Həyatın əsas sahəsi sistem kimi cəmiyyətin ünsürləridir və müəyyən keyfiyyət bütövlüyü, öz mövcudluq və inkişaf qanunları olan həyatın digər sahələri ilə qarşılıqlı əlaqədə olan sistemaltı kimi təzahür edir. Başqa sözlə desək, həyatın əsas sahəsi cəmiyyətin ünsürləri, obyektiv mövcud olan digər sahələrlə əlaqədə olan hissələridir.
İqtisadi sahəözündə istehsalı, bölgünü, mübadiləni və maddi nemətlərin istehlakını birləşdirir. Onun əsas ünsürləri məhsuldar qüvvələr – adamlar; əmək aləti və əmək predmeti; maddi – predmet fəaliyyəti; mənəvi – ideoloji əsaslar (məqsəd, niyyət, proqram), eyni zamanda əmək prosesində adamların münasibətidir. Bu sahə həyat – istehsal mexanizmi, iqtisadi məkan kimi çıxış edir, burada təsərrüfat həyatı təşkil olunur, onun sahələri inkişaf etdirilir. Burada cəmiyyətin çoxsaylı subyektlərinin maraqları cəmləşir, qarşılıqlı fəaliyyət nəticəsində - qurulma və ya əməkdaşlıq - cəmiyyətin iqtisadi həyatının dinamikası həyata keçir.