69
İnsanlar, bir-birilərinin gözlərinin içinə baxmaları və ya gözlərini bir-birilərindən
qaçırmaları, duruşları, oturuş formaları, aralarında buraxdıqları məsafə və ya
geyimləri kimi vizual işarələrlə bir-birləri haqqında daxilən fikir əldə edə bilərlər və
sözlərə müraciət etmədən ünsiyyət qura bilərlər. Bütün bu ünsiyyət yolları sözsüz
ünsiyyətin ünsürləridir. Xüsusilə mədəniyyətlərarası meydana gələn sözsüz ünsiyyət,
bərabərində bir çox problemi də gətirməkdədir.Bədən dilinə bağlı olaraq əl və qol
hərəkətləri mədəniyyətlərarası ünsiyyətdə problem yarada bilir. Çünki, bu əl
hərəkətlərindən bəzilərinin fərqli ölkələrdə fərqli mənaları vardır. Məsələn; baş
barmaq və işarə barmağını birləşdirərək edilən xalqa işarəsi ABŞ-da "Ok-yaxşı",
Yaponiyada "pul", Şərqi Fransada "sıfır" və ya "əhəmiyyətsiz", Braziliyada isə
ədəbsiz mənada istifadə edilir. Bədən dilində əl hərəkətlərindəki mədəniyyətlərarası
fərqlərdən bir digəri də əl sıxma şəkillərində görünür. Bunlar aşağıdakı cədvəldə
göründüyü kimi mədəniyyətdən mədəniyyətə müxtəliflik nümayiş etdirir
64
:
Şəkil 3.1.2.
Bəzi ölkələrdə əl sıxma formaları
Ölkə
Əl sıxma formaları
Amerika
Qatı
Asiya
Kübar, nəzakətli (rahatsız şəkildə sıxılır. Koreyalıların qatı əl
sıxma tərzi vardır.)
Ingiltərə
Yumuşaq
Fransa
Yüngül və sürətli (ilk görüşmə və ayrılıq zamanı təkrarlanır.)
Almaniya
Qatı (gəliş və gediş zamanı təkrarlanır.)
Latın Amerika
Mülayim ( tez-tez təkrarlanır.)
Yaxın Şərq
Nəzakətli ( tez-tez təkrarlanır.)
Dostları ilə paylaş: