3.5. Müəssisənin material ehtiyatlarından istifadəsinin səmərəliliyinin yüksəldilməsi yolları
Müəssisənin fəaliyyətinin son nəticələri ehtiyatların optimallığından asılıdır.
Ehtiyatların və xərclərin idarə edilməsinin səmərəliliyi məsələlərini aşağıdakılar əhatə edir:
mal - material dəyərləri ehtiyatlarının ümumi miqdarının və strukturunun optimallaşdırılması;
onlara xidmət edilməsi üzrə xərclərin minimuma endirilməsi;onların hərəkətinə səmərəli nəzarətin təmin edilməsi.
Bizim nöqteyi - nəzərimizcə, V.V. Kovalovun o fikrilə razılaşmaq lazımdır ki, bu halda istehsal ehtiyatlan sadəcə istehsal prosesi üçün lazım olan xammal və materiallara nisbətən daha geniş anlaşılmalıdır, yəni onlara xammal, materiallar, bitməmiş istehsal, hazır məhsul, yenidən satılmalı mallar və s. aiddir. Texnoloji (istehsal) silsilə ərzində ehtiyatlarda dondurulmuş pul vəsaitlərinin ümumi məbləği maliyyə menecerləri və analitikləri üçün mühüm əhəmiyyət kəsb edir: məhz ona görə də ilk baxışdan müxtəlif görünən hamin aktivləri bir qrupda birləşdirmək olar.
Ehtiyatların idarə edilməsi texnoloji və maliyyə aspektindən çox böyük əhəmiyyətə malikdir. Müəssisənin maliyyə vəsaitlərinin idarə edilməsi mövqeyindən - bu immobilizasiya (dövriyyə kapitalının əsas kapitala çevrilməsi) vəsaitləridir, yəni dövriyyədən yayındırılmış vəsaitlərdir. Belə məcburi yayındırma olmadan keçinmək olmaz, lakin həmin prosesin yaratdığı dolayı itkiləri minimuma endirmək istəyi tamamilə təbiidir. Bu itkilərin, müəyyən dərəcədə şərtiliklə, müvafiq məbləği hər-hansı alternativ layihəyə İnvestisiya qoymaqla (məsələn, pulları faizlərlə banka qoymaqla) alınan gəlirə bərabərdir. Bu dolayı itkilər müəyyən hallarda birbaşa itkilərə də çevrilə bilər. Tədqiqatlar göstərir ki, aktivləri məcburi surətdə realizə edəndə, məsələn, şirkət iflas olduqda, bir çox dövriyyə vəsaitləri salıla bilməyənlər sırasına düşür, onların satşından alınan məbləğ isə uçot dəyərindən xeyli az ola bilər.
Yuxarıda qeyd olunanlar mütəşəkkil və ciddi struklurlaşnnş istehsal-texnoloji prosesə malik olan şirkətlərdə mövcud olan ehtiyatların idarə edilməsinin formallaşdırılmış modellərinin
yayılmasını qismən izah edirlər. Formallaşdırılmış modellərdən istifadə edilməsindən və ya edilməməsindən asılı olmayaraq, istənilən Şirkətin rəhbərləri ehtiyatların idarə edilməsinin bəzi prinsiplərinə riayət edirlər və onların maliyyələşdirilməsi strategiyasını seçirlər. Bu prinsiplər aşağıdakı iki suala cavab verilməsini nəzərdə tutur:
ehtiyatların mənbələrinin strukturu necə olmalıdır?
ehtiyatların həcmi nə qədər olmalıdır?
Birinci suala dörd davranış modellərindən: ideal, təcavüzkar, mühafizəkar və kompromis modellərdən birinin köməyilə cavab alına bilər. İdeal modelin mahiyyəti ondan ibarətdir ki, dövriyyə vəsaitləri qısamüddətli passivlərə, yeni kreditor borcu ilə tam həcmdə örtülməlidir. Belə yanaşma çox risklidir, belə ki, ona uyğun olaraq bütün xüsusi vəsaitlər dövriyyədən kənar aktivlərə qoyulmalıdır və keditorlarla mümkün çətinliklər baş verdiyi halda onların hər hansı bir hissəsini satmaq lazım gələcəkdir, bu isə müxtəlif, o cümlədən müvəqqəti xarakterli çətinliklərlə əlaqədardır.
