(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 4
File Tabı(Fayl): File tabının açılışında Excel proqramının arxa, fon görünüşü(Backstage View) ekrana gəlir. Burada olan əmrlərlə
Word proqramında tanış olduğumuzdan buralarını next-next eliyə bilərik. Mən sizə demişdim bu word sizin başınıza oyun
açacaq hələ harasıdır. Vaxt varkən geri dönüb yaxşı yaxşı təkrar et...
Home Tabı(Başlanğıc) tab vərəqi: Home lent tabı Clipboard, Font, Alignment, Number, Styles, Cells, Editing lent qruplarından ibarətdir. Bəzi
qruplar haqda əvvəlki mövzuda danışdığımızdan əsasən fərqli qruplara nəzər salacağıq.
Alignment(Düzləndirmə): - Bu əmr xananın içindəki yazıları xananın yuxarısına, mərkəzinə və aşağısına yerləşdirir(düzləndirir).
- Bu əmr xananın içindəki yazıları müxtəlif dərəcələr altında, müxtəlif istiqamətlərdə döndərir.
- Bu əmr xana daxilində sanki bir neçə sətir yaradır və məlumatları bölərək alt-alta yazmağa imkan verir. Bu əmrin
gördüyü işi. ALT+ENTERdüymələr kombinasiyasının köməyi ilə də etmək olar.
- Bu əmrin köməyi ilə xana içindəki yazılar soldan, mərkəzdən və sağdan düzləndirilir.
- Bu əmr xana içindəki məlumatları sola və sağa doğru sürüşdürür.
-Seçilmiş xanaları birləşdirir və xana daxilindəki məlumatları mərkəzə düzləndirir. Bundan əlavə bu əmrin
daxilində bir neçə əmr açılır ki, onların da köməyi ilə seçilmiş sütunlar birləşdirilir, birləşdirilmişlər ayırılır,
küsülülər barışdırılır və s. Ayyy səniii yatmışdın həə? Yatma, yatma, oxu az qalıb. Mənə də xoş deyil inan, möhkəm ol, bu Excel-i birlikdə bitirək.