təsərrüfatı bitkilərinin ehtiyat qoruyucu texnologiyalarının tətbiq olunması
m-dən yaxın olmamaqla).
olunduğu kimi, qar örtüyünə və donmuş torpaqlara gübrə verilməsi istisna
vandarlıq fermalarının və komplekslərinin, peyin tərkibli çirkab sulardan
istifadə olunan suvarma sisteminin, peyinin basdırılması və toplanması, zi-
512
billik və tullantıların, aviasiya-kimyəvi işlərin aparılması üçün uçuş-eniş
xətlərinin yerləşirilməsi;
● yeni tikintilərin aparılması və köhnə müəssisələrin genişləndiril-
məsi;
● dayanacaq, benzindoldurma, maşın yuma və avtonəqliyyat park-
larında təmir.
Sahil xətlərində əlavə olaraq torpaqların şumlanması, otarılma və hey-
vanlar üçün yaylaqların yaradılması, kimyəvi-zəhərli maddələr və gübrələrin
tətbiqi, istirahət bazalarının tikilməsi və palatka şəhərciklərinin salınması və
s. qadağan olunur.
Su mühafizə zonalarında biogenlərin nöqtəvi mənbələri olduqda (hey-
vandarlıq kompleksləri və s.) biogen elementlərin hidroqrafik şəbəkələrlə
daşınması və onların su obyektlərinə daxil olmasının qarşısını almaq üçün
əlavə tədbirlər həyata keçirirlər.
Respublika Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə ―Ekoloji
təmiz kənd təsərrüfatı haqqında‖ Azərbaycan Respublikası Qanununun tət-
biq edilməsi barədə verdiyi fərman ölkəmizin təbii və mədəni yem sahələ-
rinin məhsuldarlığının və yem keyfiyyətinin artırılması məqsədilə, müxtəlif
ekoloji-iqlim şəraitinə asanlıqla adaptasiya edərək, ekoloji sabit məhsuldar-
lığını və yem keyfiyyətini saxlayan yem bitkiləri sortlarının yaradılmasını
qarşıya əsas məqsəd qoydu.
Bu məqsədlə uzun illərdir ki, RF-nin V.R.Vilyams adına Ümum Ru-
siya Yemçilik institutunun əməkdaşı V.A.Katkov tərəfindən uzaq çarpaz-
laşma yolu ilə Festuca və Lolium cinslərindən yaradılmış Festulolium hibrid
bitkiləri müxtəlif ekoloi-iqlim şəraitlərində quru və yaşıl kütlə, toxum məh-
suldarlığı, yem keyfiyyəti, qışa davamlılıq, tezyetişkınlik kimi bioloji-təsər-
rüfat əhəmiyyətli əlamətlərinə görə tədqiq edilmişdir (Qasımova İ.T., 2012).
Tədqiqatın məqsədi uzaq çarpazlaşmış Festulolium hibridlərindən
ekoloji sabit məhsuldarlığa və yem keyfiyyətinə malik olan sortların alın-
ması və Azərbaycan Respublikasında mədəni otlaq - biçənəklərin yaradıl-
ması və təbii otlaq - biçənəklərın yaxşılaşdırılması üçün yeni sortların ra-
yonlaşdırılmasından, eyni zamanda EMBS-in yaradılmasında əsas kompo-
nentlərdən biri kimi olunmasından ibarətdir.
Həmin bitkilər tərəfimizdən 2013 - cü ilin sentyabr ayında Ismayillı
rayonu ərazisində 80 m
2
sahədə dağ-çəmən torpaqlarında, 35 sm cərgəarası,
2 sm dərinlikdə, 4 təkrarda 4 Festulolium bitkiləri: Sinta, Aelita, Debüt,
İzyumdur sortları yerli taxıl otları ilə müqayisəli əkilmişdir. Əkin 11sen-
tyabrda aparılmış, 19 sentyabrda yüksək cücərmə enerjili çıxış alınmışdır.
Hər 10 gündən bir bitkilərin boyunun ölçülməsi göstərdi ki, yerli ekoloji -
iqlim şəraitində onlar intensiv boy atır və mühitə asanlıqla adaptasiya edir.