Magistratura məRKƏZİ Əlyazması hüququnda


MƏİŞƏT KİMYA MALLARININ KEYFİYYƏTİNƏ VERİLƏN



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix16.06.2022
ölçüsü1,22 Mb.
#61568
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Magistratura m RK Z lyazmas h ququnda

1.3.MƏİŞƏT KİMYA MALLARININ KEYFİYYƏTİNƏ VERİLƏN 
İSTEHLAK TƏLƏBLƏRİNİN XARAKTERİSTİKASI 
 
Məişət kimya mallarının, (sintetik yuyucu vasitələrin) keyfiyyətinə verilən 
ümumi tələblər cari və perspektiv tələblərdən fərqli olaraq, yuyucu vasitələrin 
təyinatına uyğunluğunu, özünəməxsus konsistensiyasına malik olmasını, istifadəyə 
yararlığını, insan üçün zərərsizliyinin, etibarlılığının və s. özündə cəmləşdirir. 
Sintetik yuyucu vasitələrin təyinatından asılı olaraq, onlara spesifik tələblər 
də verilir. Məsələn, “Ariel” öz tərkibində enzim saxladığına görə ona yun və ipək 
parçaları yuma tələbi verilir. 
Sintetik yuyucu vasitələrə verilən cari perspektiv, ümumi və spesifik 
tələblər onların istehlakının hansı sahəsinin xarakterizə etməsindən asılı olaraq, 
funksional, erqonomik, gigyenik, estetik, etibarlılıq kimi tələblərə bölünür. 
Sintetik yuyucu vasitələrə verilən funksional tələblər onların təyinatına 
görə çeşidləri ilə əlaqədardır. Məsələn, “Persil” yuyucu tozu öz tərkibində 
herborat natriumu saxladığına görə pambıq və kətan lilfərini,yuma funksiyasına 
nişasta və antistatiklər saxlandığına görə xüsusi növ və sintetik lifləri yuma 
funksiyası daşımalıdırlar.[3] 
Sintetik yuyucu vasitələrə verilən erqonomik tələblərin ödənməsi üçun 
onların qoxusu kəskin olmalı, həmin qoxu paltara çökməməli, onların aromalı 
qoxusundan başqa, qeyri iy gəlməməli, asan həll olmalı və köpük əmələ 
gətirməlidirlər. 


22 
Gigiyenik tələblərin ödənilməsi üçün sintetik yuyucu vasitələr yuma 
zamanı aşınma, zədələnmə verməməli, statik elektrikə qarşı həssas 
olmamalıdırlar. 
Estetik tələbləri ödəmək üçün sintetik yuyucu vasitələrin konsistensiyasına 
uyğunluğu tələb olunur. Məsələn, şampunlar müxtəlif rəngə çalmamalı və çöküntü 
verməməlidrlər. Yuyucu toz çeşidli vasitələrdə qranulların ölçüsü 3 mm-dən çox 
olmamalıdır. Sintetik yuyucu vasitələrin rəngi ağ və ya açıq sarı rəngdə olmalıdır. 
Snitetik yuyucu vasitələrin qablaşdırılmasında və etiketində də estetik zövq 
ödəməlidir.Sintetik yuyucu vasitələrə verilən etibarlılıq tələbi, onların istehlak 
xassələrini, başqa sözlə, ilkin keyfiyyət göstəricilərinin saxlamalıdır. Bütün sintetik 
yuyucu vasitələr onlara verilmiş saxlanma müddəti ərzində, öz keyfiyyətlərinin 
saxlamalı və onlara verilmiş funksiyanı yerinə yetirməlidirlər. [2] 
İlkin xassələrinin saxlamaeffektivliyi xüsusiyyəti yuyucu vasitələrin
əksəriyyətində 6-9 ay intervalında olur. Bu müddət keçdikdən sonra vasitələr 
əvvəlki xassələrini sürətlə itirmiş olurlar. Yuyucu vasitələr qoxu, əsasən də su 
çəkən (alkilarilsulfonatlar hiqroskopik)xüsusiyyətə malik olurlar. Bundan əlavə 
olaraq deməliyik ki, həmin yuyucu vasitələriişıqdan qorumaq lazımdır. Daşınma 
zamanı mühitin quru olması vacib şərtdir, çünkisintetik yuyucu vasitələrin 
etibarlılıq tələbi təkcəonlarınquru saxlanması ilə ödənilmir. 
Sintetik yuyucu vasitələrin istehlak xassələri ilə onların keyfiyyətinə verilən 
tələblər arasında tam uyğunluq olmalıdır. Çünki onların bircinsli olması, həll olma 
qabiliyyətləri,yuma və köpük əmələ gətirmə qabiliyyətləri,otaq temperaturunda 
suda yaxşı həll olması qabiliyyəti,yuyucu aktiv maddələrin miqdarı,əlavə və əsas 
maddələrin miqdarı,yuyucu tozlarda dənəciklərin , yəni qranulkaların ölçüsü, əsas 
istehlak xassələri - xarici görünüşü, rəngi və qoxusu, çöküntü verməsi, həcmi və 
s.aid edilirlər. 
Normativ texniki sənədlərdə müasir dövrümüzdə sintetik yuyucu vasitelerin 
keyfiyyətinin laboratoriya üsulu və orqanolpetiki üsulla təyini ətraflı şəkildə 
verilmişdirki, bu da onların istehlak xasselerini aşkar etməyə imkan verir. Yuyucu 
vasitələrdə dənəciklərin, yəni qranulların ölçüsülərinin 3 mm-dən çox


23 
olmaması, onların rənginin ağ və ya açıq-sarı rəngdə olması və sairə 
göstəriciləronların istehlak xassələrinə uyğun odluğunu göstərir. İstehlak xassəsinə 
uyğun 
olaraq 
yuyucu 
vasitələrin 
qoxusu 
kəskin 
olmamalı 
və 
paltarlaraçökməməlidir. Xüsusən vasitələrdən neft və neft məhsullarının iyi 
gəlməməlidir. Əgər bu iy gəlsə yuyulan paltarlara çökəcək və yuyucu vasitənin 
istehlak xasələri pozulmuş hesab olunacaq. Seçdiyimiz yuyucu vasitənin istehlak 
xassələri verilən çeşidə uyğun olaraq, keyfiyyəti yoxlandıqda laboratoriya üsulu ilə 
tam aşkar edilir. 
Dünya alimləri tərəfindən müasir aktual, perspektivli iqtisadi cəhətdən 
böyük əhəmiyyət kəsb edən bu problemə olduqca maraqlı və çoxlu tədqiqatlar 
həsr olunmuşdur, bunu sintetik yuyucu vasitələrə dünya miqyasında həsr edilmiş 
tədqiqat işlərini diqqətlə nəzərdən yetirdikdəaydın şəkildə görmüş oluruq. Görürük 
ki, bu tədqiqat işlərinin çoxusu syv-in alınma üsullarına, texnologiyasının 
təkmilləşdirilməsinə, kompleksin tərkibində olan maddələrin daha ucuz başa 
gəlməsinə və daha da üstün xassələrə malik olmasınavə yenilərlə əvəz olunmasına 
həsr olunmuşdur. Müstəqil inkişaf yoluna qədəm basmış respublikamızda sintetik 
yuyucu vasitələrin istehlak xassələrinin öyrənilməsi ekspertizabaxımındanolduqca 
azöyrənilmişdir. Elə bu baxımdan da seçdiyimiz mövzuda tədqiqat işinin 
aparılmasının müasirliyi və aktuallığı, iqtisadi cəhətdən əhəmiyyətli olması, zəruri 
olması heç bir şübhə doğurmur.[2] 
Aşağıdakı göstərilən vəzifələrin öhdəsindən gəlmək üçün, məqsədimizə 
çatmaq üçün qarşıya qoyduğumuz şərtlər bunlardır: 
1. Respublikamızda(Sumqayıt şəhərində «Məişət kimyası» istehsalat 
birliyi) və xaricdə istehsal olunan ən keyfiyyətli və müasir sintetik yuyucu 
vasitələrin bəzi istehlak xassələrinin tədqiq etmək, həmin istehsal olunan yuyucu 
vasitələrin üstün və çatışmayan cəhətlərini aşkar etmək 
2. SYV - in tərkibində olan müxtəlif birləşmələrin sinergizm mexanizmi və 
onların yuma prosesində effektiv təsirinin olması
3. SYV
-in müəyyən reseptlər və rejimlər üzrə hazırlanmış yeni eksperiment 
xarakterli bəzi istehlak xassələrinin tədqiq etmək


24 
4. Bəzi növdə olan tərkib elementlərinin faizinin və növünün dəyişilməsinin 
syv – in istehlak xasələrinə necə təsir etməsi və keyfiyyətini tədqiq etmək 
5. Yüksək istehsal xassələrinə malik olan və müasir optimal reseptlərlə 
hazırlanmış eksperiment xarakterli nümunələrin Sumqayıt şəhərində mədəni məişət 
kimya malları istehsal edən “Məişət kimyası birliyində” tətbiq edilmək. 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin