3. Rows(Sətir) - Excel 2019 proqramında hər bir işçi vərəqdə 2 20 (1048576) sayda sətir olur.
4. Columns(Sütun) - Excel 2019 proqramında hər bir işçi vərəqdə 2 14 (16384) sayda sütun olur. Sütunlar A, B, C,..., Z kimi
olmaqla ardıcıllıqla düzülür. Əlifbanın hərfləri bitdikdən sonra AA, AB, AC.... daha sonra AAA, AAB, AAC formasında
XFD-yə qədər davam edir.
5. Cell(Oyuq, xana) - Excel 2019 proqramının ən əsas elementlərindən biri xanadır. Xanalar sətir və sütunların kəsişməsindən
yaranır. Xanaların adında əvvəlcə sütun, sonra isə sətir adı yazılır. Məsələn K8 xanası K sütunu və 8-ci sətrin kəsişməsindən
yarandığına görə ona F8 xanası deyilir. Düzgün xana ünvanlarına ZZ222, AA24, AZ2022, CCC8 və s. xanalarını göstərə
bilərik. Xanaların maksimal sayını tapmaq üçün sətir sayını sütun sayına vurmaq lazımdır. Excel cədvəlində 2 14 sayda sütun, 2 20 sayda sətir olduğuna görə bu ədədləri bir-birinə vurmaqla 2 34 sayda ədəd olduğunu öyrənmiş olarıq.
6. Worksheets. New Sheet(Vərəqlər və onların əlavə olunması) - Excel cədvəlində yaradılmış hər hansısa bir sənəd işçi kitab
(book) adlanır və kitab işçi vərəqlərdən ibarət olur. Proqramı açarkən ilkin olaraq 1 işçi vərəq görünür. İşçi vərəqlərin sayı
susmaya görə Sheet1, Sheet2, … və s. kimi təyin edilir. İşçi vərəqlərə istədiyimiz kimi ad verərik, ancaq bəzi qadağalar
mövcuddur. Bir işçi vərəqin adında maksimum 31 simvoldan istifadə edə bilərik və bu adlandırmada : ? * / \ [ ] simvollarından istifadə etmək olmaz. Kitaba işçi vərəq əlavə etmək üçün
bu piktoqrama sıxmaq və ya klaviaturadan
Shift+F11 düymələr kombinasiyasını icra etmək lazımdır. Excel proqramında vərəqlərin4 növü var: