M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»


  XARİCİ TİCARƏT BEYNƏLXALQ İQTİSADİ



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   22   23   24   25   26   27   28   29   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

2.3. 
XARİCİ TİCARƏT BEYNƏLXALQ İQTİSADİ 
MÜNASİBƏTLƏRİN HƏYATA KEÇİRİLMƏSİNİN 
MÜHÜM FORMASIDIR 
Dünya təsərrüfatında beynəlxalq iqtisadi münasibətlərin 
əsasını xarici (beynəlxalq) ticarət təşkil edir. Onun inkişafının 
maddi bazasını beynəlxalq əmək bölgüsünün daha da 
d
ərinləşməsi təşkil edir ki, bu da obyektiv olaraq region və 
ölkələrin əlaqələrini şərtləndirməklə bunlar bu və ya digər məhsul 
istehsalı üzrə ixtisaslaşırlar. 
Müxtəlif ölkələrin əmtəə istehsalçılarının qarşılıqlı əlaqəsi 
alqı-satqı 
prosesində 
dünya 
bazarının 
münaşibətlərini 
formalaşdırır. Dünya bazarı - milli bazarların qanunauyğun 
davamı olub, eyni zamanda milli miqyasda geniş təkrar istehsalın 
əlavə mühüm amilidir. 
Beyn
əlxalq ticarətin inkişafı dünya təsərrüfatında maddi 
nem
ətlər istehsalı və xidmətlərdə baş verən bütün prosesləri əks 
etdirir. Onun istiqam
ətini və məzmununu müasir ETT, dünyada 
h
əyatın qloballaşması şərtləndirir. Beynəlxalq ticarət, təsərrüfat 
h
əyatının beynəlmiKəşməsi prosesinin tamlığını (bütövlüyünü) 
əks etdirməklə, xalqları və qitələri yaxınlaşdırır, onlar arasında 
dostluq v
ə işgüzar münasibətlərin inkişafına səbəb olur. 
Beyn
əlxalq ticarət qədim vaxtlarda yaranmışdır. Ölkələr 
arasında əmtəə mübadiləsi həmişə insanlar arasında təmasın 
mühüm forması olmuşdur. Lakin beynəlxalq ticarət XVI-XVII 
əsrlərdə bazar (kapitalist) iqtisadiyyatının inkişafı dövründə daimi 
sistematik xarakter almışdır. 
94 


Əmtəə-pul münasibətləri tədricən milli daxili bazarların 
formalaşmasının əsasını təşkil etməklə, müxtəlif şəhərləri, 
əraziləri vahid iqtisadi sistemdə birləşdirirdi. Bu birlik sabit əmtəə 
mübadiləsi vasitəsilə inkişaf edirdi, ayrı-ayrı ölkələrin və ərazilərin 
istehsalçıları öz məhsullarını digər ölkələrə satmadan 
müvəffəqiyyətlə təsərrüfatçılıq edə bilməzdilər. 
Əmtəə mübadiləsinin inkişafı ayrı-ayrı məhsul istehsalının 
ixtisaslaşmasına əsaslanırdı, ilk dövrlərdə təbii-coğrafi amillər 
h
əlledici rol oynayırdı. Beynəlxalq ticarətin İnkişafı və 
d
ərinləşməsinin əsas amilini XVlll əsrin axırında irimaşınlı sənaye 
t
əşkil edirdi. Xarici ticarət geniş inkişaf etməyə başladı, dünya 
bazarının formalaşması dövlətlər arasında sabit əmtəə-pul 
münasibətlərinin inkişafına səbəb oldu. XVII-XIX əsrlərdə dünya 
bazarı istehsal prosesinin beynəlmiləlləşməsinin xüsusi forması 
kimi çıxış edirdi. 
XX 
əsrin birinci yarısında məhsuldar qüvvələrin 
inkişafında baş verən keyfiyyət dəyişiklikləri və bazar 
iqtisadiyyatına keçidlə əlaqədar olaraq dünya təsərrüfatı inkişaf 
m
ərhələsinə daxil olmuşdur. Bu xarici ticarət münasibətləri 
vasit
əsilə milli təsərrüfatların qarşılıqlı sistemi kimi çıxış edir və bu 
istehsal, mübadilə, bölgü vasitəsilə reallaşdırıldı. Bundan başqa, 
h
ər bir xarici ticarət fəaliyyəti, istehsal amillərinin, o cümlədən 
investisiya v
ə işçi qüvvəsi resurslarının hərəkətini tələb edir. 
Bel
əliklə, müasir şəraitdə xarici ticarət fəaliyyəti dövlətlər 
arasında istehsal fəaliyyətinin bütün formalarını əhatə edir. Əgər 
XX 
əsrin əvvəlinə qədər xarici ticarət beynəlxalq iqtisadi 
münasibətlərin yeganə forması idisə, hal-hazırda, öz 
əhəmiyyətini bir qədər azaltmışdır. Dünya təsərrüfatının 
formalaşması ilə əlaqədar olaraq xarici ticarət ölkələr arasında 
beyn
əlxalq iqtisadi müna 
9
.‘> 


sib
ətlərin istehsal, elmi-texniki, informasiya, valyuta, kreditlə 
yanaşı, beynəlxalq iqtisadi münastbətlərin formalarından biridir 
Bununla 
əlaqədar olaraq, xarici ticarət ikili xarakterə 
malikdir. Bir t
ərəfdən, o yuxarıda göstərilənlərlə yanaşı, 
beyn
əlxalq iqtisadi münasibətlərin formalarından biri kimi çıxış 
edir, dig
ər tərəfdən xarici ticarət digər beynəlxalq iqtisadi 
münasibətlərin nəticələrinin reallaşmasının ümumi formasıdır. 
H
əqiqətən, xarici ticarət mübadiləsi ölkələr arasında maddi 
İstehsal, xidmətlər göstərilməsi, istehlak, elm və texnika, kredit və 
pul-maliyy
ə sferasında nəticələrin hərəkət amilidir. Beynəlxalq 
iqtisadi münasibətlərin bütün formalarının nəticəsi pulla 
qiym
ətləndirilir. 
Beyn
əlxalq ticarətdə milli iqtisadiyyatın İnkişafını 
xarakteriz
ə edən bütün proseslər dəqiq əks olunur. Bu proseslər 
satıcılar, alıcılar, vasitəçilər arasında qarşılıqlı əlaqələrin 
mürəkkəbliyini və bazar agentlərinin ziddiyyətlərini göstərir. 
Beyn
əlxalq ticarətin milli bazara nisbətən aşağıdakı 
xüsusiyyətləri vardır: 
1) 
dünya bazarında daxili bazara nisbətən rəqabət 
mübarizəsi daha sərt xarakterə malikdir. Bunun əsas səbəbi 
r
əqabət mübarizəsində öz dövlətlərinin köməyinə arxalanan daha 
çox iri kompaniyaların iştirak etməsidir; 
2) 
dünya 
bazarı 
çoxsaylı 
seqment 
sektorlarına 
bölünməklə, daha mürəkkəb struktura malikdir; 
3) beyn
əlxalq 
ticar
ətin 
şərtlərindən 
biri 
dünya 
qiym
ətlərinin mövcud olmasıdır ki, bunun da səviyyəsi və 
mexanizmi milli bazarlardan 
əhəmiyyətli dərəcədə fərqlənir; 
4) inhisar s
əviyyəsinin yüksək olması nəticəsində dünya 
bazarının əsas təşkilati forması oliqopolist strukturlarıdır. 
96 


Beyn
əlxalq ticarətdə ölkələrin iştirakını onun iqtisadi 
inkişaf səviyyəsi, ərazisi, əhalisinin sayı, təbii resurslarla təmin 
olunma s
əviyyəsi, daxili bazarın həcmi, iqtisadi siyasətin vəzifəsi 
v
ə məqsədi şərtləndirir. Eyni zamanda istehsalın həcmi ilə 
ölkənin beynəlxalq ticarətə qoşulma səviyyəsinə və ondan 
asılılığına dəqiq fikir verilir. Belə asılılıq adətən eksport 
kvotasının həcmini - eksportun həcmi ilə ÜDM arasındakı nisbəti 
əks etdirir və bu ixraca istiqamətlənmiş milli istehsalın xüsusi 
çəkisini əks etdirir, idxal kvotasının həcmi isə - idxal olunmuş və 
xidm
ətlərin ÜDM-n nisbəti kimi müəyyən olunur. 
Praktika göstərir ki, iqtisadiyyatı beynəlxalq ticarətə daxil 
olma d
ərəcəsi ilə müəyyən olunan kiçik dövlətlərdə göstəricilər 
xeyli yüksəkdir. İsveçrə, Norveç, Tayvan kimi ölkələrin iqtisadi 
müvəffəqiyyətlərinin əsas səbəbi ixrac kvotasının 50%-dən 
yüksək olmasıdır. İri dövlətlər adətən öz resursları ilə tələbatlarını 
ödəyirlər, ona görə də, onların beynəlxalq iqtisadi münasibətlərə 
qoşulma dərəcəsi yüksək deyildir. Məsələn, ABŞ-da, 
Hindistanda, Rusiyada, Çində eksport kvotası adətən ÜDM 
h
əcminin 20%-ni keçmir. 
Beyn
əlxalq ticarətin həcmi və strukturu maddi istehsalın 
v
əziyyəti, onun texniki səviyyəsi, ictimai əmək bölgüsünün inkişaf 
s
əviyyəsi ilə müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi, 
beyn
əlxalq ticarətin sürətli inkişafı hər şeydən əvvəl. Böyük 
Britaniya v
ə Hollandiya kimi ölkələrdə kapitalist istehsal 
münasibətlərinin yaranma dövrü ilə əlaqədardır. Bu prosesə 
Böyük coğrafi kəşflər və Avropa dövlətlərinin Asiya, Afrika və 
Amerikada müstəmləkəçilik siyasəti böyük stimullaşdırıcı təsir 
etmişdir. 
X-
 
Beyn
əlxalq ticarətin inkişafında mühüm keyfiyyət dəyişiklikləri 
baş V'irmişdir; o, sabit və xüsusi təsərrüfat fəaliyyəti 
97 


növü olmuşdur. Yeni ərazilərin müstəmləkəçilər tərəfindən 
m
ənimsənilməsi nəticəsində xarici ticarətin inkişafında spesifik 
istiqam
ət - müstəmləkə mübadiləsi formalaşdı ki, bu da Avropa 
ölkələri üçün xarakterik olan sivil mübadilədən xeyli fərqlənirdi. 
Bu xarici ticar
ətin inkişafı üçün güclü təkan oldu: XVI əsrə 
nisb
ətən XVII əsrdə əmtəə dövriyyəsinin həcmi 30 dəfədən çox 
artdı. 
XVIII 
əsrin ikinci yarısında baş verən sənaye inqilabı 
n
əticəsində beynəlxalq ticarətin inkişafında yeni keyfiyyət 
d
əyişiklikləri baş verdi. Bu keyfiyyət dəyişikliklərinin mərkəzi 
İngiltərə oldu. O, yalnız dünyanın ən böyük sənaye ölkəsi deyil, 
eyni zamanda İri dəniz və müstəmləkə ölkəsi idi. Bütün bunlar 
İngiltərəni dünya ticarətinin güclü mərkəzinə çevirdi: XIX əsrin 
əvvəllərində dünya əmtəə bazarlarında bütün əməliyyatların 
25%-i ingilis tacirl
əri ilə bağlanırdı. 1825-ci ildə dünya 
istehsalında ingilis sənaye məhsulu 50%-i keçirdi. XIX əsrin İkinci 
yarısında digər dövlətlərdə (ABŞ, Almaniya, Rusiya, Fransa) 
s
ənayenin sürətli inkişafı beynəlxalq ticarətin əhəmiyyətli 
artımına səbəb oldu. Ümumdünya Ticarət Təşkilatının (ÜTT)-nın 
hesablaşmalarına görə, 1940-ci ildə dünya ticarət dövriyyəsinin 
h
əcmi (1913-cü il qiymətlərilə) 3,7 mlrd, dollar, 1960-cı ildə - 6,5 
mlrd, dollar, 1990-
cı ildə isə 39,8 mlrd, dollar təşkil etmişdir. 
XX 
əsrin əvvəllərində dünyanın aparıcı ölkələrinin 
inkişafında keyfiyyət dəyişiklikləri baş verdi. ABŞ və Almaniya 
dünya iqtisadi sistemində qabaqcıl mövqe tutmaqla, İngiltərə 3- 
4-
cü yerlərə sıxışdırıldı. İntensiv iqtisadi artım amili kimi xarici 
ticar
ətin rolu əhəmiyyətli dərəcədə artdı. 1900-1938-ci illərdə 
dünya ticarət dövriyyəsi 2,5 dəfə artmağa başladı. İkinci dünya 
müharibəsindən sonra beynəlxalq ticarət öz inkişafında yeni 
98 


m
ərhələyə daxil oldu, bunu hər şeydən əvvəl, elmi-texniki 
t
ərəqqinin müasir mərhələsi şərtləndirmişdir, bu da bazar 
iqtisadiyyatının və buna müvafiq olaraq beynəlxalq ticarətin 
m
əzmununu əsaslı surətdə dəyişdirmişdir. 
Müharibədən sonra 1945-1950-ci illərdə müharibə 
n
əticəsində dağılan iqtisadiyyatın bərpa dövrü idi. Bu illər dünya 
ticar
ətinin artım tempi 1880-1913-cü illərə nisbətən 4% aşağı idi. 
Bununla yanaşı bu illər dünya ticarətinin və dünya təsərrüfatının 
bütöv (tam) sisteminin səmərəli formalaşdığı dövr idi. Bu işin 
başında BMT dururdu və dünya təsərrüfat prosesləri elmi 
əsaslarla idarə olunurdu. Burada ABŞ hakim mövqeyə malik 
olmaqla, onun köməyi ilə Avropa iqtisadi sistemində 
rekonstruksiya aparıldı. Bu dövr onunla xarakterizə olunur ki, 
SSRİ 
başda 
olmaqla 
sosialist 
ölkələrinin 
strukturları 
formalaşmağa başladı, bunlar isə beynəlxalq münasibətlərin öz 
prinsipl
ərini müəyyən etdilər. Nəticədə bütün dünya, o cümlədən 
dünya təsərrüfatı iki bərabər olmayan hissəyə - dünya kapitalist 
t
əsərrüfatına və dünya sosialist sisteminə parçalandı. 
50-ci ill
ərdə Avropa ölkələrinin və ABŞ-ın iqtisadi 
potensialları əhəmiyyətli dərəcədə artmağa başladı. Onların 
iqtisadi inkişaf səviyyələri müharibədən əvvəlki səviyyəni ötüb 
keçdi, beynəlxalq ticarətin inkişaf tempi 1949-1960-cı illərdə 
2,8-
3% artmağa başladı. İqtisadiyyatın bərpa edilməsi Qərbi 
Avropa v
ə ABŞ kapitallarının qarşılıqlı əlaqəsinə əsaslanırdı. 
ABŞ yenə də mütləq lider rolu oynayırdı və bunun sayəsində 
dünya təsərrüfatı inkişaf edir və təkmilləşirdi. Bu dövr müasir ETT 
şərtləndirən, iqtisadiyyatın struktur dəyişiklərinin əsasını təşkil 
ed
ən elm və istehsala əhəmiyyətli investisiya qoyuluşu ilə 
xarakteriz
ə olunur. 
99 


60-
cı illər tarixə dünya təsərrüfatının «qızıl əsr»i kimi daxil 
olmuşdur. Bu onilliklər ərzində iqtisadi inkişaf tempi daim 
yüksəlmiş, inflyasiya və əhalinin məşğulluğu əhəmiyyətli 
d
ərəcədə ixtisar olmuş, dağıdıcı böhranlar və iqtisadi təlatümlər 
olmamışdır. Bunun da nəticəsində dünya ticarətinin artım tempi il 
ərzində 5-6% təşkil etmiş, dünya əmtəə dövriyyəsi 50-ci illərə 
nisb
ətən təxminən 3 dəfə artmışdır. Eyni zamanda xarici ticarət 
dövriyyəsinin artım tempi sənaye istehsalının artım tempini 2,5 
d
əfə keçmişdir. Burada ABŞ liderlik edirdi. Qərbi Avropa ölkələri 
ona xeyli yaxınlaşdılar. 
70-ci 
ill
ər 
ərzində 
(1973-1975-ci 
ill
ər) 
dünya 
iqtisadiyyatının strukturunda böhran baş verdi, bu da beynəlxalq 
ticar
ətin inkişaf tempini ildə 2,3-2,8 dəfə ixtisar etdi. Dünya 
ticar
ətində ABŞ-ın liderlik mövqeyi əhəmiyyətli dərəcədə 
gücləndi. Ona Avropa birliyi ölkələri və Yaponiya güclü rəqabət 
göstərirdilər. Bununla birlikdə Qərb ölkələri elmi-texniki 
t
ərəqqinin nəticələrini tez bir zamanda mənimsədilər və praktiki 
olaraq istifad
ə etdilər, bu isə inkişaf etmiş ölkələrin enerji 
böhranından çıxmağa imkan verdi və elmi-texniki inkişafda 
sürətli sıçrayışa səbəb oldu.' 
80-90-
cı illər - dünya iqtisadi əlaqələrinin keyfiyyətcə 
t
əkmilləşdirilməsi kimi xarakterizə olunur. Bütün dövlətlər üçün 
xarici iqtisadi amill
ərin rolu dəfələrlə artmağa başladı. ABŞ, 
Yaponiya, C
ənub-Şərqi Asiya, Qərbi Avropa ölkələri mütərəqqi 
texnoloji yenilikl
ər fondunda dünya təsərrüfatının ayrı-ayrı 
sektorları qeyri-bərabər inkişaf etməyə başladı. Asiya, Afrika və 
Latın Amerikasının əksər dövlətlərinin iqtisadi inkişaf səviyyələri 
inkişaf etmiş ölkələrin inkişaf səviyyələrindən xeyli geridə 
qalmaqla, dünya təsərrüfatının «periferiyası» hesab edilirdi. Bu 
l O O


k
əskin ziddiyyətlər 80-ci illərdə xarici borcların artmasına səbəb 
olmaqla, dünya iqtisadiyyatını sarsıtdı. 
Müasir dövr dünya ticarətinin yeni liderləri: Cənub-Şərqi 
Asiya dövlətləri və Çin meydana gəldi. Qərbi Avropa ölkələrinin 
mövqeləri daha da gücləndi. 80-90-cı illərdə dünya sosializm 
sisteminin dağılması lə əlaqədar olaraq dünyada blok 
qarşıdurması ləğv olundu. Hazırda dünya təsərrüfatı vahid 
sistem kimi formalaşır. Keçmiş sosialist ölkələri bərabərhüquqlu 
v
ə ümumi prinsiplər əsasında dünya təsərrüfat sisteminə aktiv 
daxil olurlar. 
80-ci 
ill
ərin 
ortalarından 
başlayaraq 
dünya 
iqtisadiyyatının inkişafında böhran baş verdi. 1985-1990-cı 
ill
ərdə əmtəə dövriyyəsinin artımı 3-4,1% təşkil etmişdir. 1990-cı 
ill
ərdə, xüsusən 1993-cü il böhranından sonra beynəlxalq 
ticar
ətin artım tempi 4,8%-dən 1996-cı ildə 9,8%-ə çatdı. Yüksək 
v
ə sabit tempin əsas səbəbi informasifa texnologiyasında olan 
yüksəliş və ABŞ, Qərbi Avropa ölkələrində sabit iqtisadi artım 
tempidir. 
ABŞ hələlik dünya ticarətində liderlik edir. Dünya 
ixracının 12,5%-i onun payına düşür - Almaniya (10,4%), 
Yaponiya - (9,6%) v
ə Çin (3,5%) sonrakı yerləri bölüşdürürlər. 
Beyn
əlxalq ticarətin strukturunda keyfiyyət dəyişiklikləri baş 
verdi. İxracda hazır məhsulun xüsusi çəkisi əhəmiyyətli dərəcədə 
artdı (50%-dən yuxarı), eimtutumlu məhsulların ticarəti daha 
yüksək templə inkişaf edirdi. Müasir ETT maşınqayırma 
m
əhsullarının beynəlxalq ticarətdə əsas məhsullar olmasına 
imkan verdi. Maşınqayırma məhsullarının xüsusi çəkisi 1970-ci 
ild
ə 22%, 2000-cl ildə 51%-dən çox olmuşdur. Eyni zamanda 
enerji daşıyıcılarının və xammalın xüsusi çəkisinin aşağı 
düşməsi müşahidə olunur. 1975-ci ildə bu məhsulların xüsusi 
çəkisi ixracda 
lül


24,5% t
əşkil edirdisə, 2000-ci ildə isə iki dəfə azalaraq 13%-ə 
enmişdir. 
Ərzaq məhsulları və kənd təsərrüfatı xammalı ixracı 
əsaslı dəyişiklərə məruz qaldı. 1950-60-cı illərdə bu məhsullar 
dünya ixracının strukturunda mühüm yer tutduqları halda (13- 
15%) 70-80-ci ill
ərdə bu məhsulların xüsusi çəkisi (11 - 12%), 
1990-
cı illərdə 13-14% təşkil etmişdir. Analoji meyl digər xalq 
istehlak
ı malları üçün də xarakterikdir: 1955-ci ildə onun xüsusi 
çəkisi 14%, 1975-ci ildə 8,4%, 2000-ci ildə 14% təşkil etmişdir. 

Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin