M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə159/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   155   156   157   158   159   160   161   162   ...   184
muhazire FELSEFEyeni (1)

Elmi şüur. İctimai şüurun başqa formalarında gerçəkliyin səmərəli dərk olunması, onun nizama salınması və sistemləşdirilmiş inikası yanaşı gedən məqsəddirsə də, elmdə dünyanın səmərəli dərk olunmasının meyarı əsas yer tutur, deməli yuxarıda təhlil etdiyimiz Həqiqət, Xeyir və Gözəllik triadasında üstünlük təşkil edən dəyər kimi öz-özlüyündə götürülmüş Həqiqətin birbaşa olmayan etik və ya estetik qiymətləndirilməsi dayanır. Elm-insan fəaliyyətinin tarixən yaranan formasıdır, obyektiv gerçəkliyin dərk olunmasına və yenidən qurulmasına istiqamətlənmişdir; bu mənəvi istehsalın məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktların nəticələri, məntiqi cəhətdən yoxlanılmış hipotezi, eyni zamanda tədqiqat metodu var. Elm-bu eyni zamanda həm bilik sistemi, həm mənəvi istehsal, həm də onun əsasında praktiki fəaliyyətidir.

Tarixin müxtəlif dövrlərində elmin rolu eyni olmamışdır, lakin artıq antik dövrdə onun əhəmiyyətini başa düşmüşdülər. Antik dövrdə elm fiziki və əqli əməyin bölünməsi nəticəsi kimi mövcud olmuşdur. İctimai şüurun müstəqil forması kimi elm ellinizm dövründən fəaliyyət göstərməyə başlamışdır. Elmin bilik forması kimi fəlsəfədən, dindən ayrılmasını Aristotelin adı ilə bağlayırlar. Lakin onda elmi biliyin ünsürləri istehsala olduqca zəif təsir göstərirdi; istehsal qullar tərəfindən əsrlərlə işlənmiş vərdişlərə əsaslanan empirik biliyə söykənən əl alətləri vasitəsi ilə həyata keçirilirdi. Feodalizm şəraitində natural təsərrüfat əl alətləri ilə keçinir və ustaların fərdi bacarıq və təcrübəsi ilə məhdudlaşırdı. Lakin artıq bu vaxt biliyin inkişafı prosesi başlanır; gizli formada olsa da, məsələn, kimya əlkimya formasında inkişaf edirdi. Kapitalizm elə praktiki problemlər qarşıya qoydu ki, bunu yalnız elm vasitəsi ilə həll etmək olardı. Elm daha çox məhsuldar qüvvələrin mənəvi məzmununa çevrildi. Tarixin sonrakı gedişi istehsalın daha çox “elmləşməsi” ilə özünü göstərdi. Təbii elmlərlə yanaşı humanitar fənlər də inkişaf edirdi. Yalnız maddi aləmə deyil, həm də mənəvi dünyanın qanunauyğunluqlarına yüksək maraq yarandı.

Elmin funksiyaları: dərketmə, izahetmə, praktiki – fəaliyyət, proqnozlaşdırma, dünyagörünüşü, ictimai yaddaş və s. – haqqında qısa məlumat vermək məqsə­dəuyğundur. Tarixin 2,5 min illik dövrü ərzində elm inkişaf etmiş, zaman keçdikcə keyfiyyətcə dəyişmişdir. Elm daim öz həcmini genişləndirir, daha da mürəkkəbləşir. XX əsrin 60-cı illərindən Amerikalı elm tarixçisi və filosofu Tomas Kunun elmin inkişafı konsepsiyası daha çox tərəfdar toplamışdır. Kunun elmi biliklərini təkamülü ilə bağlı düşüncələrinin əsasını belə bir fakt təşkil edirdi ki, ictimaiyyatcı-alimlər əsaslı məsələlərlə, ictimai nəzəriy­yələrin başlanğıc əsasları ilə bağlı fikirlər ayrılığına görə şöhrətlənirlər: təbiətşünaslar isə bu məsələ ilə bağlı az mübahisə edirlər. Adi vaxtlarda isə onlar sakitcə işləyir və sanki yazılmamış razılaşmanı müdafiə edirlər: nə qədər ki, hamının olduğu elm məbədi silkələnmir onun özülünün keyfiyyəti də müzakirə olunmur. Kun elmi metodo­logiyaya “paradiqma” anlayışının gətirdi ki, bu sözün də hərfi mənası nümunə deməkdir. Burada biliyin təşkilinin xüsusi üsulu qeydə alınır; dünyaya yeni baxışı müəyyən edən, deməli həm də tədqiqatlara təsir edən göstəriş verilir. Burada konkret problemlərin həllinin hamı tərəfindən qəbul olunmuş nümunələri verilir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin