Magistratura məRKƏZİ Əlyazması hüququnda


YUYUCU VASİTƏLƏRİN MÜASİR DÖVRDƏ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix16.06.2022
ölçüsü1,22 Mb.
#61568
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
Magistratura m RK Z lyazmas h ququnda

1.4.YUYUCU VASİTƏLƏRİN MÜASİR DÖVRDƏ 
İNTEQRASİYASININ ÖYRƏNİLMƏSİ 
 
Sintetik yuyucu vasitələr (SYV) bir neçə mürəkkəb qarışıq maddələrin bir-
birinə qarışdırılmasından əmələ gəlir. Müəyyən reseptlər əsasında sintetik yuyucu 
vasitələrin tərkibinə daxil olan maddələri dəyişsək, fərqli bir yeni vasitə əldə etmiş 
olarıq.
Kətan parçalar, yun parçalar, süni parçalar, qarışıq rəngli parçalar üçün 
nəzərdə tutulmuş sintetik yuyucu vasitələr tərkibinə görə bir birindən fərqlənir. 
Bundan əlavə yucu vasitələr formasına görə həm toz halında, həm duru məhlul 
halında, həm də tabletka formasında olur. 
İqtisadiyyat inkişaf etdikcə, yeni-yeni tədqiqatlar aparılır və daha da 
təkmilləşmiş yuyucu vasitə reseptləri tədqiq olunur, nəticə etibarilə fiziki kimyəvi 
tərkibləri, funksional və istismar xassələri daha da yüksək olan məhsullar əldə 
edilir. [15] 
Toz halında olan sintetik yuyucu vasitələrin tərkibidə 14-27 faiz üzvi səthi 
aktiv maddələr, 26-41 faiz trinatripolifosfat və ya onun əvəzediciləri, 0,1 – 25,0 
faiz perboratnatrium, 3,0 – 10,2 faiz metasilikat Na, 0,6-1,2 faiz karbooksimet 
sellülozanın natgrium duzu, 5,1 – 25,2 faiz H
2
SO

natrium vardır. SYV-in 
tərkibində bunlardan əlavə olaraq, fermentlər seolitlər, rütubət kompleks əmələ 
gətiricilər, ağardıcılar , ətirli maddələr, hidrotrop maddələr, boyayıc maddələr, və 
müəyyən başqa qatqılar da qatılır. 
Yağ sabunları kimi hal-hazırda istehsal oluna müasir yuyucu vasitələr də 
aktiv maddə olub, möhkəm adsorbsiya pərdəsi yaratmaq, istifadə olunan suda 


25 
yarım kolloid məhlul, köpük əmələgətirmə xüsusiyyətinə malikdirlər. Amma 
sintetik yuyucu vasitələri yağ sabunlarından fərqləndirən bəzi cəhətlər vardır. 
1. 
Sintetik yuyucu vasitələr cod suda həll olmayan çöküntü əmələ 
gətirmir, kalium və maqnezium duzları ilə heç qarşılıqlı əlaqədə olmur və buna 
görə də cod suyu yumşalmağa ehtiyac olmur 
2. SYV codluğu 10-20 dərəcə olan, hətta daha artıq codluğu olan suda 
özyuyuculuq təsirini itirmir (bildirək ki, sabunlarda bu xassə yoxdur) 
3. Istehsal olunan müasir SYV yuyulma prosesi zamanı parçanın rənginə 
heç bir mənfi təsir göstərmir.SYV tərkiblərindəki maddələrdən asılı olaraq çirki 
həm zəif əsası mühitdə, həm neytral, hətta turş mühitdə də yuyub təmizləmək 
qabiliyyətinə malikdir. Bu xassə də toxuculuq sənayesi üçün olduqca vacibdir 
4. Istehsal olunan müasir SYV aşağı temperatur da olsa belə palrarlarda 
yaxşı yuyuculuq təsiri göstərir, amma yağ sabunlarında prosesin effektiv olması 
üçün 60 – 80 dəerəcə tempetarur tələb olunur. 
5. Yağ sabunlarına nisbətəndə müasir sintetik yuyucu vasitələrin köməyilə 
çirkin təmizlənməsi daha az zaman tələb edir. 
Aparılan tədqiqatlardan məlum olmuşdur ki, sintetik yuyucu vasitələrin 
müxtəlif codluğu sularda əmələ gətirdiyi köpük, yağ sabununa nisbətən artıq 
olmaqla, xırda, sıx və davamlıdır. Bi qayda olaraq sintetik yuyucu vasitələrin aşağı 
temperaturda cod suda əmələ gətirdiyi köpüyün həcmi və davamlılığı uzunmüddət 
dəyişmədən qalır; həmin bu şəraitdə yağ sabunlarının köpüyü isə zəif olub, 
çalxaladıqda dərhal dağılır. [16] 
Sintetik yyucu vasitələrin də tərkibi üzvi birləşmələrdən ibarətdir. Bunların 
molekulunun bir hissəsi karbohidrogen zəncirindən (hidrofob hissə), digər hissəsi 
isə hidrofil (polyar) qrupundan ibarətdir. Sintetik yuyucu vasitələrdəki polyar 
qrupların quruluşu sulfoqrut, sulfoester, ammonium xlorid qalığı və s. ola bilər. 
Müəyyən olunmuşdur ki, bu növ hidrofil qruplarının polyarlıq dərəcəsi 
karboksil qrupuna baxanda daha güclüdür. Bu səbəbdən də zəncirində 13-19 
karbon atomu olan karbohidrogen radikalı ilə bu qrupdan ibarət olan maddənin 
dissosiasiya dərəcəsi yüksək olmaqla bərabər, onların duzları sulu məhlulda, 


26 
demək olar ki, hidroliz olunmur. [19] 
SYV-in 
tərkibində olan səthi aktiv maddələr sulu məhlulda 
özünüaparmasına görə aşağıdakı kimi bölünür; 
a) İonlaşan səthi aktiv maddələr 
b) İonlaşmayan səthi aktiv maddələr 
c) Amfolit səthi aktiv maddələr 
İonlaşan səthi aktiv maddələr suda həll olur və bir qədər dissosiasiya edir. 
Bu maddələr suda dissosiasiya edən zaman əmələ gətirdiyi səthi aktiv yükündən 
asılı olaraq 2 yerə bölünür. 
İonlaşmayan SYV isə suda həll olur və ionlara ayrılmır. Amfolit SYV 
turş mühitdə kationu aktiv SYV kimi, əsası mühitdə isə anionu aktiv SYV 
kimi özünü aparır. Bioloji cəhətdən qeyri-üzvi maddələrə qədər parçalanmanın 
SYV istifadə etdikdən sonra təmizləyici qurğudan keçir və su hövzəsinə 
tökülür. Buna görə də bioloji cəhətdən bu maddələrin parçalanmasının böyük 
əhəmiyyəti vardır. Bu baxımdan onlar üç əsas sinfə bölünürlər: 
1. 80 faizə qədər 
bioloji 
parçalanan 
SYV-lər, 
bura
tetraprorilenbenzolsulfonat və alkilfenol daxildir. 
2. 80 
faizdən çox bioloji 
parçalanan SYV-lər, bura xətti 
alkilbenzolsulfonatlar aiddir. 
3. tam 
bioloji parçalanan SYV, bura alkilsulfat, alkansulfonat, 
olefinsulvonatlar daxildir. 
Demək olar ki, SYV-in tərkibində 30 faizdən 50 faizə qədər fosfatlar 
olur. Onların başlıca vəzifəsi yuyucu məhlulda olan ağır metal ionlarını tutub 
saxlamaqdan, və yenidən parça üzərinə çökməsinin qarşısını almaqdan ibarətdir. 
Əlavə olaraq, fosfatlar suyu yumşalır, kritik mitsel əmələ gəlməsinin qarşısını
alır, mühitin pH-1 tənzimləyir, bunun üçün pirometa, orto və polifosfatlardan 
istifadə edilir. 
SYV-in əsasının səthi aktiv maddələr təşkil etdiyindən bütün qabaqcıl 
dövlətlərin alimləri bu barədə daim böyük tədqiqat işləri aparırlar. Almaniya 
alimlərindən N.Kristsian, N. Fesler, S.Fann, N.Kraus dodesulfat Na tərkibli səthi 


27 
aktiv maddələrin yuyuculuq xassələrini tədqiq etmişdilər. Amerika alimləriindən 
T.Donald, H.Ceym isə səthi aktiv maddə kimi bromlaşmış polizobutilenlə 2-etil-
2okzasolinin texnikada syv kimi tətbiqini müəyyən etmişdilər. Çexoslavakiya 
alimləri olan K.Frantişek, V.Zdensk, S.Sstanislav Na alfa-olefınsulfanatın 
alınması üsullarını müəyyən etmişdilər. Rus alimləri İ.A.Volkov, V.Q.Pravdin, 
D.İ.Zimenko9v, V.A.Podustov sulfonatın alınma üsullarını işləmişlər və 
buprosesin iqtisadi cəhətdən uzuz başa gəlməsini və bu vaxt xarici mühitin 
qorunması, ekoloji xassələri önə çəkmişlər. Amerika alimləri B.Robert, Lö Martin, 
M.Raumond, O.Antoni səthi aktiv maddə kimi fosfıtaini əldə etmiş, onların 
kompleks xassələrini və üstün cəhətlərini öyrənmişlər. Amerikanın alimi R.Con 
2- oksi-pentahidroperfloralkilamin səthi aktiv maddəni kəşf etmiş, yüksək 
yuyuculuq xassələri olduğunu sübuta yetirmişdir. [1] 
Bildiyimiz kimi üzvi kompleks əmələ gətiricilər SYV -in tərkibində olur. 
Fosfotların bir çox faydalı xassələrinin olmasına baxmayaraq onlar su hövzələrini 
çirkləndirir, çaylarda, göllərdə olan balıq və başqa canlı orqanizmlərə pis təsir 
göstərir. Bu mənfi göstəricilərin qarşısını almaq üçün SYV-in tərkibinə 
hidrokietan difosfon turşusu, aminotrimetil fosfan turşusu, amino trisir turşusu, 
limonturşusu, poliakril, politetrametil endikarbon turşuları əlavə olunur. Xammal 
bazası kimi neft və kimya məhsullarından istifadə edilir.Onlar məhluldan kalsium 
ionlarını ayırır. 
Fosfatlar su hövzələrində vacib proses olan oksidləşməni ləngidir. Bunun 
qarşısını almaqdan ötrü SYV - in tərkibinə həm də seolitlər də əlavə olunur. 
Məhlulda seolit süzgəc rolunu oynayır.Süzgəc vasitəsilə kalsium və magnesium 
kationları tutulur. 
Paltardan ayrılmış çirkin yenidən onun üzərinə çökməməsinin qarşısını 
almaqdan ötrü SYV-in tərkibinə antiresorbentlər qatılır. Bu məqsədlə natrikarbok 
simetilsellülozadan istifadə edilir. [17] 
Ləkələri aradan qaldırmaqdan ötrü SYV- in tərkibinə zülal tərkibli 
proteolitik və amilolitik fermentlər də əlavə olunur. Bu məqsədlə perlaza, 
protomezentlərin, protosubtilin və sairə istifadə edilir. 


28 
SYV-in tərkibinə mühit tənzimləyicilər əlavə olunur. Bu zaman qələvi 
mühitdə yuyuculuq xassəsi xeyli miqdarda artır. SYV-nin tərkibinə qələvi 
mühityaratmaq üçün natrium karbonat, Na bikarbonat, Na silikat da əiavə olunur. 
Xoşa gələn qoxu almaq üçün SYV-in tərkibinə ətrili maddələr də əlavə 
edilir. Əlavə olunan ətrili maddələrin hər birinin spesefık iyi vardır və bundan ötrü
onların tərkibinə pinen, linalol, qeraniol, sitronellol, feniletil spirti, 
sikloasetan,dietilftalat, kumrain, sitral, fenil sirkə aldehidi və sairə maddələr qatılır.
Aktiv maddələrin suda və qeyri-üzvi duzların məhlulunda həll olma 
qabiliyyətinin artırmaqdan ötrü SYV-in tərkibinə həmçinin hidrotrop maddələr 
əlavə edilir. Bu maddələr həm də özlülüyün azalmasına da xidmət edir. Hidrotrol 
maddələr kimi Na toluol sulfonat, karbolid, metilatsetamid, oksitilalkilfenol, 
alkanol və sairə istifadə edilir. Lakin hidrotrop effektinin mexanizmi hələ də axıra 
qədər öyrənilməmişdir. 
SYV-in üstün cəhətlərilə yanaşı bir çox çatışmayan cəhətləri də vardır. 
Buraya SYV-in əllərə və üz dərisinə qıcıqlandırıcı təsir göstərməsini, həm də 
istifadədən sonra kanalizasiyaya axıdılan tullantıların səthi aktiv maddələrdən 
çətin təmizlənir. Bu da ətraf mühitə dənizlərə, çaylara və göl sularındakı canlılara 
mənfi təsir göstərir. Bir çox nümunələrdə antiseptik, dezinfeksiya eliyən, bakteriya 
əleyhinə olan bir sıra sintetik yuyucu vasitələrin üsulları göstərilmişdir. 
Rus alimlərindən E.Y.Tişenko, L.Q.Podunova, İ.V.Plankina bütün bunlarla 
yanaşı SYV-in çatışmayan cəhətlərini tədqiq etdikdən sonar əhali arasında bir 
sorğu aparmışlar . Anket sorğuda iştirak edənlərdən 16 faizi SYV-dən istifadə 
edərkən asqırdıqlarını, 15 faizi qripə yoluxduqlarını, 8,5 faizi gözlərinin 
sulandığını, 40 faizi isə əl dərilərinin quruduğunu, qızarmasını, qaçındığını 
bildirmişlər. Tədqiqatlar vasitəsilə göstərilən çatışmayan cəhətlərin aradan 
qaldırması və onların əmələ gəlmə səbəbləri araşdırılır və ləğv edilməsi üçün 
yeni-yeni təkliflər də irəli sürülür.


29 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin