Maliyyələşmə Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir: Macarıstan tərəfindən: - ödənişsiz təhsil; - universitet yataqxanasında yaşayış; - tibbi sığorta; - aylıq təqaüd. Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir: - Bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700 Macarıstan forinti - Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti. Diqqət! Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Müraciət forması və tarixlər 1. Təqaüd proqramına müraciət üçün son tarix: 15.01.2023/23:59 (GMT+4, Bakı vaxtı ilə); 2. Təqaüd proqramına müraciət edəcək iddiaçılar hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər: İlk öncə, Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: https://apply.stipendiumhungaricum.hu/ Növbəti addım olaraq isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir (15.01.2023/23:59-dək (GMT+4, Bakı vaxtı ilə)): https://app.htp.edu.az/ 3. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar; 4. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt/şəxsi kabinet vasitəsilə bildiriləcəkdir; 5. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən