STOKS ÜSULU İLƏ MAYELƏRİN ÖZLÜLÜK ƏMSALININ TƏYİNİ İşin məqsədi: Özlu mayelərin hərəkətinin əsas qanunauyğuluqları ilə tanışlıq və mayenin daxili sürtünmə əmsalının təcrübi təyini.
Ləvazimat: Tədqiq olunan maye, menzurka, mis kuporosu məhlulu, saniyəölçən, dəqiq tərəzi və çəki daşları.
Qısa nəzəri məlumat.
Mayenin axını zamanı onun ayrı-ayrı təbəqələri arasında sürtünmə qüvvəsi əmələ gəlir ki, buna daxili sürtünmə qüvvəsi deyilir. Maye təbəqələri arasında əmələ gələn bu daxili sürtünmə qüvvəsi həmin mayenin özlülüyünü təyin edir. Nyuton tərəfindən müəyyən olunmuşdur ki, maye təbəqələri arasında yaranan sürtünmə qüvvəsi aşağıdakı ifadə ilə təyin olunur: