Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin


Cədvəl 3.2 Məhsulun material tutumunun təhlili



Yüklə 370,62 Kb.
səhifə20/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   15   16   17   18   19   20   21   22   23
Mirelizade Vuqar

Cədvəl 3.2

Məhsulun material tutumunun təhlili

Sıra

sayı


Göstəricilər

Plan

Hesabat

1

Məhsul buraxılışının həcmi, min man.

80 000

80 032

2

Məhsul istehsalına material xərcləri, cəmi , min man.

50 000

60 600

3

Məhsulun material tutumu, man. (sətir 2: sətiri 1

0,625

0,757

Göstərilmiş məlumatlara uyğun olaraq material tutumunun dəyişilməsi 0,132 man. təşkil etmişdir. Hesabat ilində müəssisədə material tutumu səviyyəsi daha yüksək olan məhsulların xüsusi çəkisi artmışdır.

Təhlilin növbəti mərhələsində material ehtiyatlarından istifadənin səmərəliliyinin xüsusi göstəriciləri: xammal və material sərfini əks etirən sahəsində material tutumu, yanacaq tutumu, enerji tutumu və s. göstəricilər öyrənilir.

Material tutumu göstəricisinin birbaşa material xərclərilə qarşılıqlı əlaqəsi aşağıdakı addiliv modellə ifadə edilir: Təhlil prosesində məhsulun ayrı-ayrı növlərinin material tutumu və onun səviyyəsinin dəyişilməsinə təsir edən amillər müəyyən edilir.

Sonrakı təhlil məhsul vahidinə material ehtiyatı sərfinin və xammal və materialların dəyərinin dəyişməsinə təsir edən səbəblərin öyrənilməsinə istiqamətlənməlidir.

Məhsul vahidinə material ehtiyatları sərfi müxtəlif keyfiyyətli materiallardan istifadə edilməsi, materialın bir növünün digərilə əvəz edilməsi, İstehsalın texnikasının və texnologiyasının, material-texniki təchizatın və istehsalın təşkilinin dəyişilməsi, material sərfi normalarının, itkilərin dəyişilməsi və s. hesabına dəyişib bilər, bütün bu səbəblər müvafiq aktlarda öz əksini tapır.

Materialların tədarükü üzrə xərclər onların keyfiyyətindən, qrupdaxili strukturundan, materiallar bazarlarında mövcud vəziyyət, inflyasiya ilə əlaqədar onların qiymətlərinin, nəqliyyat-tədarük xərclərinin artmasından asılıdır.

Material ehtiyatlarından istifadənin səmərəliliyi göstəricilərin­dən biri material xərclərinin bir manatına düşən mənfəətdir. Onun yüksəlməsi müəssisənin müsbət işini səciyyələndirir. Təhlil prosesində həmin göstəricinin dinamikasını, onun səviyyəsi üzrə planın yerinə yetirilməsini öyrənmək, təsərrüfatlararası müqayisələr aparmaq və mənfəətin həcminin dəyişilməsi səbəblərini müəyyən elmək lazımdır.

Təhlilin digər istiqaməti material ehtiyatlarından istifadənin məhsul istehsalının həcminə təsirinin müəyyən edilməsidir. Bu zaman asılılıq modeli aşağıdakı kimi olur.

MH = MX x MV;

∆MH(mx) = ∆MX x MVpl

∆MH(mv) = M X a x ∆M V

Hesablamanı yalnız nəzərdən keçirilmiş mütləq fərq üsulunun deyil, həm də zəncirvarı yerdəyişmə, indeks, nisbi fərq üsullarının köməyilə də yerinə yetirmək olar.



Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin