İqtisadi sahəözündə istehsalı, bölgünü, mübadiləni və maddi nemətlərin istehlakını birləşdirir. Onun əsas ünsürləri məhsuldar qüvvələr – adamlar; əmək aləti və əmək predmeti; maddi – predmet fəaliyyəti; mənəvi – ideoloji əsaslar (məqsəd, niyyət, proqram), eyni zamanda əmək prosesində adamların münasibətidir. Bu sahə həyat – istehsal mexanizmi, iqtisadi məkan kimi çıxış edir, burada təsərrüfat həyatı təşkil olunur, onun sahələri inkişaf etdirilir. Burada cəmiyyətin çoxsaylı subyektlərinin maraqları cəmləşir, qarşılıqlı fəaliyyət nəticəsində - qurulma və ya əməkdaşlıq - cəmiyyətin iqtisadi həyatının dinamikası həyata keçir.