Maddi nemətlər sahəsində - bəşəriyyət bütün inkişafı tarixində daha çox onu yaradan yox, ona sahib olan tərəfindən qiymətləndirilmişdir. Mənəvi dəyərlərə də isə vəziyyət əksinədir. Mənəvi nemət sahibi heç kəsi maraqlandırmır, toplanmış mənəvi əmək məhsullarının sahibi yox, onun istehsalçısı yüksək qiymətləndirilir (çox şer və mahnı bilən yox, onu yazan və oxuyan dəyərləndirilir). Məhz buna görə də maddi və mənəvi istehsalın inkişaf üsulları fərqlidir. Mənəvi dəyərlərin fərdi istehsal üsulu və onların mənimsənilməsinin ictimai xarakterinin uyğunsuzluğu onun inkişafının hərəkətverici qüvvəsidir. Mənəvi istehsalın inkişaf prespektivlərinin inkişafını nəzərdən keçirərək qeyd edək ki, gələcəkdə bu istehsalda heç bir fərdin istisna olmadan iştirakı imkanını genişləndirmək və mənəvi dəyərlərdən bəhrələnən hər bir şəxsin onu layiqincə qiymətləndirməsinə nail olmaq lazımdır.