500
H
η
= h . t
d
. . c . р
c
(6.1)
Burada, h – dondurma şumundan və ya kipləşdirilmiş əkinlərdən ərin-
ti sularının orta çoxillik axını, mm-lə; t
d
– torpaq tipinə (yarımtipinə) düzəliş
(cədvəl 6.2); θ - axına təsir edən eroziyaya uğramış torpaqların dərəcəsini
xarakterizə edən əmsal: θ=1 – orta yuyulmuş; θ=1,1 – güclü yuyulmuş; c –
axına təsir edən yamacın ekspozisiyasının uçot əmsalı: c=1,25 –şimali;
c=0,75 –cənubi; c=1,12 simal-qərbi və şimal-qərbi; c= 0,88 –cənub-şərqi və
cənub-qərbi; c=1 qərbi və şərqi; p
c
– təminat əyrisinin ordi-natları (cədvəl
6.1).
Su axınlarının təmin olunması (və ya torpağın yuyulması) dedikdə,
müəyyən dövr ərzində onların təkrarlanması başa düşülür.
Bu gün ən mürəkkəb problemlərdən biri torpaq sürüşmələridir ki, bu
da Respublikamızın müəyyən hissəsi üçün daha aktiv xarakter daşıyır. Bu
hissəyə Bakı, Mingəçevir şəhərləri, Şamaxı, Göyçay, İsmayıllı, Ağsu, Xızı,
Şəki, Qəbələ və digər rayonlar daxil edilir.
Torpaq sürüşmələri əsasən ilin müəyyən fəsillərində özünü daha çox
biruzə verir. Azərbaycanda təbii halda torpaq sürüşmələri, onun hərəkətə
gətirilməsi əsasən yaz və payız mövsümlərində, qar və buz ərintisi, yağıntı-
nın artması və bu dövrdə buxarlanmanın xeyli az olması, suxur təbəqələrinin
su ilə doymasından baş verir. Eyni zamanda müxtəlif hadisələrin baş ver-
məsi, dəniz və çayda su səviyyəsinin kəskin dəyişməsi, artması sürüşməni
hərəkətə gətirir.
Sürüşmə prosesi gedən ərazilərdə sürüşmənin təhlükəli nəticələrini
aradan qaldırmaq üçün təxirə salınmaz tədbirlər görülməlidir. Bu tədbirlər-
dən karst qıflarının doldurulması, səth sularının sürüşmə zonasından uzaq-
laşdırılması, sahilbərkitmə işlərinin görülməsi, svayların, dayaq divarların,
drenaj sistemlərinin tikilməsini göstərmək olar.
Sürüşmə prosesi gedən ərazilərdə aşağıda göstərilən hallar yol veril-
məzdir. Belə ki, həmin ərazilərdə qazıntı aparılmamalı, yamaclar kəsil-
məməli, həmin ərazilərin yaxınlığında ağır yük daşıyan maşınların hərəkəti
məhdudlaşdırılmalı, kanalizasiya və ya su aparıcı sistemlərin tikintisinə yol
verilməməli, meşə zolağı inkişaf etdirlməlidir.
Quru iqlim şəraitində yerləşən sürüşmə ərazilərində az su tələb edən
ağacların əkilməsi lazımdır. Ağacların növlərinin təyini bilavasitə sürüşmə
prosesi gedən əraziyə görə müəyyən edilə bilər. Həmin ağacların kökləri
çox dərinliyə getməklə yamacların bərkidilməsində mühüm rol oynayırlar.
Sürüşməni qabaqcadan proqnozlaşdırmaq və ona qarşı mühəndis tədbirlər
görmək üçün ən əsası sürüşməni yaradan səbəbləri araşdırmaq və müəyyən
etmək lazımdır. (Zərbəliyev M.S., Məmmədov R.M., 2005).
501
―Ətraf Mühitin Mühafizəsi haqqında‖ Azərbaycan Respublikasının
Qanunu, 8 iyun 1999-cu il və ―Azərbaycanda Ətraf Mühitə Təsirin Qiymət-
ləndirilməsi (ƏMTQ) prosesi‖ haqqında 1996, 27 aprel tarixli Əsasnaməyə
əsasən Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyevin ―Ətraf mühitə təsi-
rin qiymətləndirilməsi‖nə dair qanun qəbul edilməsi haqda sərəncamı (Bakı-
2013cü il) bu ekoloji problemlərin həlli ilə bağlı olan hər bir tədqiqatçının
metodik göstərişi olmalıdır.
Buna görə də İsmayıllı rayonunda baş verən torpaq sürüşmələrinin
aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi, aqroekosistemlərdə
irriqasiya eroziyası nəticəsində baş verən biogen maddələrin yuyulub aparıl-
ması, məhsuldarlığın və məhsul keyfiyyətinin azalmasına səbəb olan bir sıra
problemlər torpaq sürüşmələrinə qarşı mühəndis-bioloji sistemlərin yara-
dılması, bu sistemdə tətbiq olunacaq bitki və ot növlərini eko-bioloji xüsu-
siyyətlərini öyrənməyi prioritet problem kimi qarşıya qoyur. Mühəndis -
bioloji sistemlərin yaradılmasında vacib elementlərdən biri çoxillik taxıl
otlarının (psammofitlərin) tətbiq olunmasıdır (Qasımova İ.T., 2012).
İsmayıllı rayonunun ekoloji-iqlim şəraitinin introduksiya olunmuş
Festulolium bitkilərinin becərilməsinə təsirini öyrənmək, onların kollanma
dərəcəsini, yaşıl və quru kütlə məhsuldarlığını, toxum məhsuldarlığını öy-
rənmək günün vacib vəzifələrini təyin edir.
Dostları ilə paylaş: