Qaydalari ümumi müddəalar



Yüklə 292,48 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix23.03.2023
ölçüsü292,48 Kb.
#89382
növüQaydalar
  1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili




Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi 
ilə tədrisin təşkili
 
QAYDALARI
 
 
1. Ümumi müddəalar 
1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə 
tədrisin təşkili qaydaları (bundan sonra “Qaydalar”) “Təhsil haqqında” Azərbaycan 
Respublikasının Qanunu, ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq 
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli 156 
nömrəli Fərmanının 1.3 bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı 
və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin 
məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”na və Avropa Kredit Transfer 
Sisteminə uyğun hazırlanmışdır. 
1.2 Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı 
olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil 
müəssisələrinə şamil olunur. 
1.3 Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə 
səciyyələndirilir: 
- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı; 
- ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə 
kreditlərin miqdarını, təhsilverənləri və tyutorların seçilməsi; 
- təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması; 
- tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
- biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi
- hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşması; 
- hər bir fənn üzrə ayrıca jurnalın tərtibi; 
- tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması; 
- təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı; 
- fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılması. 
1.4 Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və
tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait 
yaratmalıdır. 
1.5 Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumları (tədris 
hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq) tərəfindən tənzimlənir. 
1.6 Bu qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma formalarına şamil edilir. 

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin