6
3.4. Yay semestrinin təşkili
3.4.1 Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
- akademik borcların ləğv edilməsi;
- fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil
müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin kreditlərinin qazanılması;
- müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
- ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə
digər ali təhsil müəssisəsi
tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
3.4.2 Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma
müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir.
Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1
(bir) həftədən artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil olunur.
3.4.3 Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır.
3.4.4 Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2
həftə qalana qədər
başa çatdırılır.
3.4.5 Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti
semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
3.4.6 Tələbə yay semestrində iştirakından asılı olmayaraq payız
semestri üçün öz fərdi
tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1
bəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər apara bilər.
3.4.7 Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədilə tələbəyə yenidən
imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək
üçün yay semestrində həmin
fənni yenidən götürüb dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda
onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8 Bu Qaydaların 4.3 bəndinin tələblərinə uyğun olaraq imtahana buraxılmayan tələbə
üzrlü səbəbdən semestrdə fənn(lər) üzrə müəyyən olunmuş dərslərin 50%-dən çoxunda iştirak
etdiyi halda o, həmin fənn(lər)i yay semestrində təkrar götürmək hüququna malikdir.
3.4.9 Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi əsasında ödənişli
əsaslarla həyata keçirilir.
3.4.10 Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.5
bəndinin tələblərinə uyğun olaraq müəyyən olunur.
3.4.11 Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını
ali təhsil müəssisəsi əldə
etdiyi maliyyə imkanını nəzərə alaraq müəyyənləşdirir.
3.4.12 Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin
fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir.
Bundan əlavə müəllimlərə
fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği
ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.13 Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12
bəndində
göstərilənlər istisna olmaqla rektorun əmri ilə buraya cəlb olunan digər əməkdaşların əmək
haqları ödənilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.14 Özəl ali təhsil müəssisələri yay semestri təşkilatçıları və müəlliminin ödəniş
məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.
Dostları ilə paylaş: