• Timing(Vaxt)-qrupunun əmrləri ilə tanış olaq.
1- Start əmri animasiyanın başlama formasını təyin edir. 3 forması var.
On Klick(kliklədikdə), With Previous(əvvəlki effektlə birlikdə), After Previous(əvvəlki effekt bitdikdən sonra). 2 – Delay əmri slayda verilmiş animasiya effektinin gecikmə müddətini bildirir.
3 – Duration animasiya effektinin baş vermə sürətini təyin edir. Duration formaları
bunlardır: Very Slow, Slow, Medium, Fast, Very Fast. Delayəmri isə animasiya
effektinin ləngimə vaxtını təyin edir.
4 – Repeat sahəsindən isə obyektə verilmiş animasiya obyektinin təkrarlanma sayını
müəyyən edir.
Reoder Animation hissəsində obyektlərə verilmiş animasiyanın ardıcıllığını dəyişmək olar. Bunun üçün Move Earlier (əvvələ köçür), Move Later (sonraya köçür) əmrlərindən istifadə edirik.
Slayda Transitions və ya Animations tətbiq olunduğu zaman slaydın nömrəsinin yanında
ulduz işarəsi olur
Təqdimatın görünüş rejimləri. Slaydların nümayişi. (Slide Show Tabı) Slide Show - tabı Start Slide Show (Slayd nümayişinə Başla), Set Up(Sazlama), Monitors(Monitorlar) tab
qruplarından ibarətdir.
• Start Slide Show- qrupunu əmrləri ilə daha yaxından tanış olaq.
1) From Beginning - cari slayddan asılı olmayaraq təqdimatı birinci slaydından nümayiş etdirməyə başlayır. (Qısayolu F5).
2) From Current Slide - nümayişə hal-hazırda üzərində işlədiyimiz cari slayddan başlayır (Qısayolu: Shift+F5 və ya status bar - da yerləşən Slide Show düyməsi). Nümayiş zamanı slaydları çap etmək olmur. Nümayiş rejimində Ctrl+P düyməsi