının  subyektlərinin  iqtisadi  qarşılıqlı  əlaqələrinin  və  qarşılıqlı 

təsirinin fasiləsiz fəaliyyətinin təmin edilməsi 

b)  əmtəə-pul axınlarının hərəkətinin nizamlanması. Bazar iqtisadiyyatının subyektləri 

kimi  bir  tərəfdən  resurs  və  məhsulların  sahibləri,  digər  tərəfdən  isə  kommersiya 

strukturları və dövlət nəzərdə tutulur. İqtisadiyyatın subyektlərinin hər iki təsnifatı 

bir-birini  tamamlayır  və  bu  subyektləri  ayrı-ayrı  kriteriyalar  üzrə  ayırd  edir.  Bu 

funksiyaların hər biri müəyyən cəhət və xüsusiyyətlərlə xarakterizə olunur.  

Təminedici funksiya öz mahiyyətinə görə iqtisadiyyatın infrastrukturunda  

onun  mahiyyətini  və  bilavasitə  təyinatını  xarakterizə  edən  daxili,  immanent 

(məxsusi)  funksiyadır.    Belə  funksiya  passiv  xarakter  daşıyır.  Bazar  iqtisadiyyatı 

bütün  iqtisadiyyatın  alt  sistemi  kimi  bir  növ  bazar  iqtisadiyyatına  məhsulun 

yaradılmasında bilavasitə iştirak etmədən  iqtisadi  funksiyaların  yerinə  yetirilməsi 

üçün (hər şeydən əvvəl, resursların optimal akkumulyasiyası və onlardan təsərrüfat 

fəaliyyəti  məhsullarının  hazırlanması  kimi)  şərait  və  imkanlar  təqdim  edir. 

Bununla yanaşı, göstərilən funksiya birbaşa da təsnif oluna bilər, belə ki, adekvat 

infrastrukturun  formalaşması  iqtisadi  sistemin,  eləcə  də  onun  inkişafının  mövcud 

olmasının və təkrar istehsalının bilavasitə və vacib şərtlərindən biridir [45, 63].  

Nizamlayıcı funksiya bir növ təminedici funksiyadan artır, onun ardı hesab 

edilir, lakin onun xüsusiyyətləri əksdir. O hər şeydən əvvəl, xarici xarakter daşıyır. 

Infrastrukturun  iqtisadi  sistemin  alt  sistem  olmasına  baxmayaraq,  bu  alt  sistem 




24 

təsərrüfat  subyektlərinin  qarşılıqlı  təsir  prosesində  mövcud  olur.  Bu  mənada  bu 

funksiya keçid iqtisadiyyatı sistemlərində xüsusilə nəzərə çarpan aktiv funksiyadır.  

Nəhayət,  öz  təbiətinə  görə  o  məhsulun  bilavasitə  yaradılması  sahəsində  bu 

və ya digər problemlər haqqında iqtisadiyyata işarə verən əks təsir funksiyasıdır. 

Hər  iki  funksiya  ayrılmaz  surətdə  bağlıdır  və  biri  olmadan  digəri  reallaşa 

bilmir.  Onların  qarşılıqlı  təsirinin  nəticəsi  əmtəə-pul  axınlarının  hərəkətinin 

optimallaşdırması  kimi  müəyyən  oluna  bilən  tamamilə  müəyyən  edilmiş  sintetik 

effektdir.  Əmtəə-pul  axınlarının  hərəkətinin  təmin  edilməsi  və  nizamlanması 

prosesində  infrastruktur  mal  və  xidmətlərə  olan  ictimai  ehtiyaclar  və  istehsalat 

prosesinin  tələb  edilən  miqyaslarda  onları  təmin  etmə  qabiliyyəti  arasında 

uyğunluğa  nail  olmağa  imkan  yaradır.  Bununla  yanaşı,  hər  iki  funksiyanın 

reallaşdırılmasında  birləşmə  təmin  olunur,  resursların  bölgüsündə  mütənasibliyi 

əldə  edilir  ki,  bu  da  öz  növbəsində,  resursların  və  məhsulların  bölgüsüylə  bağlı 

xərclərin  minimallaşdırılmasına  gətirib  çıxarır.  Bu  səbəbdən  infrastruktur  öz 

funksiyaları  nəticəsində  iqtisadiyyatın  effektivliyini,  özü  də  yalnız  ona  məxsus 

olan  ölçüdə  və  mexanizmlər  vasitəsilə  təmin  edir.  Effektivliyin  bu  hissəsini  gizli 

effektivlik adlandırmaq olar, çünki ona xərclərin və nəticənin birbaşa və bilavasitə 

müqayisə edilməsi metodları tətbiq edilə bilmir (məsələn, məhsul yığımı üçün pis 

yolların mənfi nəticələri və ya hesablamaların sürətini tormozlayan amil kimi bank 

sisteminin kifayət qədər inkişaf etməməsi və s.) [45, 66]. 

Bazarın  infrastrukturunun  institutları  investisiya  sahəsində  vasitəçilik 

xidmətlərinin  göstərilməsi,  təsərrüfat  fəaliyyətinin  müxtəlif  tərəflərinin  sığorta 

edilməsi ilə məşğul olurlar, etibarlı əməliyyatlar keçirirlər. İnfrastruktur həmçinin 

makroiqtisadi  nizama  salma  zamanı  istifadə  olunur:  onun  köməyi  ilə  dövlət 

antiinflyasiya tədbirlərini, məşğulluq siyasətini həyata keçirir, iqtisadiyyatın tsiklik 

tərəddüdlərinə mane olur. 

Beləliklə, nəticə çıxartmaq olar ki, bazarın iqtisadi infrastrukturu bütovlükdə 

iqtisadi sistemin fəaliyyətinə əhəmiyyətli təsir göstərir [45, 74] 

Professor  O.Y.  Məmmədov  bazar  infrastrukturunun  tərkibinə  aşağıdakı 

bazarları daxil edir: [1, 20] 



25 

  əmtəə və xidmətlər bazarını; 

  kapital bazarını; 

  əmək bazarını. 

R. Katanov kredit bazarını valyuta bazarı ilə əvəz etməklə digər üç bazarı  

olduğu kimi saxlayır: 

 

əmtəə və xidmətlər bazarı; 



 

kapital bazarı; 

 

əmək bazarı; 



 

valyuta bazarı. 

Professor  B.A.  Rayzberq  bazar  infrastrukturunun  tərkibini  bazardakı 

əmtəənin  növünə  görə  müəyyən  edir  və  belə  qənaətə  gəlir  ki,  müasir 

supermarketdə  ən  müxtəlif  malları  almaq  mümkün  olduğuna  görə,  onu  bir  neçə 

bazardan ibarət olan “bazarlar bazarı” hesab etmək olar. O, bazar infrasrukturunu 

təsnifləşdirərkən,  bundan  əvvəlki  təsnifatdan  fərqli  olaraq,  kapital  və  əmək 

bazarlarını  istehsal  amilləri  bazarında  birləşdirir,  kredit  və  valyuta  bazarlarını 

maliyyə bazarı ilə əvəz edir, habelə informasiya bazarını özünün verdiyi təsnifata 

əlavə edir: [44, 93] 

 

istehlak malları və xidmətləri bazarı; 



 

istehsal amilləri bazarı; 

 

daşınmaz əmlak bazarı; 



 

maliyyə bazarı; 

 

informasiya bazarı. 



Professorlar A.İ.Dobrınin və L.S.Taraseviç bazar ifrastrukturlarının 

aşağıdakı təsnifatını daha məqbul hesab edirlər: 

 

əmtəə və xidmətlər bazarı; 



 

maliyyə bazarı; 

 

inteliektula məhsul bazarı; 



 

işçi qüvvəsi bazarı; 

 

reqional bazarlar. 




26 

əmtəə mübadilə münasibətlərinin inkişaf etmiş sistemi kimi yanaşmaqla onu, 

Professor  A.S.  Bulatovun  özünün  redaktəsi  ilə  çap  edilmiş  «İqtisadiyyat» 

dərslyinin  müəllifləri  infrasrukturu  «böyük  bazar»  ilə  əvəzləyir  və bazara  «böyük 

bazar»  ünsürlərinin,  ayrı-ayrılıqda  bir-birilə  sıx  və  qarşılıqlı  əlaqədə  olan 

bazarların  sistemi  kimi  xarakterizə  edirlər.  Müəlliflər  «böyük  bazarın»  tərkibini 

aşağıdakı kimi təsəvvür edirlər: [1, 24] 

 

işçi qüvvəsi bazarı; 



 

maliyyə bazarı; 

 

istehsal vasitələri bazarı; 



 

istehlak bazarı; 

 

xidmətlər bazarı; 



 

texnologiyalar bazarı; 

 

mənəvi sərvətlər bazarı. 



Professorlar V.i. Vidyapin və Q.P. Juravlyovanın bazar infrastrukturuna aid 

etdikləri bazarların təsnifatı bundan əvvəl baxdığımız müvafiq təsnifatlardan daha 

təkmil olsa da, bütün sərbəst bazarları tam əhatə etmir: 

 

əmtəə və xidmətlər bazarı; 



 

işçi qüvvəsi bazarı; 

 

istehsal vasitələri bazarı; 



 

valyuta vasitələri bazarı;  , 

 

valyuta, qiymətli kağızlar bazarı; 



 

patentlər, elmi-texniki işlənmələr bazarı; 

 

informasiya bazarı; 



 

dövriyyə vəsaitləri bazarı; 

 

ayrı-ayrı əmtəələr və ya əmtəə qrupları bazarı; 



 

lisenziyalar bazarı. 

 

 

 



 


27 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin