lığını gücləndirir. Bununla da beynəlxalq ticarət əlaqələri fəallaşır.
H
ər il dünyada istehsal olunan məhsulların 25%-i beynəlxalq
ticar
ət sisteminə daxil olur. Beynəlxalq ticarət istehsala nisbətən
daha sürətlə artır. Ümumdünya ticarət təşkilatının tədqiqatına
görə, dünyada hər il istehsalın 10% artımına qarşı, dünya ticarəti
16% artır. Ona görə də, onun inkişafı üçün daha əlverişli şərait
yaranır. Xarici ticarət iqtisadi artım üçün güclü amilə çevrilir. Eyni
zamanda ölkələrin beynəlxalq əmtəə mübadiləsindən asılılığını
əhəmiyyətli dərəcədə artırır.
Dostları ilə paylaş: