(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01
3
1) Cədvəllərlə iş üçün
Worksheets(İşçi vərəqlər)
2) Diaqramların əlavə olunması üçün
Chart sheets(Diaqram vərəqləri)
3) Makroəmrlərin yerinə yetirilməsi üçün
Macro sheets(Makros vərəqləri)
4) Dialoqların yaradılması üçün
Dialog sheets(Dialoq vərəqləri)
Proqramda işçi kitabı, vərəqi minimal 10%-da saxlamaq, maksimum isə 400%-dək
böyütmək mümkündür.
Excel 2019 elektron cədvəlinin komponentləri.
Fayl əməliyyatları.
Excel proqramında ən əsas komponentlərdən biri xanadır. Xanaya oyuq və
ya hücrə də deyilir. Bu
proqramda bütün informasiyalar,
verilənlər
xanalarda qeyd olunur. Xanalara edilən müraciətlər
istinad adlanır. Soldakı
şəkildə A2 xanasında 8, B1 xanasında 24 yazılıb, C3 xanasına isə düstur
daxil edilib. C3 xanasının bir nəticə alması üçün A2 və B1 xanasına
müraciət, yəni istinad olunub. Əgər Enter düyməsini sıxsaq, C3 xanasında
24+8=32 nəticəsi görünə-cək.
Fikrimizi ümumiləşdirsək,
deyə bilərik ki,
C3 xanasının nəticəsi A2 və B1 xanasından asılıdır. Elə buna görə də xanalar tərkibinə görə
ilkin və
asılı olmaqla iki yerə
bölünür. İlkin xananın qiyməti heç bir xanadan asılı olmur və içində hər hansısa bir verilən yazılır, ancaq asılı xana düsturdan
ibarət olmaqla nəticəsi digər xanaların
qiymətindən, vəziyyətindən asılı qalır. Bundan əlavə Excel cədvəlində ayırd
edəcəyimiz xanalar iki növdə
(aktiv, aktiv olmayan) olur. Kursor vasitəsi ilə seçdiyimiz xanalar aktiv, digərləri isə aktiv
olmayan xanalardır. Verilmiş şəkildəki C3 xanası aktiv xanadır. Göründüyü kimi aktiv xananın ətrafı qara çərçivəyə alınır
və
həmin xana ad qutusunda(Name Box) görsənir. Məsələn hal-hazırda aktiv xanamız C3 olduğundan ad qutusunda C3
yazılıb ki, buna həm də
xananın ünvanı deyilir.
Dostları ilə paylaş: