5) Reading view(Oxu Görünüşü) - Slide Show rejiminə oxşasa da, bu zaman başlıq sətri və status bar ekranda görünür.
Həmçinin Status barın üzərində slaydları vərəqləmək üçün ox işarələri olur. Bu rejimdə slaydları çapa vermək olur. Normal
Rejimə qayıtmaq üçün isə Esc düyməsindən və ya pəncərənin yuxarı sağ küncündə olan x düyməsindən istifadə olunur.
• Master Views(Usta Görünüş Rejimləri) qrupu haqda danışaq. Slide Master(Slayd Ustası) - Bu Əmr Şablon slaydların
düzənini dəyişmək üçün istifadə olunur. Handout Master(Paylama Materialı Ustası) - Bu əmr çap ediləcək paylama
materialının dizaynını dəyişir. Notes Master(Qeydlər Ustası) -Bu əmr qeydlər şablonunun dizayn və tərtibatını dəyişir.
•Show(Görünüş) qrupunun bizə tanış olmayan yeganə əmri Guides(təlimatlar) əmridir. Bu əmri seçdikdə obyektləri slayda
nizamla yerləşdirmək üçün üfüqi və şaquli olmaqla iki xətt görünür. Mausun sol düyməsinin köməyi ilə bu xətlərin yerini
dəyişmək mümkündür.
•Zoom(Miqyas) qrupu. Power Point-də minimal miqyas 10% Maksimal Miqyas isə 400%-dir. Buradakı Fit to Windows əmri isə slaydı pəncərə ölçüsündə açır.
•Color/Grayscale - Color əmri seçildikdə bütün rənglər olduğu kimi qalır, Greyscale əmri seçildikdə bütün rənglər boz rəng
çalarlarına çevrilir, Black and White əmri seçildikdə bütün rənglər ağ-qara rəng çalarlarına çevrilir. Digər qruplardakı bütün
əmrlər bizə tanışdır.
Help (Kömək) Tabı Pover Pointlə bağlı hər hansı köməyə ehtiyacınız olduqda bu taba müraciət edə bilərsiniz. Help – kömək məqalələrini
oxuyaraq sizə lazım olan informasiyanı əldə edə bilərsiniz. Contact Support – dəstək komandası ilə əlaqəyə keçib onlardan
kömək istəyə bilərsiniz. Feedback – öz təkliflərinizi irəli sürə bilərsiniz. Show Training – Onlayn dərslərdən faydlana
bilərsiniz.