Mənəvi istehsalın ən mühüm xüsusiyyətlərindən biri də ondadır ki, tətbiq olunan “əmək vasitəsi” (ideyalar, surətlər, ehkamlar) öz ideal xarakterlərinə görə onları bilavasitə istehsalçılarından ayırmaq olmaz (müsadirə etmək, başqasına vermək və s.). Ona görə də maddi istehsal üçün adi olan istehsalçının istehsal vasitələrindən uzaqlaşdırılması ilə bağlı çarpışma mənəvi istehsal üçün mümkün deyildir. Onun üçün məhsuldar qüvvələrin son vaxtlar aşkar olunan və mənimsənilən vasitələri: - suyun enerjisi, buxar enerjisi, atom və s. - hesabına yeni əmək vasitələrinin kəşfi-qeyri mümkündür. Mənəvi istehsalın “gücü” yarandığı vaxtdan eyni – ayrıca intellektin gücü olaraq qalır. Ona görə də mənəvi istehsalda hər şey fərdi yaradıcılığa qapanır.