Qaydalari ümumi müddəalar



Yüklə 292,48 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix23.03.2023
ölçüsü292,48 Kb.
#89382
növüQaydalar
1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

2.11 Prerekvizit fənlər – öncə tədrisi zəruri olan fənlər. 
2.12 Transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və 
qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir. 
2.13 Fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada 
fənləri seçmə prosedurudur. 
2.14 Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını 
mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, 
özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək 
məqsədilə tətbiq edilir. 
2.15 Akademik təqvim – ali təhsil müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş 
tədbirləri özündə əks etdirən sənəddir.
2.16 Müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər 
üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir.
2.17 Akademik borcu olan tələbə - fərdi tədris planın qeyd olunan fənlərdən ən azı 
birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. 
 
3. Tədris prosesi 
3.1 Tədris-metodiki təminat 
3.1.1 Ali təhsil müəssisələrində tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı 
əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə tədrisin təşkili və təhsil 
prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il 75 nömrəli qərarı ilə 



təsdiq olunan “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, 24 iyun 2010-cu il 117 
nömrəli qərarı ilə təsdiq olunan “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, 12 may 
2010-cu il 88 nömrəli qərarı ilə təsdiq olunan “Magistratura təhsilinin məzmunu, təşkili və 
“magistr” dərəcələrinin verilməsi qaydaları”nın tələblərinə əsasən həyata keçirilir. 
3.1.2 Kredit sistemində aşağıdakı tədris sənədlərindən istifadə olunur: 
- ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1) 
- ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2) 
- ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı (forma 3); 
- tələbənin fərdi tədris planı (forma 4); 
-
müəllimin illik işçi tədris planı (forma 5).

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin