llomad o KOHKypenmocnocoÖHocmu e Mupe (1996 cocmasneH BceMupnMM
ƏKOHOMunecKUM 0opyMOM ()KeHe(ia) u MeoK'dynapodnbLM MHcmumymoM no
pcrmumtııo MeHedoıc.\ıenma
(Jlo'umna).
86
v
ə ərzaq məhsullarına tələbatın nisbətən azalması inkişaf
etm
əkdə olan ölkələrin ixrac imkanlarını da azaltdı. Öz
növbəsində xammal və ərzaq məhsullrı ixracında inkişaf etmiş
ölkələr xüsusi çəkilərini artırdılar. İnkişaf etməkdə olan ölkələrin
is
ə bu məhsulların ixracında xüsusi çəkiləri 40%-dən (1960)
28%-
ə (1990) endi. İnkişaf etməkdə olan ölkələr ixracda sənaye
m
əhsullarının xüsusi çəkilərini artırmağa çalışsalar da, inkişaf
etmiş ölkələr tərəfindən bu və digər formada təzyiqə məruz
qalırlar. Bununla birlikdə bəzi inkişaf etməkdə olan ölkələr,
xüsusən yeni sənaye ölkələri, öz ixrac strukturunu
yaxşılaşdırmağa nail olmuşlar, ixracın strukturunda hazır
m
əhsulun, sənaye məhsullarının, o cümlədən maşın və
avadanlıqların xüsusi çəkisi artmışdır. Belə ki, 1990-cı illərin
əvvəllərində inkişaf etməkdə olan ölkələrin dünya ticarətində
xüsusi çəkisi 16,3% təşkil etmişdir. Bütövlükdə isə inkişaf
etm
əkdə olan ölkələrdə ixrac istər ayrı- ayrı qrup ölkələr, istər də
sövdələşmə növləri üzrə qeyri-bərabər inkişaf edir.
Əksər inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq yeni
s
ənaye ölkələri, xüsusən də Asiyanın «dörd əjdahası» (Cənubi
Koreya, Tayvan, Honkonq, Sinqapur) ixracı sürətlə artırırlar. Belə
ki, 90-
cı illərin ortalarında dünya ixracında onların xüsusi çəkisi
12%-
i keçmişdir.
XX
əsrin son 25 ili ərzində beynəlxalq münasibətlər
sistemind
ə, o cümlədən beynəlxalq ticarətdə Asiya-Sakit okean
regionunun rolu is
ə əhəmiyyətli dərəcədə yüksəlmişdir.
87
|