Cədvəl 2.3.
İqtisadiyyata yönəldilən sərmayələr
2012
2013
2014
2015
2016
Bütün sahelər üzrə sərmayə yatırımları (xaricdən olan sərmayələr də nəzərə
alınmaqla):
milyon (mlyn.) manat
20251,1 21448,2
21890,6 20057,4
22868,5
milyon dollar
25777,8 27340,0
27907,5 19547,2
14329,5
Xarici investisiyalar:
mlyn.manat
8102,7
8269,3
9175,7 10998,9
16216,1
mlyn.dollar
10314,0 10540,9
11697,7 10719,1
10161,1
Daxili investisiyalar:
mlyn.manat
12148,4 13178,9
12715,0
9058,5
6652,4
mlyn.dollar
15463,8 16799,1
16209,8
8828,1
4168,4
Mənbə: http://www.stat.gov.az/source/finance/
Cədvəldən göründüyü kimi, iqtisadiyyata yönəldilən xarici investisiyalar
2012-ci ildə 8102,7 mlyn manat təşkil etmiş, 2016-cı ildə rəqəm iki dəfə artaraq
16216,1 mlyn manat təşkil etmişdir. Daxili investisiyalar isə 2012-ci ildə 12148,4
50
mlyn.manat təşkil etdiyi halda, 2016-cı ildə iki dəfə azalaraq 6652,4 mlyn.manat
olmuşdur. 2012-2016-cı illərdə xarici investisiyaların ildən-ilə artdığını müşahidə
etsək də, bu illərdə daxili investisiyaların ildən-ilə azaldığını görə bilərik.
Maliyyə bazarlarının mövcud olmasının əsas tələbi o ölkədə bir qrup
insanların qənaət formasinda fond yığımı üçün, başqa bir qrup insanların isə bu
fondların tələbində meyilli olmasıdır. Təbii ki, yığılan fondlar istehlak mallarına
investisiya edilməyib və ya başqa məqsədlə xərclənməyib birbaşa maliyyə bazarına
yönəldilirsə, bu fondlara ehtiyac duyan şəxslər isə yalnız maliyyə bazarına
müraciət edərsə, maliyyə bazarının mövcudluğu mümkün olacaqdır [13, 78].
Maliyyə bazarları - maliyyə münasibətləri sferasında alqı-satqı
münasibətlərinin məcmusudur. Başqa sözlə, pul vəsaitlərinin iqtisadi
münasibətlərin iştirakçıları arasında bölgüsünü təmin edən bazar maliyyə bazarı
adlanır.
Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən əksər dövlətlərdə əmtəə bazarı
infrastrukturunun spesifik xüsusiyyəti bu bazarda qeyri - mərkəzləşdirmə
prinsipinə əsaslanan ayrı-ayrı müstəqil təsərrüfat subyektlərinin fəaliyyətini dövlət
idarəçiliyi ilə üzvü əlaqələndirməkdən ibarətdir. Bu yolla inkişaf edən ölkələrin
təcrübəsi göstərir ki, məhz milli iqtisadiyyatın inkişaf etdirilməsi və dünya
təsərrüfat sistemilə əlaqələrin genişləndirilməsi üçün bazar münasibətləri istehsal
və məhsul mübadiləsi sferasının dövlət tərəfindən iqtisadi və hüquqi metodlarla
tənzimlənməsini tələb edir. İqtisadi münasibətlərin tənzimlənməsinə dövlətin
müdaxiləsi başlıca olaraq iki mühüm obyektiv zəruriyyətlə bağlıdır. Birincisi,
logistik sistemin iştirakçılarının, o cümlədən istehsalçılar, məhsulgöndərənlər və
vasitəçilərin əsas məqsədi logistik əməliyyatların yerinə yetirilməsi ilə bağlı bütün
tələbləri tam və dolğun ödəmək, habelə keyfiyyətli və etibarlı xidmət
göstərməkdən ibarət olduğundan onlar üçün əlverişli iqtisadi mühit
formalaşdırmalıdır. İkincisi, dövlət idarəetmə orqanları logistik sistemin
iştirakçıları arasında və eləcə də bu sistemin iştirakçıları ilə özü arasındakı iqtisadi
münasibətlərdə «oyun qaydalarını» müəyyənləşdirməli və ümumi maraqların
qorunmasını təmin etməlidir.
51
Dolayı idarəetmə metodları isə əmtəə bazarının infrastrukturunun inkişafını,
informasiya axınlarının əlaqələndirilməsini, innovasiya siyasətinin hazırlanmasını
və onun səmərəliliyinə nail olunmasını, habelə logistik sistemlərdə inteqrasiya
proseslərinin gücləndirilməsini nəzərdə tutur. Bu zaman yeni logistik sistemlərə
xidmətin yaxşılaşdırılması üçün indikativ idarəetmə metodlarından da istifadə
olunur. İstər məsləhət, istərsə də birbaşa və dolayı idarəetmə metodlarından
istifadə zamanı dövlətin əsas məqsədi logistik sistemin bütün iştirakçılarının
normal fəaliyyət göstərmələri üçün normativ-hüquqi baza yaratmaq və bu əsasda
əlverişli iqtisadi mühit formalaşdırmaqdan ibarətdir. Daha doğrusu, əlverişli
iqtisadi şəraitin yaradılması və onun inkişaf etdirilməsi dövlətin tənzimləmə
vasitələri hesabına həyata keçirilir.
Bazar iqtisadiyyatı şəraitində biznes infrastruturunun ən vacib element-
lərindən biri sığorta kompaniyalarıdır. Sığorta bazarı maliyyə - pul münasi-
bətlərinin xüsusi bir bölməsidir. Dünya ölkələrində dövlət, səhmdar və özəl sığorta
şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətinin təminatçısıdırlar. Bəhs edilən
şirkətlərin ən əsas vəzifələri, sığorta fondundan verilən ödənişlər hesabına
təsərrüfat subyektlərinə dəymiş ziyanın bir qismini və ya tamını ödəməkdən, belə-
liklə də, iqtisadiyyatın normal fəaliyyəti üçün zəruri sabitliyi təmin etməkdən
ibarətdir. Biznes infrastrukturunda reklam şirkətləri mühüm rol oynayır. Bazar
iqtisadiyyatı şəraitində reklam istehsalçı və istehlakçı arasında mühüm əlaqə
vasitəsi olub, həm istehlak
I
, həm də istehsal
I
nəinki kortəbiilikdən uzaqlaşdırır,
həm də onları bir-birini üzvi sürətdə əlaqələndirir. Azərbayjanda sah
I
bkarlar üçün
reklam sferasında xidmətinin yaradılmas
I
nı rəhbər tutaraq 1997-ci ildə « Reklam
haqqında » ərsəyə gətirildi. Bu qanunun qəbul olunmasından sonra reklam
bazarının formalaşması prosesi başladı. Sayları 100 -dən çox reklam reklam
agenltiyi və sirkəti fəaliyyət göstərir ki, onların da get-gedə qazandığı reklam
xidmətinin həcmi artır [14, 27].
İnnovasiya bazarı - istehsalın səmərəliliyinin və rəqabət qabiliyyətli
olmasının asılı olduğu mühüm iqtisadi ehtiyatdır. Burada alqı-satqı obyekti kimi
texniki və sosial-iqtisadi yeniliklər, səmərələşdirici təkliflər və icadlar, patentlər,
52
texnoloji yeniləşdirmələr çıxış edirlər. Bəzən bütün bu obyektləri vahid “nou-xau”
adı altında birləşdirirlər, daha doğrusu, elmi-texniki tərəqqinin nailiyyəti hesab
edirlər. İnnovasiya - həm məzmununa, həm dəyərinə, həm də mülkiyyətin
xarakterinə görə xüsusi əmtəədir ki, bu da innovasiya bazarının fəaliyyət üsulunda
və zonasında öz əksini qoyur.
İnvestisiya bazarı - xalq təsərrüfatının müxtəlif sahələrinə uzunmüddətli
vəsait qoyuluşu formasında reallaşdırılan məsrəflərin məcmusudur. İnvestisiyalar
dövlət, xüsusi müəssisələr, eləcə də xarici investorlar tərəfindən həyata keçirilir.
Ancaq burada dövlət maraqlarının təmin olunması baxımından əsas məsələ kapital
qoyuluşunun prioritet istiqamətlərinin müəyyən olunmasıdır. Odur ki, belə bir
vacib məsələdə dövlətin investisiya siyasətinin əsasını təşkil edən hərtərəfli
işlənmiş proqramı olmalıdır.
İnformasiya bazarı - xüsusi bazardır. Burada əmtəə kimi spesifik bir məhsul
olan informasiya çıxış edir.
Reklam bazarı - bazar iqtisadiyyatı şəraitində mühüm rol oynayır. Belə ki,
reklam- əmtəə və xidmətlərin reallaşdırmaq və onlara tələb yaratmaq məqsədilə
istehlak xassələri haqqında informasiyadır.
Qiymətləndirmə bazarı. Müasir şəraitdə qiymətləndirmə bazarının rolu və
əhəmiyyəti artır. Ona görə də dövlət qiymətləndirmə xidmətinə alternativ olaraq,
yeni kompaniyalar, firmalar və digər strukturlar meydana çıxır. Bu strukturların
rolu hal-hazırda müəssisələrin səhmləşdirilməsi və özəlləşdirilməsi zamanı
meydana çıxır.
Konsaltinq bazarı. Onu tez-tez konsaltinq menecmenti və ya idarəetmə
məsləhətləşməsi də adlandırırlar. O, bazar infrastrukturunun vacib elementidir və
onun intensiv inkişafından bütövlükdə iqtisadiyyatın vəziyyəti asılıdır. Konsaltinq
xidməti bazarı tutumlu və müxtəlif istiqamətlidir. Azərbaycanda hələlik o tam
formalaşmamışdır [5, 178].
Daşınmaz əmlak bazarı hüquqi və ya fiziki şəxslərin əmlakları üzərində
hüququnun aktivlər yaxud pul ilə dəyişməsini təmin edən bir sistemdi. Məhz bu
bazar sərmayələr bazarının tərkib hisəssi olmaqla bərabər, onun maliyə sərmayələri
53
bölməsi ilə yaxın əlaqədə fəaliyyət göstərir və həqiqi bölməsini təmsil edir.
Aşağıda daşınmaz əmlak bazarı qarşısında duran əsas öhdəliklər
göstərilmişdir:
iqtisadiyyat
I
n effektiv fəaliyyətinin təmin edilməsi;
maliyyə axının iqtisadiyyatın daha əlverişli sferalarına yönləndirilməsi;
ölkənin iqtisadiyyatının struktur cəhətdən yenidən qurulması;
inflyasiya proseslərinin qarşısının alınması (sərbəst kapitalların toplanması üsulu
ilə)
daşınmaz əmlak üçün bazarın tələbinin ödənilməsi.
Daşınmaz əmlak bazarında satılmış əmtələrin özünə məxsus xüsusiyyətləri
onu digər bir satış bazarlarından nəzərə çarpacaq dərəcədə fərqləndirir və aşağıdakı
xüsusiyyətləri özündə birləşdirir:
1.
Daşınmaz əmlak bazarı üçün çıxarılan istənilən əmtəə vahidinin
özünəməxsus xüsusiyyətləri vardır və onlar müxtəlif istehlakçı qruplarına
faydalılıq cəhətdən təkrarolunmazdır.
2.
Daşınmaz əmlakda müəyyən coğrafi ərazi ilə bağlılıq nəticəsində alış-
satış proseduru müqavilə predmetinin göndərilməsiylə deyil, daşınmaz əmlak
hüquqların verilməsnin dövlət reyestrində qeydiyyatı ilə yekunlaşır.
3.
Daşınmaz əmlak bazarı insanların qarşılıqlı münasibətlərinə və həyat
tərzinə, böyük təsir göstərdiyi üçün dövlət, eləcə də bələdiyyələr tərəfindən ciddi
şəkildə tənzimlənir.
4.
Bu bazar üçün çıxarılmış hər bir alış-satış obyektinin əvəzolunmaz
xüsusiyyətlərinin olması alıcıların qarşısında bir çox problemlər yaradır. Onlar
danışıqlar aparılması prosesinə, lazımi obyektin tapılmasına, alış-satış
müqavilələrinin bağlanılmasına və rəsmiləşdirilmə əməliyatlarına xeyli zaman və
maliyyə vəsaiti sərf edirlər, bu axtarışlar üçün aradakı vasitəçiləri cəlb etməyə
məcbur olurlar.
5.
Daşınmaz əmlak bazarı özəlləşdirilmişdir, bu o deməkdir ki, bazarın
hər bir iştirakçısının hərəkəti qiymətlərin sürətlə dəyişməsi ilə yanaşı bazarın tələb
və təklif arasındakı tarazlığın pozulması, ilə yekunlaşa bilər.
54
6.
Daşınmaz əmlak bazarı obyektlərin coğrafi yerləşməsi, təyinatı,
keyfiyyəti, qiyməti, mülkiyyət hüquqlarının tipinə, investisiya məqsədlərinə görə
sahələrə bölünmüşdür.
7.
Daşınmaz əmlak bazarı həm də xarici amillərin təsirinə daha çox
həssas olur.
8.
Daşınmaz əmlak bazarıni iqtisadiyyatın başqa sahələri ilə müqayisə
edikdə zəif təşkilatlanma səviyyəsinə və effetivliyinə malikdir olunmasını görürük.
9.
Daşınmaz əmlak bazarının vacib xüsusiyyətlərindən biri də onun
inkişaf dövrünün və sənaye inkişaf dövrü ilə eyni vaxta düşməməsi, kapital
bazarının bu inkişafa güclü təsiri amilidir.
10.
Daşınmaz əmlak bazarında təklif edilən əmtəənin xüsusiyyətləri
bazarın iştirakçılarından, hadisələri doğru qiymətləndirmək və zamanında nəticələr
çıxartmaq qabiliyyəti, texnikanın, iqtisadiyyatın müxtəlif sahələrinə aid dərin bilik,
insanlarla ünsiyyət qurmaq sahəsində məharəti tələb edir[26, 146].
«Lizinq» termini AR.da da iqtisadi leksikona daxil edilmişdir. Lakin indiyə
kimi bizim ölkədə sözün həqiqi mənasında daxili lizinq bazarı formalaşmamışdır.
Hal-hazırda belə bazar formalaşma prosesindədir, yaranmaqdadır. Buna görə də
AR.da yalnız formalaşmaqda olan lizinq bazarı haqqında danışmaq olar. AR.da
daxili lizinq xidmətləri bazarının tam formalaşması barədə fikir söyləmək hesab
edirik ki, hələ tezdir. Məsələ burasındadır ki, lizinqin inkişaf tempi AR.da yüksək
səviyyədə deyil. Düzdür, AR.da lizinq fəaliyyətinin həyata keçirilməsinə, başqa
sözlə, lizinq əməliyyatının aparılmasına icazə verilir. Lizinq münasibətlərinin
normativ-hüquqi bazası da yaradılmışdır. Belə ki, AR.nın hal-hazırda qüvvədə olan
və ölkənin ikinci Konstitusiyası (İqtisadi Konstitusiyası) hesab olunan Mülki
Məcəllə lizinq münasibətlərinin normativ-hüquqi bazası sayılır. Burada lizinq
barədə kifayət qədər maddələr vardır ki, respublikamızda lizinq münasibətləri
həmin maddələrlə tənzimlənir.
|