Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası müəssisələrin 2003-2015-ci illəri əhatə edən statistik məlumatları, Respublika Dövlət Statistika Komitəsinin və başqa mənbələrin rəqəm məlumatları, Respublika İqtisadi İnkişaf Nazirliyinin və Respublika Maliyyə Nazirliyinin uçot və hesabat sənədlərinin məlumatları təşkil edir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş qanunlar, Nazirlər Kabinetinin, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər dövlət orqanlarının (təlimat, əsasnamə, əmr və qanunları) normativ-hüquqi sənədləri, xarici və postsovet məkanı ölkələrinin görkəmli iqtisadçı alimlərinin material tutumunun təhlilinə dair elmi - tədqiqat işləri təşkil edir. Dissertasiya işində iqtisadi təhlilin qruplaşdırma, müşahidə, müqayisə, zəcirvari yerdəyişmə, fərq, balans əlaqələndirmə və digər üsullarından geniş istifadə edilmişdir. Tədqiqat prosesində iqtisadi islahatların aparılmasına dair qüvvədə olan normativ sənədlərdən, respublika müəssisələrinin biznes plan, uçot və hesabat məlumatlarından geniş istifadə edilmişdir.