M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə160/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   156   157   158   159   160   161   162   163   ...   184
muhazire FELSEFEyeni (1)

İqtisadi şüur. Cəmiyyətin iqtisadi həyatının müxtəlif tərəfləri müvafiq iqtisadiййат elmləri tərəfindən öyrənilir. Lakin elə problemlər var ki, fəlsəfə ondan yan keçə bilməz. Bu ilk növbədə bütövlükdə cəmiyyət və onun iqtisadi həyatı arasındakı münasibət və onun cəmiyyətə göstərdiyi təsir, iqtisadi həyatın özünün inkişaf mənbələri və onun əsas təzahürü, onun obyektiv və subyektiv tərəflərinin münasibəti, iqtisadi şüur və onun cəmiyyətin iqtisadi həyatına təsiri, cəmiyyətdə mövcud olan iqtisadi münasibətlər, adamların iqtisadi maraqları, müxtəlif ictimai qrupların, ayrı-ayrı adamların və cəmiyyətin iqtisadi maraqlarının bir-biri ilə qarşılıqlı fəaliyyəti kimi problemlərdir. Eyni zamanda belə bir məsələ də var ki, cəmiyyətin iqtisadi həyatına, onun inkişafına şüurlu, eyni zamanda elmi təsir nə dərəcədə mümkündür. Nəhayət, cəmiyyətin iqtisadi həyatı və iqtisadi islahatların təkamülünün qarşılıqlı münasibəti, burada dövlətin rolu məsələsindən də yan keçmək olmaz.

Bu problemlər yalnız iqtisadi deyil, həm də ictimai-fəlsəfi xarakter daşıdığından iqtisadi şüurun təhlili olduqca vacibdir. Cəmiyyətin iqtisadi həyatının subyektiv tərəfi adamların şüurunun, iradə, məqsəd, qiymət oriyen­tasiyasının və s. təzahürüdür. Bütün bunlar subyektin daxili aləminin, onun psixi durumu və intellektinin ifadəsidir. Söhbət ilk növbədə adamların iqtisadi şüu­rundan gedir, onun məzmununu insanların iqtisadi həyatının obyektiv məzmunu təşkil edir. Bu hər şeydən əvvəl bu və ya digər iqtisadi hadisələrin və onlar haqqında subyektiv baxışların subyektiv qavranılması ola bilər. Bu, məsələn, malın faydalılığına, keyfiyyətinə, dəyərinə, pulun roluna bu və ya digər maliyyə əməliyyatının, mahiyyətinə və s. aid ola bilər.



Ekoloji şüur. Cəmiyyət və təbiətin qarşılıqlı münasibəti problemi fəlsəfədə aktual problemlərdən biridir. Hələ neçə on illiklər əvvəl onlar arasındakı real qarşılıqlı əlaqə birtərəfli xarakter daşıyırdı. Bəşəriyyət təbiətdən götürür, onun ehtiyatlarını istismar edir və düşünürdü ki, bu ehtiyatlar sonsuzdur. Ən yaxşı halda bu qarşılıqlı əlaqə poetik görünürdü; insan təbiətin gözəlliyindən zövq alır, ona hörmət və məhəbbətə çağırırdı. Bütövlükdə isə bəşəriyyət emosional çağırışdan irəli getmirdi. Cəmiyyətin mövcudluğu və inkişafı üçün təbiətin nə olması anlamı hələ formalaşmamışdır. Bu gün təbiət və cəmiyyətin qarşılıqlı münasibəti problemi nəzəri səviyyədən çox aktual bir səviyyəyə qalxıb və bunun həllindən bəşəriyyətin gələcəyi asılıdır. Bu baxımdan ekoloji şüur ən aktual ictimai şüur formasından biridir. Cəmiyyətin həyatında mövcud olan qlobal problem kimi ekoloji problemi həll etmək üçün cəmiyyətdə formalaşan ekoloji şüurun səviyyəsi məsələsinin aktuallığını nəzərə alaraq mühazirədə bu problemə xüsusi ilə toxunmaq vacibdir. Cəmiyyətdə ekoloji tərbiyə və təhsil dövlət səviyyəsində həyata keçirilməlidir. İctimai həyatın təbii əsası ilə bağlı mövzuda ekoloji problem, onun həlli ilə bağlı vəzifələr və bundan irəli gələn ekoloji şüurun təhlilinə yer verilsə də, bu məsələni yenidən tələbələrlə təhlil etmək məqsədəuyğundur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin