5
edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin
qruplar üzrə siyahısı ərizələrinin qeyd olunma ardıcıllığına görə müəyyənləşdirilir.
3.2.15 Ali təhsil müəssisələrində fənn və müəllimlərin seçiminə geniş imkan yaratmaq
məqsədilə dərs cədvəli fənlər üzrə (müəllim göstərilməklə) tərtib olunur (Forma 6).
3.2.16 Ali təhsil müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar)
üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planlarının
əsasında hazırlanaraq mövcud qaydada tərtib və təsdiq edilir.
3.2.17 Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri
başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır.
Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn(lər) üzrə akademik borcu qalmış
hesab olunur və o, həmin fənn(lər) üçün müəyyən olunmuş kreditləri bu Qaydaların 3.2.11
bəndinin ikinci abzasının tələblərinə uyğun olaraq qazana bilər.
3.2.18 Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin
rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirə, seminar,
praktik məşğələlər ayrılan akademik saatlara müvafiq müəyyənləşdirilir. Bu zaman əyani
təhsilalma forması üzrə bir qayda olaraq bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir)
saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı
40%-i dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə
sərbəst işi onun tədris-metodiki işi hesab edilir.
Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin
həlli, ev tapşırıqları, kurs işləri (layihələri), yoxlama işlərinin yerinə yetirilməsi, hesabatların
tərtib edilməsindən ibarət olub xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə
daxil edilmir.
Dostları ilə paylaş: