M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»


MıiKKonejı K., Spıo C. 'J



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   16   17   18   19   20   21   22   23   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

MıiKKonejı K., Spıo C. 'J
KOHOMUKC
. M.. 1992. c. .196. 
61 


qeyri-
müntəzəm xarakter daşıyırdı, vahid milli bazar yox idi
ictimai t
ələbat əsasən yerli məhsul istehsalı hesabına ödənilirdi. 
Ayrı-ayrı ölkələr daxilində ictimai əmək bölgüsünün zəif 
inkişafı, onlar arasında müntəzəm ticarət əlaqələrinin 
yaranmasına mane olurdu. Xarici ticarət əhəmiyyətli dərəcədə 
inkişaf etmişdi və bütövlükdə feodal cəmiyyətinin tələbatının 
ödənilməsində mühüm əhəmiyyət kəsb etmirdi. 
Bütün bunlarla yanaşı feodalizmdə də qədim dünya 
kontinental daxili bazarı inkişaf edərək kontinentlərarası bazara 
çevrildi. Qədim Çin yalnız Hindistan ilə deyil, ərəb ölkələri və 
C
ənubi Afrika ilə ticarət edirdi. Venesiya və Kenuya Avropanın 
feodal ölkələri ilə bərabər Misir və Yaxın Şərq ölkələri ilə ticarət 
edirdi. Vasko da Qamanın səyahəti bu iki regional beynəlxalq 
bazarları birləşdirirdi, Kolumbun Amerikanı kəşf etməsi, Maqel- 
lanın isə dünya səyahəti bütün regional bazarları birləşdirirdi. 
Dem
əli, dünya bazarı XIX əsrdə deyil, xeyli əvvəl yaranmışdır. 
Əlbəttə onlar möhkəm miqyasları ilə böyük deyildir. Lakin buna 
baxmayaraq, onlar f
əaliyyət göstərirdilər. Xarici bazarlara əsasən 
feodallar v
ə sənətkarlar mal göndərirdilər. Ona görə də, 
feodalizm dövründə formalaşan əmtəə bazan öz sosial-iqtisadi 
m
əzmununa görə sənətkar feodal bazarı idi. 
Bir-birind
ən aralı yerləşən mülkiyyətçilərin istehsal 
etdikl
əri məhsulların mübadilə üsulları feodalizm erasının 
sonunda kapitalist müəssisələrinin yerləşməsi, sənayenin 
əkinçilikdən ayrılması, müxtəlif rayonlarda kənd təsərrüfatının 
İxtisaslaşması, sənayenin daha çox istehsal sahələrinə 
parçalanmasının təsiri altında inkişaf edirdi. 
62 


Kapitalist 
əmtəə istehsalının inkişafı sənayenin və kənd 
t
əsərrüfatının hər bir sahəsi tədricən bir-biri üçün bazar olurdu. 
İstehsalın ixtisaslaşması və dlfferensasiyası öz-özlüyündə ictimai 
əmək bölgüsünün dərinləşməsi və genişlənməsidir. Əmək 
bölgüsü dərinləşdikcə əmtəə istehsalı çoxalır, əmtəələrin 
mübadilə dairəsi genişlənir, milli bazar əmələ gəlir. Kapitalist 
istehsalının 
ixtisaslaşması 
prosesi 
ayrı-ayrı 
ölkələrin 
s
ərhədlərindən kənara çıxdıqda, beynəlxalq əmtəə mübadiləsi ilə 
t
amamlanır və bu əsasda yeni dünya bazarı İnkişaf edir. 
Bel
əliklə, dünya bazarı bir-biri ilə əmtəə mübadiləsilə əlaqədar 
olan ayrı-ayrı ölkələrin beynəlxalq istehsal ixtisaslaşmasına 
əsaslanır və geniş təkrar İstehsal prosesini təmin etmək üçün bir 
ölkədə istehsal olunan məhsulları digər ölkələrlə mübadilə 
edirl
ər. Dünya bazarında əmtəələr mübadiləsi geniş təkrar 
istehsal prosesini t
əmin edən prosesdir. Ona görə də, ayrı-ayrı 
ölkələrin əmtəə istehsalçılarının əlaqələri əmtəələr vasitəsilə 
h
əyata keçirilir, İstehsal miqyası artdıqca genişlənir. 
Qeyd etm
ək lazımdır ki, lazımdır ki, vahid milli bazarların 
v
ə dünya kontlnentlərarası bazarların formalaşmasına iri 
kapitalist s
ənayesi təsir göstərdi. XVIII əsrin axırlarında İngiltərə, 
XIX 
əsr ərzində isə Avropanın və Amerikanın digər ölkələrində 
s
ənaye sürətlə İnkişaf etməyə başladı. Bu milli bazarların 
formalaşmasını sürətləndirdi və dünya kapitalist bazarının 
formalaşmasına səbəb oldu. İri sənayenin bu yaradıcı rolunu 
aşağıdakı amillər şərtləşdirmişdir: 
I. Kapitali
st istehsalının yüksək mənfəət norması almağa 
c
əhd göstərməsi. Bunun arxasınca qaçan sahibkarlar mənfəətin 
mövcud səviyyəsi ilə razılaşmır, öz məhsullarını ölkəsindən 
k
ənarda reallaşdırmaq üçün optimal şərait axtarırlar. Heç təsa 
63 


düfi deyildir ki, XIX əsr dünyanın iri sənaye ölkələri arasında 
siyasi c
əhətdən bölgü əsri oldu. Bu ölkələrin hökumətləri siyasi 
maraqlarından əlavə, öz sahibkarları üçün yüksək gəlirli bazarları 
da t
əmin etdilər. Bu yolla da ölkələrarası iqtisadi əlaqələr 
genişləndi; 
II. S
ənətkarlıqdan və manufakturadan fərqli olaraq, iri 
s
ənaye satış üçün külli miqdarda məhsul istehsal edir. Külli 
miqdar m
ənfəət əldə etmək üçün sahibkarlar öz məhsullarını 
yalnız ölkə daxilində deyil, eyni zamanda xaricdə də satmağa can 
atırlar. Bu da həmçinin xarici ticarətin genişlənməsinə səbəb olur; 
III. M
ənfəət dalınca qaçmaq ölkə daxilində müəssisələr 
arasında kəskin mübarizə şəraitində keçir. Yüksək mənfəət əldə 
etm
ək məqsədilə ayrı-ayrı sahələr onlar üçün bazar olan digər 
milli sah
ələrin tələbatından çox məhsul istehsal edirlər. Müxtəlif 
milli sah
ələrin inkişafında olan bu qeyri-bərabərlik daxili bazara 
t
əsir edir. Texnoloji cəhətdən əlaqəli olan sahələr öz məhsullarını 
xarici bazarda reallaşdırmağa çalışırlar. 
IV. 
İri maşınlı sənaye bazasında kütləvi məhsullar 
istehsalı xammallara kütləvi tələbat yaradır. Sənayenin inkişafı 
prosesind
ə əsas xammal göndərənlər inkişaf etmiş ölkələrdən 
asılı ölkələrdir və onlar məcburi olaraq iqtisadi və qeyri-iqtisadi 
metodlarla 
iqtisadiyyatı 
xammal 
istiqamətində 
i
xtisaslaşdırmışlar.,Göründüyü kimi, iri maşınlı sənaye yarandığı 
andan etibar
ən müxtəlif ölkələrin, onların məhsullarının alıcısı 
kimi deyil, eyni zamanda öz xammal məhsullarının satıcısı kimi 
dünya bazarına meyl edirlər. 
Dünya bazarı tam inkişafına yalnız ka’pitalist istehsalı və 
geniş beynəlxalq əmək bölgüsü şəraitində çata bilər. Yalnız ka- 
64 


pitalist istehsal üsulu şəraitində dünya bazarı tam inkişaf etmiş 
iqtisadi kateqoriya olur, beyn
əlxalq əmtəə dövriyyəsinin geniş və 
h
ərtərəfli inkişafı dünya bazarında daim və kütləvi məhsul 
istehsalı üçün şərait yaradır, bu isə beynəlxalq nəqliyyat və rabitə 
vasit
ələrinin geniş şəbəkəsinin yaradılmasını tələb edir. 
Dünya bazarı milli bazarların inkişafı nəticəsində 
yaranmasına baxmayaraq, onlar arasında bəzi fərqləndirici 
xüsusiyyətlər vardır. Ölkə daxilində və tədavüldə iştirak edənlər 
dünya bazarına çıxmırlar. Milli bazarlarda əlaqələrin hərəkətini 
iqtisadi amill
ər, müəssisələrarası iqtisadi əlaqələr şərtləndirirlər. 
Dünya bazarına dövlətin xarici iqtisadi siyasəti böyük təsir 
göstərir. Məsələn, xarici dövlətlərin mallarına dövlət yüksək 
baryer qoyur, vilay
ətlər, kəndlər, şəhərlər arasında milli malların 
h
ərəkətində isə belə baryerlər yoxdur. Nəhayət, dünya bazarında 
dünya qiyməti fəaliyyət göstərir. 
Dünya kapitalist bazarı öz inkişafında üç mərhələni keçir 
v
ə kapitalist istehsal üsulunun inkişafı ilə müəyyən edilir; 
1) 
kapitalist istehsal üsulunun hazırlıq mərhələsi 
(manufaktura dövrü); 
2) 
ayrı-ayrı müəssisələrin, maşınlı istehsal mərhələsi; 
3) 
kapitalizmin korporativ inkişaf mərhələsi. 
Dünya kapitalist bazarının inkişafının hər bir mərhələsinin 
xüsusiyyətləri vardır. Kapitalist istehsal üsulunun hazırlıq 
m
ərhələsində dünya bazarı inkişaf etməmişdir. Bu mərhələdə 
xarici ticar
ətdə əmtəələrin tədavülü prosesində vasitəçi rolu 
oynayan ticar
ət kapitalı əsas rol oynayırdı. Məhsullar əsasən kiçik 
əmtəə istehsalçıları və kapitalist manufakturası tərəfindən 
istehsal olunurdu. Dünya bazarının 2-ci mərhələsi XVIII əsrin 
axırında İngiltərədə olan sənaye çevrilişi dövrünü və XIX əsrin 
65 


70-ci ill
ərinin axırına qədər olan dövrü əhatə edir. Bu zaman 
dünya kapitalist ticarəti tamamilə inkişaf etmişdir. İri maşınlı 
s
ənayenin qələbəsi və iri sənaye və ticarət sistemləri artıq 
meydana 
g
əlmişdir. 
Dünya 
bazarı 
özünün 
başlanğıc 
v
əziyyətindən çıxır və kapitalizm kateqoriyası kimi meydana gəlir. 
Dünya bazarlarında sənaye kapitalı həlledici rol oynayır 
v
ə ticarət kapitalını özünə tabe edir. Beynəlxalq əmtəə 
mübadiləsinin əsasını İngiltərədən iri kapitalist sənayesi 
m
əhsullarının ixracı və həmin ölkəyə xammal və ərzaq 
m
əhsullarının idxalı təşkil edirdi. XIX əsrin 60-70-ci illərində 
dünya bazarını müəyyən edən əsas əlamət inkişaf etmiş kapitalist 
ölkələrinin, hər şeydən əvvəl öz inkişaf səviyyələrinə görə 
İngiltərəni ötüb keçən ABŞ və Almaniyanın təsərrüfat həyatında 
s
ənaye kapitalının əsas rolunu qəti möhkəmlətmək idi. 
Kapitalizmin korporativ m
ərhələsi XIX əsrin 80-ci 
ill
ərindən bu günə qədər olan dövrü əhatə edir. Bu dövr ayrı-ayrı 
müəssisələrin kapitalizmin hakim korporasiyalarının müxtəlif 
formalarına keçidilə xarakterizə olunur. Bu mərhələdə vahid 
kapitalist t
əsərrüfat sisteminin formalaşması və maliyyə 
kapitalının hakim olması əsasında hərtərəfli dünya bazarının 
formalaşması başa çatır. 
Müasir dünya bazarı, onun fəaliyyətinin xüsusiyyətlərini 
açan bəzi əlamətlərə malikdir. Əsas xarakterik əlamət 
kapitalizmin 
əmtəə təbiəti ilə əlaqədardır. Bu onunla izah edilir ki, 
ayrı-ayrı ölkələr arasında İqtisadi əlaqələr sərfəlilik, mənfəətlik 
əsasında həyata keçir. Dünya kapitalist bazarı İsə sənaye 
c
əhətdən inkişaf etmiş iri kapitalist ölkələrinin iqtisadi cəhətdən 
gerid
ə qalmış ölkələri istismar etməsi nəticəsində müəssisələrin 
m
ənfəət normalarının artmasında mühüm rol oynayır. 
66 


Dünya kapitalist bazarının ikinci mühüm əlaməti istehsal 
v
ə rəqabətdə özbaşınalığın olmasıdır. Əgər hər bir müəssisədə 
istehsal planauyğun həyata keçirsə, kapitalizm aləmi miqyasında 
v
ə bütün dünyada bu proses nizamsız keçir. İqtisadiyyatın 
ayrı-ayrı sahələri arasında istehsal vasitələrinin bölüşdürülməsi 
kort
əbii baş verir. Əmtəə istehsalçısı kapitalı elə fəaliyyət 
dövriyyəsinə qoymaq istəyir ki, mənfəət norması yüksək olsun. 
İstehsal vasitələrinin ayrı-ayrılıqda və bütövlükdə dünyada 
özbaşına 
bölüşdürülməsi, 
ayrı-ayrı 
sferalar 
arasında 
disproporsiya yaradır. Ayrı-ayrı İstehsal sferalarında müvazinət 
yaradılmasına cəhd göstərilməsinə baxmayaraq, hər bir 
İstehsalçı elə istehsal dəyəri yaratmalıdır və elə məhsul istehsal 
etm
əlidir ki, ictimai tələbatı ödəyə bilsin. Buna baxmayaraq, 
iqtisadiyyatın müxtəlif sektorlarına bu meyl müvazinətin daimi 
pozulmasına qarşı reaksiya kimi yaranır. Dünya kapitalist 
bazarında kooperasiya və onun qeyri-sabit xarakteri kapitalist 
istehsalını daim genişləndirir. Nəticədə proses daha da güclənir. 
Dünya kapitalist bazarına ayrı-ayrı ölkələr arasında 
r
əqabət mübarizəsi xasdır. Hal-hazırda bu rəqabət ABŞ, 
Yaponiya, Avropa Şurasının digər ölkələri arasında gedir. İndi 
korporativ kapitalizm dövründə dünya kapitalist bazarında 
praktiki 
olaraq elmi texnoloji kompleks (ETK) hökmranlıq edir. 
Milli hökumətlər bu blok tərəflərindən himayə edilən beynəlxalq 
iqtisadi 
əməkdaşlığın bilavasitə iştirakçıları dünyanın iqtisadi 
c
əhətdən bölünməsini həyata keçirirlər, dünyanın müxtəlif 
bazarlarında əmtəələrin satılması və onların qiyməti haqqında 
danışıqlar aparılır. Müasir dünya bazarının mühüm əlaməti 
ondan ibar
ətdir ki, xarici ticarət sisteminə müxtəlif inkişaf 
m
ərhələsində olan ölkələr cəlb edilmişlər. Beynəlxalq əmək 
bölgüsündə 
67 


inkişaf etmiş kapitalist ölkələrilə yanaşı, inkişaf etməkdə olan 
ölkələr, o cümlədən kapitalist istehsalı üsulundan qabaqcıl 
istehsal üsuluna xas olan ölkələr də iştirak edirlər. Bunu hər 
şeydən əvvəl, müxtəlif ölkə və regionlarda kapitalizmin müxtəlif 
vaxtlarda 
əmələ gəlməsi və onun inkişaf tempinin qeyri- bərabər 
olması şərtləndirmişdir. 
XX 
əsr dünya kapitalist bazarı bir neçə dərin böhran 
keçirmişdir. Bunlardan birincisi 1914-1918-ci illərdə baş vermiş 
dünya müharibəsi ilə əlaqədar idi və dünya təsərrüfatı inkişafına 
mühüm təsir göstərdi. Müharibə uzun müddət beynəlxalq əmtəə 
mübadiləsini pozdu. Yalnız 1924-cü ildə dünya kapitalist 
bazarında əmtəə dövriyyəsinin fiziki həcmi müharibədən əvvəlki 
s
əviyyəyə çatdı. Bunu əlavə etmək lazımdır ki. Böyük Oktyabr 
çevrilişindən sonra Rusiyada xarici ticarət dövriyyəsinin həcmi 
ölkənin xarici iqtisadi əlaqələrini idarə etmək üçün fövqəladə 
t
ədbirlər həyata keçirildiyindən xeyli məhdudlaşdı. Bu aksiya 
n
əticəsində mühüm kapitalist dövlətləri tərəfindən Rusiya 
iqtisadiyyatının inkişafına yönəldilən investisiyalar kəsildi, 
m
əhsulların idxalı və ixracı üzərində ağır şərtlər qoyuldu. Dünya 
kapitalist bazarında sonrakı dərin böhran ikinci dünya müharibəsi 
qurtardıqdan sonra başladı, və o beynəlxalq iqtisadi münasibətlər 
sisteminin bütün strukturunu əsaslı surətdə sarsıtdı. 
Lakin 1945-ci ild
ən sonra beynəlxalq əmtəə mübadiləsi 
Birinci Dünya müharibəsinə nisbətən tez həyata keçdi. Nəhayət, 
müharibədən sonra dünya kapitalist bazarı kapitalizmin 
müstəmləkəçilik sisteminin dağılması ilə əlaqədar yeni 
çətinliklərlə qarşılaşdı. Milli azadlıq hərəkatı nəticəsində Asiya və 
Afrika ölkələri müstəqillik əldə etdilər, bu da sənaye cəhətdən inki 
68 


şaf etmiş ölkələrin bazarlarını və iqtisadi hökmranlıqlarını ləğv 
etdi v
ə inkişaf etmiş ölkələr həmin ölkələrdə öz məhsullarını 
satmaqda v
ə kapital ixracında çətinlik çəkdilər. 
Göstərmək lazımdır ki, bütün bu böhranlar son anlarda 
aradan qaldırıldı. Bütövlükdə müharibədən sonrakı dövrün 
f
ərqləndirici əlaməti beynəlxalq ticarətin inkişaf tempinin 
əhəmiyyətli dərəcədə güclənməsi idi. Bu kapitalizmin bütün 
dövrlərinə nisbətən özünün ən yüksək inkişaf mərhələsinə daxil 
olması idi. Bu dövr ərzində ölkələrdən məhsul ixracının 
sürətlənməsi müşahidə olunurdu. Belə ki, onun orta illik inkişaf 
tempi 50-ci ill
ərdə 6%, 60-cı illərdə 8,2%, 1970-1975-ci illərdə isə 
9,4% t
əşkil edirdi. Hətta 70-ci illərdə kəskin iqtisadi böhran vaxtı 
kapitalizmin xarici iqtisadi f
əaliyyəti bütövlükdə kapitalizm 
t
əsərrüfatına nisbətən müvəffəqiyyətlə inkişaf edirdi. 
Müasir 
dünya 
bazarının 
mühüm 
fərqləndirici 
əlamətlərindən biri ondan ibarətdir ki, sənaye cəhətdən inkişaf 
etmiş dövlətlər milli bazarları qorumaq və öz məhsullarının 
ixracını ço- xaltmaq üçün keçirilən tədbirlərdə daha məsuliyyətlə 
iştirak edirlər. Burada söhbət proteksionizm siyasətindən gedir ki, 
bu da manufaktura dövründə və iri maşınlı sənayenin ilkin 
m
ərhələləri üçün xarakterik idi. İndi alış balanslaşdırılmadan 
aparıldığından bir çox ölkələr yenidən proteksionizm siyasəti ilə 
üzləşirlər. 
Dünya kapitalizm bazarında gedən iri dəyişiklik yalnız 
İkinci Dünya müharibəsinin nəticələri ilə deyil, beynəlxalq iqtisadi 
münasibətlərin inkişaf xüsusiyyətləri ilə əlaqədardır. XX əsrin 
ikinci yarısında sənaye cəhətdən inkişaf etmiş ölkələrin regional 
iqtisadi blokları yaranır. EC (EC - European Commu- nity - 
Avropa Birliyi), EACT (EACT - ingilisc
ə EFTA - European Free 
Trade Assocition - Avropa Azad Ticar
ət Assosiasi 
69 


yası) son zamanlarda azad ticarətin Şimali Amerika zonası 
(NAFTA - North American Free Trade Aqreement - S
ərbəst 
ticar
ət haqqında Şimali Amerika Müqaviləsi), inkişaf etməkdə 
olan ölkələr özlərinin iqtisadi birliklərini yaradırlar. Məsələn, 
1975-ci ild
ə Latın Amerikası iqtisadi sistemi ölkələrinin regional 
iqtisadi t
əşkilatı yaranır. Bu təşkilatın Latın Amerikası və Karib 
d
ənizi ölkələri də daxil olmaqla 25 üzvü vardır, 1967-ci ildə 
qarşılıqlı iqtisadi və sosial əlaqələr yaratmaq məqsədi ilə 
C
ənubi-Şərqi Asiya dövlətlərinin ACEAH assosiasiyası yaranır. 
Bruney, İndoneziya, Malaziya, Sinqapur və Filippin onun 
üzvləridir. Dünyanın digər regionlarında da inteqrasiya prosesi 
yaranır. İnteqrasiya qrupları arasında bütün ticarət iqtisadi 
mane
ələr tədricən ləğv olunur, lakin üçüncü ölkələr üçün gömrük 
ödənişləri və digər maneələr güclənir. Bu tədbirlər dünya 
kapitalist bazarının inhisarlaşmasının yeni növüdür. Belə 
blokların iqtisadi əsasları dünya təsərrüfatının müxtəlif 
sektorlarında obyektiv olaraq səmərəliliyin yüksəlməsinə təminat 
verir. 
M
əhz 
bu 
meylin 
n
əticəsində 
is
ə 
istehsalın 
beyn
əlmiləlləşməsi daha da gücləndi. 
Dünya bazarında rəqabət mübarizəsi kəskinləşmiş, onun 
yeni metodları meydana gəlmişdir. Dünya aləmində elmi- texniki 
inqilab r
əqabət mübarizəsinin yeni spesifik forması kimi çıxış edir. 
Son ill
ərdə korporativ kapital rəqabət mübarizəsi qiymət 
sferasından məlumat və hazır məhsulların yeniliyi, texniki 
s
əviyyəsi, keyfiyyəti, onun hazırlanmasının, texniki xidmətinin 
t
əkmilləşdirilməsi və əmtəə tədavülü şəbəkələrinin inkişafı və 
yaxşılaşdırılmasına keçir. Xarici bazarda elmi-texniki kəşflər 
korporasiyalar üçün mühüm amillərdən biridir. Belə ki, müasir 
bazarlarda o sahibkar q
ələbə qazanır ki, dünya bazarına yeni, 
70 


müasir tələblərə cavab verən məhsul çıxarmaqla yanaşı, texniki 
xarakterli yeni, daha kompleks xidm
ətlər təklif edir. Ona görə də, 
dünya bazarının müasir şəraitdə yenilik və məhsulların təkmil 
olması amilləri qiymət amilini qabaqlayır və başlıca rol oynayır. 
Bundan başqa, dünya bazarında ayrı-ayrı məhsulların 
r
əqabət qabiliyyətinə əsaslı təsir göstərən yeni meyllər əmələ 
g
əlmişdir. Söhbət enerji böhranı vaxtı bir çox maşın növlərinin 
adaptasiyasından (uyğunlaşmasından), həmçinin onların ətraf 
mühitin qorunması tədbirlərinə uyğun olmasından gedir. 
M
əhsulların keyfiyyətinin yaxşılaşması ilə yanaşı tədarük 
sistemi d
ə təkmilləşir. İri beynəlxalq korporasiyaların öz 
m
əhsulları xarici filiallar və onların nəzarətində olan müəssisələr 
t
ərəfindən satılır. 
İxrac olunan məhsulların əhəmiyyətli formalarından biri 
yerli firma - agentl
ərdən (ingiliscə «agent» - geniş mənada başqa 
şəxsin yerinə, onun nəzarəti altında işləyən şəxsdir: dar mənada 
sövdələşmənin bağlanması və sair işlərin görülməsi üçün muzdla 
tutulmuş səlahiyyətli şəxsdir) istifadə edilmişdir. Belə vasitəçilərin 
t
ətbiq edilməsi iri investisiya tələb etmir, müvafiq ölkələrdə 
özlərinin satış şəbəkələrini yaratmaqla firmaların maddi-texniki 
bazarlarından istifadə edirlər. 
Son 10-20 il 
ərzində bir neçə korporasiyalar tərəfindən 
ixrac sertifikatları və konsorsiumları geniş yayılmışdır. Bu 
praktika İngiltərə və Fransada daha çox təzahür edir. 
İri sənaye birlikləri tədarük şəbəkələrindən qarşılıqlı 
sur
ətdə istifadə etməklə öz məhsullarını reallaşdırırlar. Birinci 
növbədə bu rəqabət qabiliyyəti olmayan məhsulların satışı vaxtı 
t
ətbiq olunur. Belə müqavilə növü İtaliyanın avtomobil firması 
7



«Fiat» və Fransanın «Sitroen» firması arasında bağlanmışdır. 
Korporasiyalar bazar problemini h
əll etmək üçün yeni iş 
formasından istifadə edirlər. O, marketinq adlanır və onun 
mahiyy
əti ondan ibarətdir ki, kompaniyalar uzun və qısa müddətli 
irrıkan- larını, yeni maşın növlərini işləyib hazırlayır, bazarı 
Öyrənir və onun inkişafının uzunmüddətli proqnozunu tərtib 
edirl
ər. İri kompaniyalar və onların birlikləri və marketinq bazarda 
istehsalın inkişaf tempinə və bazarda tələbatın xarakter və 
tempin
ə təsir göstərməyə cəhd edirlər. 
İri istehsalçılar və istehlakçılar arasında idxal-ixrac 
əməliyyatları ilə yanaşı dünya bazarında son 20 il ərzində 
m
əhsulların auksionda (latınca «auctio» - «böyümə», «artma» 
dem
əkdir), birjalarda (ingiliscə excling - müntəzəm və təşkilati 
bazar forması olub, maliyyə və ticarət sövdələşmələrinin 
bağlanması üçün nəzərdə tutulan təşkilatdır) və ticarət 
m
ərkəzlərində satış və alışı geniş yayılmışdır. 
Beyn
əlxalq auksion (hərrac) - bu ayrı-ayrı partiya 
m
əhsullarının satışı üsuludur ki, onları növbə ilə satılmaq, 
baxmaq üçün nümayiş etdirirlər və iştirakçılar arasında ən yüksək 
qiym
ət qoyan alıcılar tərəfindən alınmış hesab olunur. Beynəlxalq 
auksionlarda x
əz, yun, tütün, çay, antikvar (əntiq) əşyaları, cins 
atlar v
ə s. satılır. Salonda olan alıcılara qiymətlər təklif edilir. 
Bir sıra beynəlxalq auksionlarda auksionist ən yüksək 
qiym
ət elan edir. Alıcılardan heç biri elan edilən qiyməti 
verm
ədikdə, qiyməti aşağı salırlar. Moskva, London, Nyu-York, 
Monreal, Amsterdam, K
əlküttə və Kolumboda beynəlxalq 
auksionlar keçirilir. 
Birja - 
topdansatış, o cümlədən beynəlxalq sabit və dəqiq 
keyfiyy
ət parametrləri olan kütləvi məhsullar ticarəti (əmtəə 
72 


birjası) və ya qiymətli kağızlar, qızıl, valyuta (fond birjası) 
sistematik alış-satış əməliyyatlarıdır. 
Əmtəə birjası - beynəlxalq əmtəə bazarında daha çox 
xammal v
ə kənd təsərrüfatı mallarının (taxıl, qənd, kakao, qəhvə, 
kauçuk, əlvan metallar, pambıq və s.) kütləvi alqı-satqısıdır. 
Əmtəə birjasında əvvəlcədən müəyyən edilmiş qiymətlərlə 
müəyyən partiya mal nümunə və standartlara əvvəlcədən 
baxılmadan realizə olunur. Sazişi imzalama anına qədər əmtəə 
birjası faktiki əmtəə təklif etmir, əmtəələrin xüsusiyyətlərindən, 
h
əmçinin onun istehsalının mövsümiliyindən asılı olaraq 8 aydan 
14 aya q
ədər imzalanır. Belə ki, Nyu-York pambıq birjasında 
pambığın alqı-satqısına digər müqavilə məhsulu dekabrda 
görünmək şərti ilə iyunda bağlanır. 
Müasir dövrdə beynəlxalq birja ticarətinin inkişafı 
ziddiyy
ətli 
xarakter 
daşıyır. 
Bir 
tərəfdən 
Elmi-Texniki 
Kompleksinin rolunun 
əhəmiyyətli dərəcədə artması ilə əlaqədar 
olaraq, 
əmtəə birjalarının əhəmiyyəti beynəlxalq ticarət mərkəzi 
kimi azalır, digər tərəfdən, ticarət birjasının predmeti yeni qrup 
əmtəələr; ağac materialları, iplik, ət və ət məhsulları, yun, digər 
ya- 
rımfabrikat növləri, hətta hazır məhsullar olur. 
O ki, qaldı ticarətin mövqeyinə, onlar ticarətin elə 
formasını təşkil edirlər ki, onda maşın nəqliyyat və avadanlıq 
alıcısı ya onları almaq, ya da onların tikintisi üçün firmaları dəvət 
edirl
ər. Müəyyən vaxt ərzində istəyənlər öz məhsulunu və ya 
göstərilən vaxt ərzində öz təkliflərini edir və alıcı onlardan ən 
əlverişlisini seçir. 
Ticar
ət növlərinin fəaliyyət göstərməsi və onların geniş 
yayılması onunla əlaqədardır ki, onlar ticarət forması kimi inkişaf 
etm
əkdə olan ölkələr tərəfindən tez-tez tətbiq olunur. 
73 


Dünya bazarında təşkil olunan ticarət növlərinin 80%-i inkişaf 
et
miş ölkələrin payına düşür. Bu dövlətlər o ticarət növünə 
üstünlük verirlər ki, alışın bu forması onlara sərfəli qiymətlərlə 
m
əhsullar seçməyə İmkan verir. 
Bel
əliklə, aydın olur ki, dünya bazarında rəqabətin 
k
əskinləşməsi, əmtəələrin texniki-iqtisadi göstəricilərinə tələbatın 
artması, kapitalist firmalarını məcbur edir ki, istehsalın və 
t
ədavülün forma və metodlarını daha da təkmilləşdirsinlər, xarici 
quraşdırma müəssisələri təşkil etsinlər, xaricdə öz müəyssisə- 
l
ərini və ya müştərək müəssisələr yaratsınlar. Son illərdə bu 
istiqam
ətdə Yapon və Qərbi Avropa müəssisələri fəallıq 
göstərirlər. 
74 



Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin