Tel & WP : 070 611 33 00 105
sıxılarsa, ekranda qeydlər aparmaq üçün qələm aktiv olacaqdır. Nümayişi dayandırmaq üçün Esc düyməsindən istifadə olunur
və ya konteks menyudan End Show əmrini icra etmək lazımdır.
3) Present Online- Veb vasitəsilə təqdimatı uzaqda yerləşən kompüterlərdə yayımlayır.
4) Custom Slide Show - bu düymə ilə açılan pəncərədən istənilən slaydları seçmək, ardıcıllığı müəyyən etmək və beləcə
fərdiləşmiş
nümayişlər
hazırlayıb onlara ad vermək
olar. Düyməyə klik etdikdə
Custom Show.. adlı
yazı
görünür. Həmin əmrin üzərinə
klik edib açılan pəncərədən
New əmrini seçirik. Seçdikdən
sonra şəkildə olan pəncərə
açılır.
Sol tərəfdə bütün slaydlar, sağ
tərəfdə isə sizin nümayiş üçün
seçdiyiniz slaydlar olacaqdır.
• Set Up – bu qrupun əmrləri nümayişi sazlamaq işinə baxır.
1) Set Up Slide Show - bu düymə ilə açılan pəncərədən təqdimatın göstərilmə tipini,
müəyyən intervalda olan slaydları nümayişini, əgər slayd üzərində səs yazılıbsa, həmin
səsin müvəqqəti ləğvini, slaydlararası keçidin əl ilə və ya avtomatik nizamlanmasını,
Esc düyməsi basılana qədər slaydın nümayişini, təqdimata daxil edilmiş animasiyaların
müvəqqəti ləğvini, qələmin rəngini dəyişmək və s. sazlama əməliyyatlarını aparmaq
mümkündür.
2) Hide Slide bu əmr cari slaydı təqdimat zamanı görünməz edir. Redaktə pəncərəsində isə
şəkildə gördüyünüz
kimi slaydın nömrəsinin üzərindən xətt çəkilir. Bu isə həm Normal həm də Slide Sorter görünüş rejimində mümkün olur.
3) Rehearse Timmingdüyməsi slaydlara vaxt qoymaq üçündür. Bu düyməni klikləyən zaman nümayiş başlayır və ekranda
nümayişin üzərində kiçik bir pəncərə çıxır. Bu pəncərədə növbəti slayda keçid düyməsi,
pausa düyməsi, cari slayd üçün vaxtı göstərən pəncərə, cari slayd üçün vaxtı yenidən
başladan düymə, bütün slaydlar üçün cəmi vaxtı göstərən pəncərə yerləşir. Hər slayd
ekranda nə qədər qalırsa nümayiş zamanı da ekranda o qədər qalır.
4) Record Slide Show slayda səsin və video görüntünün yazılması üçündür.
Play Narrations – qeydə alınmış səs yazısını nümayiş zamanı fonda ifa olunmasını təmin edir.
Use Timings – slaydlararası avtomatik keçid üçün Reharse Timings əmri ilə daxil edilmiş vaxt
qrafikindən istifadəni təmin edir.
Show Media Controls – slaydların nümayişi zamanı video və audio obyektler üçün idarəetmə panelinin göstərilməsini təmin
edir.