bazar münasibətlərinə keçidin prinsipləri və sahibkarlıq fəaliyyəti nəzərə alınmaqla materialtutumunun iqtisadi səmərəlilik göstəriciləri sistemində yeri və rolu müəyyənləşdirilir;
material ehtiyatlarının təhlilinin göstəricilər sistemi işlənib hazırlanır və onun effektivliyini xarakterizə edən əsas iqtisadi parametrlərlə kəmiyyət və keyfiyyət əlaqələri aşkarlanır;
məhsulun (iş və xidmətlərin) maya dəyərinin yeni aspektdə hesablanması variantı təklif edilir və onun iqtisadi təhlil prosesində tətbiqi imkanları göstərilir;
material-istehsal ehtiyatlarını xarakterizə edən iqtisadi göstəricilər sisteminə təsərrüfat fəaliyyəti təhlilinin beynəlxalq standartlara uyğunlaşdırılınası nöqteyi- nəzərindən tənqidi yanaşılır, onların nöqsan və üstün cəhətləri şərh edilir;
materialverimi və materialtutumunun amilli təhlili metodikalarına tənqidi yanaşılır, material resurslarına edilən mütləq və nisbi qənaətin məbləğinin tamamilə yeni aspektdə hesablanması variantı təklif edilir və neft konktraktları ilə əlaqədar material dövriyyə kapitalına olan tələbatın dəyişməsi istiqamətləri müəyyənləşdirilir.