1. Hər iki generatoru elektron ossiloqrafının eyni girişinə qoşmalı. Əvvəlcə «çıxış nizamlayıcısı» dəstəyinin köməyi ilə məlum tezlikli səs generatorunun G siqnal gərginliyini sıfra gətirməli. Elektron ossiloqrafının y-oxu üzrə tənzimləyici vasitəsilə naməlum səs mənbəyinin Gx ekran üzərindəki amplitudunun qiymətini 1,5- 2 sm olana qədər tənzimlənməli. Gx generatorunu bağlayaraq, G generatorunda 10 khs tərtibində rəqs tezliyini seçməli. Ossiloqrafın y-oxu üzrə tənzimedicisinin göstərişini dəyişdirmədən G səs generatorunun «çıxış tənzimləyicisi» dəstəyinin köməyi ilə onun rəqs amplitudunun qiymətini naməlum Gx generatorunun amplitud qiymətinə çatana qədər tənzimləməli və sonra Gx generatorunu açmalı.
2. Elektron ossiloqrafındakı tezlik diapazonunu 500 hs vəziyyətinə gətirməli. Sonra isə səs generatorunun tezliyini 8-12 khs intervalında dəyişdirməklə ekran üzərində döyünmə hadisəsini almalı.