Təcavüzkar model nəzərdə tutur ki, uzunmüddətli passivlər (xüsusi və borc kapital,) dövriyyədən kənar aktivlərin və dövriyyə vəsaitlərinin sistemi, hissəsinin, yəni cari təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan minimumun örtülməsi(ödənilməsi) mənbələridir.
Mühafizəkar model nəzərdə tutur ki, dövriyyə vəsaitlərinin dəyişilən hissəsi do (dövriyyə vəsaitlərinin sistemli tərkib hissəsindən artıq olan və yalnız qızğın dövrlərdə yaranan hissəsidir) uzunmüddətli passivlərlə örtülür (ödənilir). Bu halda qısamüddətli kreditor borcu olmur, satış qabiliyyətinin itirilməsi riski də yoxdur. Qeyd edək ki, kreditor borcu olmaması haqqında deyilən ifadəni tam mənası ilə başa düşmək lazım deyil. Bu halda söhbət idarəetmə heyətinin dövriyyə aktivlərinə və kreditorlarla hesablamalara münasibətdə davranışının modelləşdirilməsindən gedir, Xüsusi halda, nəzəri olaraq belə vəziyyəti təsəvvür elmək olar ki, müəssisə xammal və materialları nağd hesablaşma ilə əldə edir, büdcəyə borcunu hesablama anında ödəyir, qısamüddətli bank kreditlərindən istifadə etmir və s. Bir halda ki, qısamüddətli vəsait mənbələrində kreditor borcu əsas yer tutur, xammalın nağd hesabla əldə edilməsinə dair şərh edilmiş şərti vəziyyət məhz kreditor borcunun olmamasına gəlirib çıxardır, daha dəqiqi, o, qalır, lakin cüzi olur.
Kompromis model daha realdır. Bu halda dövriyyədən kənar aktivlər, dövriyyə vəsaitinin sistemli hissəsi və onların dəyişilən hissəsinin təxminən yarısı uzunmüddətli passivlərlə Örtülür.
Ehtiyatların idarə edilməsinin səmərəliliyilə əlaqədar olan ikinci suala cavab vermək üçün aşağıdakıları müəyyən etmək lazımdır:
ehtiyatların miqdarının idarə edilməsi siyasətini prinsipcə optimallaşdırmaq olarmı?
minimal zəruri ehtiyatların həcmi nə qədərdir?
ehtiyatların növbəli partiyasını nə vaxt sifariş vermək lazımdır?
sifariş verilən partiyanın optimal həcmi nə qədər olmalıdır?
İşlənilən optimallaşdırma məsələsinin həlli məqsəd meyarının seçilməsini nəzərdə tulur. Ehtiyatların miqdarının müəyyən edilməsi üçün belə meyar ehtiyatların səviyyəsinin saxlanması ilə əlaqədar xərclərdir. Onlar əsasən iki elementdən: saxlanma üzrə xərclərdən və sifarişlərin yerləşdirilməsi və yerinə yetirilməsi üzrə xərclərdən ibarətdir. Aydındır ki, bu iki element bir-birinə tərs mütənasib dəyişilir. Məsələn, gətirilmiş ehtiyatlar partiyası nə qədər böyük olarsa, eyni zamanda onun saxlanması üçün daha çox xərclər tələb olunur (belə ki, kifayət qədər həcmə malik anbarlar olmalıdır) və gətirilməsi üçün az xərc lazım olar (bir neçə dəfə nəqliyyat təşkilatının xidmətlərindən istifadə etmək lazım olmaz).
Bir çox dərsliklərdə sifarişin optimal partiyasının ölçüsünün (LOQ-Economic Order Quality) hesablanmasını aşağıdakı düsturla yerinə yetirmək təklif olunur:
burada EOQ - partiyanın həcmidir, ədəd (vahid); F - bir partiyanın sifarişinin yerinə yetirilməsinin dəyəridir, pul vahidləri; D dövr ərzində xammala ümumi tələbatdır, vahid; H - xammal vahidinin saxlanılması xərcləridir, pul vahidləri.
Buradan istehsal ehtiyatının optimal həcmi belə müəyyən edilir.
Xammalın orta gətirilmə partiyasının və orta ehtiyatının belə həcmləri olduqda müəssisənin xidmət xərcləri minimum olacaqdır. Bu nəzəriyyə çərçivəsində ehtiyatların idarə edilməsi sxemlər, işlənib hazırlanmışdır. Bu sxemlər bir sıra parametrlər vasitəsilə ehtiyatların yeniləşməsi prosedurasını formalaşdırmaq, o cümlədən, növbəti sifariş vermək üçün lazını olan səviyyəsini müəyyən etmək imkanı yaradır. Belə sxemlərdən biri aşağıdakı modellərdən ibarətdir:
RP = MU x MD;
SS = RP - A U x AD;
MS = RP + EOQ - L U x LD,
Burada AU - xammala orla gündəlik tələbatdır, vahid; AD - sifarişin yerinə yetirilməsinin orta müddətidir (yerləşdirmə anından xammalın alınması anma qədər), gün; SS - ehtiyatların ən çıx ehtimal edilən minimal səviyyəsidir, vahid; MS - ehtiyatların maksimal səviyyəsidir, vahid; RP - ehtiyatların sifariş verilən zaman səviyyəsidir, vahid; LU - xammala minimum gündəlik tələbatdır, vahid; MU - xammala maksimal gündəlik tələbatdır, vahid; MD - sifarişin yerinə yetirilməsi üçün günlərin maksimal sayıdır; LD - sifarişin yerinə yetirilməsi üçün günlərin minimal sayıdır.
Maliyyə meneceri üçün istehsal ehtiyatlarının təhlilinin məntiqini do bilmək çox böyük rol oynayır. Təhlilin metodikasını ətraflı şərh etmədən, yalnız qeyd edək ki, onun əsasında həm də ehtiyatların hesabatda təqdim edilməsi prinsiplərinin anlaşılması durur. Təsərrüfat subyektinin uçot siyasətilə ehtiyatların uçotunun hansı metodlarından istifadə olunmasından asılı olaraq, ehtiyatlara qoyulan vəsaitlərin müxtəlif qiymətləndirilməsi və deməli, onların idarə edilməsinin optimal siyasətinin müəyyən edilməsində iştirak edən parametrlərin müxtəlif qiymətləndirilməsi mümkündür.
Firmadaxili maliyyə təhlili çərçivəsində ehtiyatların təhlilinin mühüm proseduralarından (üsullarından) biri onların dövranının qiymətləndirilməsidir. Əsas göstərici günlərlə hesablanan dövretmə vaxtıdır. O, dövr ərzində ehtiyatların orta qalığının həmin dövrdə onların bır günlük dövriyyəsinə nisbəti kimi hesablanır. Dövr etmənin sürətləndirilməsi təsərrüfat dövriyyəsinə əlavə vəsaitlər cəlb edilməsinə, ləngidilməsi isə - onların dövriyyədən çıxarılmasına, ehtiyatlarda nisbətən daha uzun müddət dondurulmasına (başqa sözlə - öz dövriyyə vəsaitinin immobilizasiyasına) səbəb olur. Dövriyyəyə əlavə cəlb edilmiş (yaxud ondan çıxarılmış) vəsaitlərin məbləği aşağıdakı düsturla hesablanır:
∆b C = (bı - b0) x m1 = ∆b x m1
burada, ∆bC - dövriyyəyə əlavə cəlb edilmiş vəsaitlərin məbləğidir (əgər ∆bC<0), yaxud dövriyyədən çıxarılan vəsaitlərin məbləğidir (əgər ∆b C>0) olarsa; b0 və b1 - ehtiyatların müvafiq olaraq baza və hesabat dövründə dövr etməsidir, günlərlə; m1 - hesabat dövründə bir günlük faktiki dövriyyədir.
İstehsal və mal ehtiyatlarının təhlili ciddi determinləşdirilmiş amillər üzrə modellərdən istifadə etməklə yerinə yetirilə bilər. Düsturun çıxarılması nisbətən sadədir; bu məqsədlə amillər üzrə təhlildə məlum üsul tətbiq edilir. O, ciddi determinləşdirilmiş (müəyyən edilmiş, şərtləndirilmiş) amillər üzrə modelin eyni zamanda əlavə vurulması və bölünməsi yolu ilə genişləndirilməsindən ibarətdir.
Dostları ilə paylaş: |