Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix16.06.2022
ölçüsü1,22 Mb.
#61568
1   2   3   4   5   6   7   8   9   ...   30
Magistratura m RK Z lyazmas h ququnda

I FƏSİL. NƏZƏRİ HİSSƏ 
1.1.MƏİŞƏT KİMYA MALLARI HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
Məişət kimya mallarının (yuyucu vasitələrin) istehsalı və çeşidləri son illər 
ərzində, xüsusilə də demək olar ki, II dünya müharibəsindən sonra bütün 
ölkələrdə geniş yayılmışdır. Misal olaraq göstərmək oloar ki, Amerikada 1939-cu 
ildən 2018-ci ilədək yuyucu vasitələr çeşidinin istehsalı keçən zaman ərzində 50 
dəfəyə qədər artmışdır.[1] 
Məişət kimya malları sabuna nisbətən son illərdə geniş tetbiq edilir ve 
sabunu rəqabətdə daha çox sıxışdırmışdır. Aparılan tədqiqat işlərindən məlum 
olmuşdur ki, sabunun sulu məhsulunun fiziki və kimyəvi xassələri üzərində təbii 
piylər əsasında alınan sabun növlərinin bir sıra başlıca qusurları vardır. 
Cod sudan və dəniz suyundan istifadə edərkən, həmin qüsurlar əsasən
daha da aşkar nəzərə çarpır, təbii piylərdən istehsal olunan sabunları bu səbəbdən 
də tam keyfiyyətli yuyucu vasitə hesab etmək olmaz. Məlum olmuşdur ki, yuma 
zamanı sabunun sulu hidroliz olunaraq sərbəst əsas əmələ gətirir və nəticədə 
məhsulda əsasi reaksiya yaranmış olur. Yuma zamanı belə məhlul pambıq və 
kətan parçalara düzdür zərərli təsir etmir, amma ipək, yun, neylon, kapron, terilen 
kimi zerif və qiymetli parçalara çox zerer verir. [1] 
Biz bilirik ki, codluq yaradan elementlərin təsirinə qarşı sabunun sulu 
məhlulu çox davamsızdır, onlarda suda həll olmayan kalsium və maqnezium 
duzları əmələ gətirir. Bu cür duzlar isə nisbətən yapışqan və özlü olduğundan, 
təmizlənən parçaların üzərinə çökür və onu daha da çirkləndirir. Çirklərin 
təmizlənməsi üçün həmin əlavə sabunlardan istifadə edilmiş olur. Deməli, dəniz 
suyunda və cod suda məişət kimyası mallarından (yuycu vasitədən) istifadə edən 
zaman parçaları yuduqda, xüsusilə codluq 15-17 dərəcə olur, Dərəcə artıq 
olduqda isə müəyyən hissə sabun çirkin turşuluğunun neytrallaşmasına və heç bir 
yuyuculuq qabiliyyəti olmayan yağ turşularının kalsium və maqnezium duzlarının 
əmələ gəlməsinə sərf edilir.[3] 
Belə nəticəyə gəlinir ki, işlədilən külli miqdarda yağ və piy sabun istehsal 



etmək üçün düzgün istifadə edilməmiş olur. Göstərilən bu qüsur həm yağ və həm 
də piy əsasında alınan sabunların tətbiq dairəsini məhdudlaşdırır. Paltarlar dəniz 
suyunda, yəni cod suda yuyulduqda bir yuyucu vasitə kimi onun qiyməti aşağı 
düşür. Son illərdə bununla əlaqədar olaraq, senaye miqyasında suları evvelceden 
yumşaldan məişət kimyası malları, yəni sintetik yuyucu vasiteler istehsal edilir. 
Məişət kimya mallarının (sintetik yuyucu vasitələr) istehsalı və istifadə 
həddinin genişləndirilməsinə səbəb təkcə yeməli piy və yağlara qənaət etmək 
deyil, hem de bu nov yuyucu vasitelerin bir sıra üstün xususiyyətlərə malık 
olmasıdır. 
Yuyucu vasitelerin istehsalında sethi aktıv maddelerın səmərəli olaraq 
istifadə edilməsi üçün onda optimal yuyuculuq və təmizləyicilik təsiri yaratmaq 
lazımdır. Bunun üçün bir sıra yararlı əlavələrdən, meselen: tripolifosfat, natrium-
metasilikat, karboksimetilsellüloza və s. istifadə edilir. 
Sethi aktiv maddelerin istehsal hecmi çeşidli yararlı əlavəlerin hecminə 
uyğun olmalıdır. 
MDB (Müstəqil Dövlətlər Birliyində) dövlətlərində 1985-ci ilə qədər 
məişət kimya mallarının istehsalı (yuyucu vasitələrin istehsalı) həcmi süretle artmış 
və 1,2 mln tona çatmışdır. Bazar iqtisadiyyatına keçid şeraitinde yenidenqurma və 
respublikalar arası teserrüfat elaqelerinin kesilmesi neticesinde ehalinin böyük 
tələbi olan bu məhsulların istehsalı azalmağa başlamışdır.[3] 
2002-ci ildə Amerika Birləşmiş Ştatlarında son illərin məlumatlarına görə 
istehsal olunan bütün meişet kimya mallarının 75%-ni sintetik yuyucu vasitələr 
teşkil edir. Digər ölkələrdə də, elavə olaraq, yağlar esasında istehsal olunan 
yuyucu vasitələrin hecminin azalması və sintetik yuyucu vasitelerin istehsal 
hecminin artması müşahide olunur. 
Sintetik yuyucu vasitə olan sabunun istehsalında işlədilən yağların sintetik 
yağ əvəzedicilərdə ödənilməsi iki istiqamətdə aparılır: 
- ətir və paltar istehsalı üçün işlədilən yeyinti yağları parafin, neft, 
karbohidrogenlərin oksidleşmesinden alınan sintetik yağ turşuları ilə evez 
olundu; 



- bir sıra maye ve toz yuyucu vasiteler, neft məhsullarının kimyəvi işlənməsi 
və digər kimyevi mehsullar esasında istehsal olunmağa başladı. 
Sintetik əvəzedicilərin istehsalında qeyd etmək lazımdır ki, neftin parafın 
karbohidrogenləri əsas xammal menbelerinden biri hesab edilir. Bu məqsed üçün 
hal hazırda parafin karbohidrogenlərinin işlenmesi prosesi 5 (beş) müxtəlif yolla 
aparılır: 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin