Sosial varlıq və kommunikasiya mexanizmi deyərkən biz böyük cəmiyyətin qurulması gedişində yaranan, onun inkişafa olan təlabatını ifadə və təmin edən, yüksək mücərrədlik səviyyəsilə xarakterizə olunan, şeylərin predmetliyi üzərində yüksəlməsi bacarığını tələb edən fenomenləri nəzərdə tuturuq. Onlara təfəkkürün məntiqi formaları, hakimiyyət, dövlətçilik, sosial institutlar, hüquq, yeni ünsiyyət formaları, pul, dünya dinləri və s. aiddir. Məsələn, lokal cəmiyyətin adamı emosional-bədii düşünür, əks fikirlər onun yanındadır, ancaq o bu ziddiyətləri hiss etmir. O belə təsəvvür edir ki, şıltaqlıq, tərsliyi ilə yaşayan hər bir varlıq, hər bir şey onun özü kimi başa düşülməz, gözlənilməzdir. Məntiqi baxımdan mühakimənin insan üçün daxili məcburi qüvvəsi var. Əgər fikir varsa adekvatdırsa onun öz immonent həyatı var, şıltaqlığı ilə yox, daxili zərurəti ilə determinasiya edir. Məntiqin işlənib hazırlanması, onun gücünün aydınlaşdırılması ilə müasir sivilizasiya başlayır, bu gün də müəyyən xüsusiyyətlərini səmərəlilik əsasında qurur.
Əgər hakimiyyət haqqında danışsaq onda böyük cəmiyyətin birinci simaları artıq hamı bir yerə toplaşanda və lokal icmanın həyatı üçün vacib olan məsələləri müzakirə edəndə əvvəlki kimi daha idarə edə bilmirdilər. İdarə orqanları – müasir anda primitiv görünsələr də - yaranır, onların əlində hakimiyyət var. Qanun, əmrin müəllifləri çox vaxt görünmür, qanunların və əmrlərin özləri də mücərrəd formada – dövlət tərəfindən verilən və məvburi tənzimləyici gücü olan mətn, kağız, qanun formasında olurdu. Qanun görünmür, hiss olunmur, lakin məcburidir. Emosional baxımdan istənilən əhval-ruhiyyədə olan adam üçün o obyektiv verilən qanundur – hətta böyük fərd, müasir cəmiyyət üçün o lokal icma adamları üçün balta və mənzilin olduğu qədər realdır. Mücərrədliyin bu sırasına pul da aiddir. O mübadiləni, əmtəə dövrüyyəsini inkişaf etdirməyə kömək edən mücərrəd ən ümumi əlaqədir ( dəyər ölçüsü, ödəmə vasitəsidir) – həm də o tarixəqədərki insan üçün anlaşılmazdır. Sonuncu – oxun, kamanın, baltanın, balığın nə olduğunu bilir, lakin pulun mahiyyəti onun üçün qaranlıqdır. Onu başa düşmək üçün o şeylərin predmetliyindən yüksəkdə dayanmalıdır. Müasir pul isə daha da mücərrəd olur, hətta kağız formasını itirir və daha çox virtual – elektron xarakter kəsb edir.
Onlardan malik olduqları funksiyaları, normaları, öhdəlikləri yerinə yetirmək tələb olunur. Özgəninkiləşmə (uzaqlaşma) sözün geniş mənasında – insanın fəaliyyətini və onun məhsullarını müstəqil, onun üzərində təsir göstərən mahiyyətə çevirən obyektiv sosial prosesdir. Bu hadisədə şəxsiyyətin potensialı, varlığın daha yüksək formasını yaradan özünüvermə imkanları yerləşir. Özgəninkiləşmənin neqativ tərəfini kənara qoyaraq qeyd edək ki, o insan fəaliyyətini və onunla bağlı əmək bölgüsünü, əməyin predmetləşməsini, istehsalın son nəticələrinin əldə olunmasını, onun ötürülməsi imkanlarının obyektiv mexanizmlərinin tarixi qanunauyğun prosesi kimi çıxış edir. Özgəninkiləşmənin kökü fəaliyyətin ictimai təşkilindədir, əmək bölgüsü əsasında ayırma fərdin həyati əhəmiyyət kəsb edən funksiyalarını istiqamətləndirməsi gedişində onun məhsullarının istifadə edilməsinin mənimsəməsini nəzərdə tutur. Müəyyən şəraitdə bu ayırma fəaliyyətin nəticələrini insanın nəzarətindən çıxara bilər. Ayrılmanın mümkünlüyü bu vaxt onun üçün xarici zərurətə çevrilir. Bu vaxt cəmiyyət üçün zəruri olan fenomenlər (məntiqi təəkkür, dövlətçilik, pul, hüquq və s.) eyni zamanda dağıdıcı fenomenlər – istismar, insanın manipulyasiya edilməsi, ondan vasitə kimi istifadə olunması, tənhalıq, bürokratik sistem, avtoritar ideologiya və s. yaranır.
Cəmiyyətin əsas ünsürlərinin ayrılmasına məhsuldar yanaşma həyatın əsas sahələrinə, onda baş verən müvafiq mühüm proseslərə - istehsal – iqtisadi, ictimai, siyasi, mənəvi, onun varlığının bütün tərəflərinə - müraciət etməkdir.
Dostları ilə paylaş: |