(«One Planet Communites») geniş vüsət almaqdadır (Şəkil 2.4). Bu çərçivə
proqrammı beynəlxalq ictimaiyyətdə ekoloji davamlılıq haqqında vahid düşüncə
tərzi aşılamaq məqsədi daşıyır. Bu hərəkat 2 əlaqəli problemin həllinə kömək edir:
— istixana qazlarının atmosferdəki miqdarının iqlim dəyişmələrinin təh-
su və s. yeni terminlərdən istifadə edilir.
Yüksək energetik efektivliyə malik binaların inşası və alternativ enerji mənbələrindən istifadə
49
Emmisiyaları azaltmaq səqsədilə üstünlüyün az karbon rejiminə malik olan nəqliyyat
vasitələrinə verilməsi
Az enerji hesabına başa gələn, lokal ərazidə əldə edilən, təkrar emal və ya tullantılardan
hazırlanmış sağlam məhsullardan istifadə edilməsi
Az mərhələdə əmələ gələn, lokal, mövsümü və üzvi qidalara üstünlük verilməsi, ərzaq
tullantılarının azaldılması
Binalarda və aldığımız məhsullardakı sudan maksimum dərəcədə səmərəli istifadə etmək,
lokal daşqınların və su hövzələrinin çirklənməsinin qarşısını almaq
Torpaqdan istifadə və inşaat zamanı biomüxtəlifliyin və təbii yaşayış yerlərinin mühafizəsi
və bərpasına çalışmaq
Yerli mədəni və ənənələrin canlandırılması, mədəni tədbirlər vasitəsilə dəstəklənməsi və
bu işdə aktiv istirak etmək
Ədalətli məşğulluq imkanlarına dəstək verən bioregional iqtisadiyyatın yaradılması,
beynəlxalq ticarət yarmarkalarının təşkili, icmaların buraya cəlb edilməsi
Möhkəm sağlamlıq və firavan həyata səbəb olan aktiv və mənalı həyatın təşviqi
Şəkil 2.4. «Bir Planet»in 10 prinsipi
«Davamlı qida məhsulları» çoxcəhətli anlayış olub biomüxtəlifliyin mühafi-
zəsinə, malın ekolojiliyinə, səhiyyə və sosial müdafiə sisteminə və iqtisadi səmə-
rəliliyə xidmət edir. Ərzağın davamlılığına təsir edən əsas amillər kənd təsərrüfatı
fəaliyyətinin formasından (herbisid və pestisid, digər kimyəvi maddələrdən isti-
fadə, məhsul yığımının üsulu), məhsulun nəqlinin forması və məsafəsindən, emal
dərəcəsindən, saxlanma şəraitindən və müddətindən, satış formasından (topdan və
ya pərakəndə) asılı olur.
Qida məhsullarının davamlılıq dərəcəsi aşağıdakı göstəricilər əsasında
müəyyənləşdirilir:
— Yerli və mövsümi məhsullardan istifadə. Onların çatdırılmasının nəqliy-
Davamlı nəqliyyat
Davamlı material
Lokal davamlı ərzaq
Davamlı su
Torpaq və yabanı
təbiət
Mədəniyyət və irs
Bərabərlik vəl okal
iqtisadiyyat
Sağlamlıq və
firavanlıq
50
yat xərcləri az olduğundan bu cür məhsullar iqtisadi cəhətdən daha effektiv olur.
Onların çatdırılmasına az enerji və yanacaq sərf edildiyindən az tullantılar yaranır.
Mövsümi məhsullar soyuducularda saxlanmadığından az enerji sərf edilir, istixana
qazı sayılan freonlardan istifadə edilmir.
Yerli və emal olunmamış və ya emal dərəcəsi az olan ərzaq məhsulları
istixana qazlarının azalmamasında vacib əhəmiyyət daşıyır. Fair Trade («Ədalətli
Ticarət») standartları istismar və yoxsulluğun aradan qaldırılmasına xidmət edir.
Fair Trade («Ədalətli Ticarət») ictimai hərəkat olub beynəlxalq əmək, ekoloji və
sosial tənzimlərmə standartlarının tətbiqini müdafiə edir, malların inkişaf etməkdə
olan ölkələrdən inkişaf etmiş ölkələrə eksportunu diqqətə çəkir, mövcud beynəl-
xalq ticarət sisteminin «ədalətsiz» olduğunu bildirir, malların qiymətlərinin dəyiş-
məsinin istehlakçılar üçün əlverişsiz olduğunu, bazar qiymətlərinin istehsalın real
dəyərini əks etdirmədiyini, buraya ekoloji və sosial komponentlərin əlavə edilmə-
sini vacib hesab edir.
Davamlı ərzaq sistemi anlayışı haqqında müxtəlif fikirlər mövcuddur.
Əvvəla, davamlılıq anlayışı resurslardan istifadənin Yerin potensialını aşmayan,
onun əvəz edilməsinə səbəb olmayan həddini nəzərdə tutur. Ərzaq sistemində
«davamlılıq» anlayışı geniş spektri əhatə edərək keyfiyyət, həyat təhlükəsizliyi,
səhiyyə, əlçatanlıq, iş yerləri baxımından qida sənayesində rolu və təbii ki, ekoloji
davamlılıq kimi sahələri əhatə edir. Ərzaq sisteminin ekoloji davamlılığı isə öz
növbəsində sistemin iqlim dəyişmələri, su, torpaq resurslarına, biomüxtəlifliyə
təsiri əsasında formalaşır. Resurslardan rasional istifadə və davamlı ərzaq
sisteminə nail olmağın əsas yolları hansılardır?
Dostları ilə paylaş: