M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə162/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   158   159   160   161   162   163   164   165   ...   184
muhazire FELSEFEyeni (1)

Dəyərlər ideyasına da toxunmaq məqsədə­uyğundur. Mədəniyyət - maddi və mənəvi dəyərlərdir. Dəyər deyərkən maddi və mənəvi reallığın bu və ya digər obyekti, onların insan və bəşəriyyət üçün müsbət və ya mənfi əhəmiyyətinin işıqlandırılması nəzərdə tutulur. Adətlər, din, incəsənət və ümumiyyətlə “mədəniyyət işığı” ilə işıqlandırılan şeylər və hadisələrin yalnız insan və cəmiyyət üçün xüsusi mənası var. Sakitlik, gün batan cağı, dan yeri, aylı gecədə təklikdə və ya günəşin düşdüyü yarpaqları seyr etmək bizi ruhlandırır. Bütün bunlar nə isə yüksək və təntənəli qəbul olunur və yaşanır. Başqa sözlə desək, real faktlar, hadisələr, xassələr bizim tərəfimizdən yalnız qəbul edilib, dərk olunmur, həm də qiymətləndirilir, bizdə iştirak hissi, zövq almaq, sevmək və ya nifrət etmək hissləri oyadır. Bu mümkün və qeyri-mümkün ləzzət və nifrət zövqü: yaxşı, gözəl, əla, nəzakətli, ədəbli, incə, zərif, xeyirxah, əzəmətli, yüksək, məhrəmlik, ülvi, müqəddəs və s. – təşkil edir. Bu və ya digər şey bizim gözümüzdə yalnız öz obyektiv xassələrinə görə deyil, həm də bizim ona münasibətimizə görə müəyyən dəyərə malikdir. “O mənə ona görə əziz deyil ki, yaxşıdır, yaxşıdır ona görə də əzizdir” - fikri təsadüfü deyil­məmişdir. Beləliklə, demək olar ki, dəyər-subyektiv-obyektiv reallıqdır. Zövqlə bağlı mübahisə etmək olmaz desələr də, əslində hər kəs öz zövqünün üstün olduğunu qorumaq uğrunda mübahisə edir.

Məlumdur ki, “mədəniyyət” və “sivilizasiya” sözlərinin mənası ətrafında mübahisə gedir, çox vaxt bu çox kəskin xarakter alır və çox az halda kimsə bu sözləri qarışdırır; bu sözlərin konteksti eynidir, bəzən onları sinonim kimi işlətmək də düzdür: onlar bir-biri ilə sıx bağlıdır. Lakin onlar arasında oxşarlıqla yanaşı fərq də var və bəzən bu fərq çox kəskin düşmənçilik səviyyəsində əkslik formasında özünü göstərir. Doğrudan da: çox incə dil duyumuna malik olan elə bir adam olmaz ki, məsələn, Şekspirin, Nizaminin, Fizulinin yaradıçılığını sivilizasiya fenomeninə, atom bombası və başqa insanları məhv edən vasitələri ilə mədəniyyət fenomeninə aid etsin- əslində hər ikisi – insan əqlinin və əlinin məhsuludur. Mədəniyyəti sivilizasiyadan ilk dəfə İ.Kant fərqləndirmiş və bu prob­lemləri aydınlaşdırmışdır. Əvvəllər mədəniyyət deyərkən, təbiətdən fərqli olaraq, insanın yaratdığı hər şeyi aid edirlər. Məsələn, Herder məsələni məhz bu cür qoyurdu, lakin artıq onda aydın idi ki, insan öz yaradıcılığında pis və hətta çox pis işlərdə görür. Sonralar mədəniyyətə ideal fəaliyyət göstərən sistem və peşəkar bacarıq kimi baxdılar, lakin nəzərə alınmadı ki, çox böyük peşəkarlıqla, yəni bacarıqla adam öldürmək olar, lakin heç kəs bunu mədəniyyət fenomeni etməyəcəkdir. Məhz Kant bu məsələni çox dahiyanə həll etdi. O, mədəniyyət deyərkən yalnız onu nəzərdə tutdu ki, o insanların xeyrinə xidmət edir və mahiyyətcə humanistdir: humanizmdən və mənəvidən kənar həqiqi mədəniyyət yoxdur.

Kütləvi mədəniyyət” ifadəsi adətən etinasızlıq hissi ilə işlədilir, lakin bu anlayış müsbət mənada da işlədilə bilər: mədəniyyətə milyonlarla adam can atır. “Kütləvi mədəniyyət”in pis mənada işlədilməsi onunla bağlıdır ki, heç də çox vaxt kütləyə əsl mədəniyyət səviyyəsinə qalxmağa imkan verilmir, əksinə “mədə­niyyətin” özü əhalinin geridə qalmış təbəqəsinin sadə zövqünə uyaraq aşağı düşür, əsl tərbiyə görənləri təəccübləndirən bu səviyyəyə enir; əhalinin yüksək təhsilli və tərbiyəli hissəsinə nə isə quru bir şey sarımaq gülüncdür.

Müasir mənəvi vəziyyətin xarakterik xüsusiyyəti onun dərin ziddiyyətliliyindədir. Bir tərəfdən onda yaxşı həyata ümid var, bu da müəyyən mənada ruh yüksəkliyi yaradır. Digər tərəfdən isə, o böyük həyəcan və ehti­yatlılığa səbəb olur, belə ki, ayrıca bir adam təklikdə qalır, informasiya dənizində baş verən böyük işlərin qarşısında çaşır, qorunmaq təminatını itirir.

Müasir mənəvi həyatın ziddiyyətliliyinin hiss olunması elmdə, texnikada, təbabətdə parlaq qələbələr əldə etdikcə, maliyyə qüdrəti artdıqca, adamların rahatlığı və yaşayış səviyyəsi yüksəldikcə daha çox duyulur. Aydınlaşdı ki, elmin, texnikanın və tibbin nailiyyətləri insanın rifahı üçün yox, onun pisliyinə də istifadə oluna bilər. Pul, rahatlıq naminə bir qrup adamlar qəddarcasına başqalarını məhv edə bilərlər.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin