M ü n d ə r I c a t


  Təbiəti mühafizə işlərinin əsas istiqamətləri



Yüklə 11,3 Mb.
Pdf görüntüsü
səhifə413/437
tarix30.12.2021
ölçüsü11,3 Mb.
#22247
növüDərs
1   ...   409   410   411   412   413   414   415   416   ...   437
5.7.3.  Təbiəti mühafizə işlərinin əsas istiqamətləri 

Bütün  təbii  komplekslər  mühafizə  olunur,  təbiətin  ayrı-ayrı  element-

ləri  deyil4  mühafizə  üsulları  qarşılıqlı  əlaqəli  olmalıdır.  Təbiəti  mühafizə 

tədbirləri:  elmi,  texniki və  texnoloji,təşkilatı.  Hüquqi,  təbliğatçı,  maariflən-

dirici  olmalıdır.  Təbii  mühitə  kənd  təsərrüfatı  istehsalının  mənfi  təsiri  im-

kanlarını  obyektiv  qiymətləndirmək  üçün  sahə  ixtisaslaşmaların  təsiri    im-

kanlarından asılılığını disperensasiya etmək lazımdır. 

Əkinçiliyin  geniş  inkişafı  hər  şeydən  əvvəl  təbii  bitkiçiliyin  məhvi, 

maddələrin  bioloji  dövranının  dəyişməsi  və  xeyli  ərazidə  su  rejimi  ilə 

bağlıdır. Əkinçiliyin ətraf mühitə təsiri aşağıda göstərilir: 

- böyük sahələrdə təbii bitkiliyi onun tarla və ya plantasiya bitkilərinin 

az sayda olan növlərilə əvəz etmək; 

-  təbii biogeosenozların aqrosenozlara çevrilməsi, 

-  əlverişli  torpaqların  və  azməhsuldar  təbii  ekosistemlərin  meliorasi-

yasının  köməyilə  yüksək  məhsuldar  əkinçilik  təsərrüfatlarına  çevrilməsi 

(lakin əks hadisələr də istisna deyil); 

-  heyvanların təbii yaşayış yerlərinin məhv edilməsi

- torpaq örtüyündən rasional istifadə etməklə onun deqradasiyaya uğ-

raması, su və külək eroziyası, torpağın bataqlaşması, torpağın yorulması, şo-

ranlaşması və torpağın şorakətləşməsi, torpağın gübrə və pestisidlərin artıq 

dozasından çirklənməsi; 

-  geniş ərazilərin radiasiya və su balansının dəyişməsi, hansı ki, iqlim 

dəyişməsinə aparır; 

-    ərazinin  hidroloji  rejiminin  dəyişməsi  (səthi  axınların  güclənməsi, 

qrunt  sularının  azalması  və  onların  səviyyəsinin  düşməsi,  suvarma  zamanı 

qrunt  sularının səviyyəsinin  yüksəlməsi,  çay mənsəblərində sedimentasiya-

ların güclənməsi, bu da mineral çöküntülərin yığılmasına gətirib çıxarır). 

-  səth  və  qrunt  sularının  gübrələrlə,  pestisidlərlə  suda  həll  olan  duz-

larla, istehsal tullantıları ilə çirklənməsi

- atmosferin çirklənməsi (aviasiyanın köməyilə pestisidlər və gübrələr 

verildikdə torpaqdan gübrələrin  N birləşmələrinin ayrılması) 

 - atılan torpaqların formalaşması, səhralaşma prosesinin inkişafı; 

Təbii mühitə heyvandarlığın təsir istiqamətləri: 

-  geniş  məkanlarda  təbii  bitkiliyin  məhvi  və  otlaqların  çoxyüklənmə-

dən səhralaşması; 

-  otlaqlarda təbii bitkiliyin deqradasiyası; 

- bitkiliyin qırılması və torpaq örtüyünün quyu kənarlarında, örüş yol-

larında eroziyaya uğraması; 

 - kəsmə və emal müəssisələrinin yaxınlığında heyvandarlıq tullantıla-

rı ilə səth sularının çirklənməsi, təbii  sutarlarda və çaylarda heyvanların su- 



495 

 

varılmasından səth sularının çirklənməsi. 



Kənd  təsərrüfat  istehsalı  sferasında  təbii  ehtiyatlar  potensialından  və 

təbii ətraf mühitin mühafizəsinin rasional istifadəsinin və məqsədyönlü isti-

qamətləri məqsədli proqramlarda, kompleks sxemlərdə  və ekoloji   pasport-

larda  təqdim  oluna  bilər.  Materialın  verilmə  forması  əsas  deyil.  Onların 

tərkibi, verilən təklifin praktiki reallaşma imkanlarının əsaslandırılması. 

Professor   İ.P.Laptevin fikirincə, kənd təsərrüfatında təbiəti mühafizə 

haqda  lazımi  işləri  konseptual  qanunlar  nəticəsində  aşağıdakı  alqoritmlər 

üzrə aparmaq arzu olunandır: 

1.Təsərrüfatın təbii-iqtisadi xüsusiyyətləri. 

1.1. İqtisadi xarakteristika və inkişafın perspektivləri. 

1.2. Əhali (sayı, yerləşməsi).  

1.3. Kənd təsərrüfat yerləri və digər torpaqlar (sahələr, onların nisbəti 

və istifadəsi, torpağa antropogen təsiri, eroziya proseslərinin inkişafı).    

1.4.  Meşələr  (xarakteristika,  təbii  istehsal,  birbaşa  və  dolayı  istifadə, 

antropogen təsirlər). 

1.5.  Sututarlar  (ümumi  xarakteristika,  birbaşa  və  dolayı  istifadənin 

xarakteri və həcmi,  sututarlara və suya antropogen təsirlər).  

1.6.  Balıq  ehtiyatları  (ixtiofaunanın  təkibi,  növləri,  balıq  təsərrüfatı 

xarakteristikası, üsulları və həcmi, istifadəsi, antropogen təsirlər). 

1.7.  Faydalı  qazıntılar  (xarakteristika,  ehtiyatların  ölçüsü  və  onların 

istifadəsi, antropogen təsirlər). 

1.8.  Yerüstü  heyvanlar  (tərkibi,  növlərin  ovçuluq  təsərrüfatı  xarakte-

ristikası, onların istifadəsi, antropogen təsirlər). 

1.9.  Reallaşan  tədbirlərin  ümumi  xarakteristikası,  rasional  istifadə 

üzrə, mühafizə, istehsal və təbii kompleksin yaxşılaşdırılması. 

2.  Təbii  kompleksin  antropogen  dəyişmələrinin  proqnozu  və  təsər-

rüfatın inkişafına onların təsiri. 

2.1. Təsərrüfatın ərazisinə təsir etməklə yaranan dəyişikliklər. 

2.2.  Qonşu ərazilərin təsirindən yaranan dəyişikliklər. 

2.3. Antropogen dəyişkənliyin iqtisadi qiymətləndirilməsi, təsərrüfatın 

inkişafının sürət və istiqamətinə onların təsiri. 

2.4.  Əhalinin  yaşama  şəraitinə  və  sağlamlığına  antropogen  dəyişkən-

liyin təsirinin qiymətləndirilməsi. 

2.5.  Rasional  istifadənin  baş  istiqamətləri,  mühafizəsi,  təbiətin  təbii 

kompleksinin dözümlüyünü və inkişafını sürətləndirmək məqsədilə istehsalı 

və yaxşılaşdırılması. 

3.Təsərrüfatın  ərazisində  təbiəti  mühafizənin  kompleks  tədbirlər 

sistemi. 

3.1. Atmosferi qorumaq üçün yol kənarlarında, yaşayış məntəqələrin- 



496 

 

də  yaşıl  əkinlərin  yaradılması  və  mühafizəsi;  təmizləyici  qurğuların  qura-



şdırılması;  texnoloji  proseslərin  təkminləşməsi;  yaşayış  məntəqələri  yaxın-

lığında  yol  şəbəkəsinin  rasionallaşdırılması;  avtonəqliyyatın  hərəkətinin 

idarə  olunması. 

3.2. Sututarları qoruyucu meşə tinglərinin basdırılması və mühafizəsi; 

təmizləyici  qurğuların  qurulması;  istehsalatda  dövri  su  təchizatının  tətbiqi 

və texnologiyaların təkminləşməsi; gübrələrin və pestisidlərin yuyularaq su-

tutarlara axmasının qarşısının alınması; su nəqliyyatı hərəkətinin reqlamen-

tasiyası  və  onların  sututarları  çirkləndirməsinin  qarşısının  alınması;  hey-

vanları suvarmaq və rekreasiya məqsədilə göllərin yaradılması. 

3.3.  Faydalı  qazıntılar:  geniş  yayılmış  faydalı  qazıntıların  çıxarılma 

yerlərinin  rekultivasiyası;  faydalı  qazıntı  çıxaran  müəssisələrin  təbiəti  mü-

hafizə tədbirlərinin həyata keçirilməsinə nəzarət. 

3.4.  Torpaqlar:  tikinti,  yollar  və  digər  məqsədlər  üçün  torpaqdan  qə-

naətlə istifadə üsulları, tikinti işlərinin gedişində torpaqların dağıdılmasının 

və  məhv  olmasının  qarşısını  almaq;  torpağın  aqroximikatlar,  tullantı  suları 

ilə çirklənməsinin qarşısını alma tədbirləri; torpaq eroziyasının qarşısını al-

mağın kompleks tədbirləri və onun nəticələrinin yox edilməsi, tarla-qoruyu-

cu hissə zolaqlarının salınması, torpağın melorasiyası, torpağın strukturunun 

yaxşılaşdırılması  tədbirləri  və  onun  bərkiməsinin  qarşısının  alınması  (hey-

vanları otarmaqla, nəqliyyat, istirahət edənlər tərəfindən). 

3.5.  Çəmən  və  otlaqlar:  rasional  yerlərin  ayrılması,  onların  məhsul-

darlığının  artırılma  üsulları;  otlaqların  həddən  çox  otarılmasının  qarşısını 

almaq  (ləklərlə  otarmanın  təşkil  edilməsi),  xüsusən  də  meşə  və  enişlərdə; 

insan  və  heyvanlarda  xəstəlik  yaradanlara  və  aqroximikatlarla  çirklənməyə 

qarşı mübarizə. 

3.6.  Meşələr:  optimal  meşəliyin  yaradılması  və  meşə  -  kolluqların  

daha məqsədyönlü yerləşdirilməsi, düzgün meşə təsərrüfatının aparılması və 

rasional meşə istiqamətinin  təşkili,  yanğına qarşı tədbirlər, meşələrin meşə 

zərərvericilərindən  qorunması  və  hədsiz  rekreasiya  yükündən  azad  olun-

ması, aqroximikatların ziyanından qorumaq; yabanı bitkilərdən rasional isti-

fadənin  və mühafizənin  tədbirlər sistemi; meşələrin salınması və  tarlaqoru-

yucu, su mühafizə edən meşə zolaqlarının yaradılması. 

3.7.  Bataqlıqlar:  bataqlıqdan  rasional  (birbaşa  və  dolayı)  istifadənin 

yolları;  bataqlığı  mühafizə  tədbirləri-su  akkumilyatorları  və  axını  idarə 

edənləri, ərazinin bataqlaşmasının aradan qaldırılma üsulları, bataqlığın qu-

rudulma üçün ayrılması (seçilməsi). 

3.8. Həşaratlar: kənd təsərrüfat və yabanı bitkilərin əsas tozlandırıcıla-

rının  yaşayış  yerlərinin  mühafizə  tədbirləri,  sarı  meşə  qarışqalarının  mü-

hafizəsi. 



497 

 

3.9.  Balıqlar:  nepreta  yerlərinin  zərərli  antropogen  təsirlərdən  müha-



fizə  etmək;  mühüm  balıq  təsərrüfatı  sututarlarının  çirklənməsinə  qarşı  mü-

barizə;  körpə  balıqların  qorunması;  fərdi  balıq  ovunun  idarə  olunması  və 

brokonyorluğa qarşı mübarizə, balıqların donmasının qarşısının alınması, tə-

bii  sututarlara  və  göllərə  balıqların  gətirilməsi,  qiymətli  balıqların  çoxal-

dılması. 

3.10.  Quşlar:  həşəratyeyən  quşların  yuvasalma  yerlərinin  qorunması; 

yaşayış məntəqələrində, meşə zolaqlarında və yaşıllıqlarda kolların basdırıl-

ması və s. 

3.11. Vəhşi  heyvanlar:  sənaye  əhəmiyyətli  heyvanların  yaşayış  yerlə-

rinin qorunması, ovçuluq qanunlarının yerinə yetirilməsi; təsərrüfatların an-

datra və digər qiymətli heyvanlarla zənginləşdirilməsi; heyvanların çoxalma, 

qış yemləmə dövrlərində qorunması; heyvanların kənd təsərrüfatı yerlərində 

öldürülməsinin qarşısının alınması. 

3.12.  Təbii  heykəllər:  onların  üzə  çıxarılmasının  təşkili  və  uçotu, 

qorunmaya ötürülməsi. 

3.13.  Rasional  istifadəyə,  mühafizə  və  istehsala  görə  işlərin  təşkili, 

təbii ehtiyatların yaxşılaşdırılmasına görə tədbirləri həyata keçirmək, qarışıq 

ərazilərdə  təsərrüfatın  təbiətə  mənfi  təsirinin  qarşısını  almaq  üçün  yuxarı 

təşkilatlara təkliflərin verilməsi. 

Təbiəti mühafizə tədbirləri sistemini hazırlamaq üçün aşağıda göstəri-

lənlər  başlanğıc  materiallardır:  ölkənin  uyğun  qanunları;  əmrlər,  sərəncam-

lar,  instruksiyalar,  atmosferin,  su  və  torpaq  ehtiyatlarının  qorunması  haqda 

müxtəlif normativ sənədlər. 

Müxtəlif mürəkkəb ekoloji tapşırıqların həllinə imkan verən çox saylı 

informasiyalar  toplanmışdır.  Bu  da  mövcud  ekoloji    situasiyanı  və  onun 

inkişaf meylini düzgün qiymətləndirmək üçün əsasdır. Bu məlumatları aqrar 

sektorun rəhbərləri və mütəxəsisləri istifadə etməlidirlər. 

 


Yüklə 11,3 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   437




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin