Elektron cədvəllərdə ünvanlar iki cür olur: 1) nisbi ünvan 2) mütləq ünvan 3) qarışıq ünvan Nisbi ünvanda xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin düstur
dəyişir. Məsələn C3 xanasına daxil edilmiş =A2+B1 düsturunu D4 xanasına köçürsək, C3-dən D4-ə sütun (C-dən D-yə) və
sətir (3-dən 4-ə) bir vahid artdığı üçün düsturumuz =A2+B1-dən =B3+C2-yə dəyişəcək.
Mütləq ünvanda isə xanaya düstur yazıldıqdan sonra o düsturu başqa xanaya köçürdükdə, sürüşdürdükdə həmin
düstur dəyişməz qalır. Mütləq ünvan $(dollar) işarəsi ilə göstərilir. Dollar işarəsi nəyin qarşısındadırsa, həmin vahid düstur
köçürüləndə dəyişmir, Məsələn: $C$7. Qarışıq ünvan $D4, A$2 formasında olur. Sütunu sabit olan qarışıq ünvan $D4, sətiri sabit olan qarışıq ünvan A$2 şəklində olur.
• Mütləq ünvandan nisbi ünvana keçdikdə F4 funksiyanal düyməsindən istifadə olunur. • Xananın içindəki məlumatları redaktə etmək üçün F2 funksiyanal düyməsindən istifadə olunur. • Xananı seçmək üçün sadəcə üzərinə klik etmək kifayətdir. • Xananın üzərinə iki dəfə klik etdikdə kursor klik edildiyi yerdən xananın içinə daxil olur. • Xananın üzərinə bir dəfə klik edib məlumat daxil edilərsə, ilk məlumat silinib yerinə yeni məlumat daxil olur. Cədvəldə bir neçə ardıcıl xananın seçilməsi mümkündür. Ardıcıl xanaların
aralığına diapazon deyilir. Aşağıdakı şəkildə A1-dən C4-dək olan seçilmiş xanaların
ardıcıllığı təsvir olunmuşdur. Həmin diapazon A1:C4 (: iki nöqtə ilə) yazılaraq təsvir
olunur və öz daxilində bu aralıqda olan bütün xanaları birləşdirir. Şəkildə də göründüyü
kimi seçilmiş xanaların sayı 12-dir. Verilmiş diapazonda olan xanaların sayını tapmaq
üçün düzbucaqlının sahəsini hesabladığımız kimi sətir sayını sütun sayına vurmaq
kifayətdir.